Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-773/2020 13.07.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi ilə “xxxxx” MMC barəsində Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük X1 Məcəlləsinin 497-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında işin baxılmağa hazırlanması məsələsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: “xxxxx” MMC barəsində Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 497-ci maddəsi ilə inzibati material daxil olmuşdur. Məhkəmə hesab edir ki, həmin materialgeri qaytarılmalıdır. Belə ki, iş materiallarından aydın olur ki, ünvan 1 mənzil 18 ünvanında qeydiyyatda olan “xxxxx” MMC tərəfindən ABŞ-dan ölkə ərazisinə emal məqsədi ilə gətirilən altı ədəd “Mercedes Benz” markalı minik nəqliyyat vasitələrinin gömrük bəyannamələri ilə daxildə emal xüsusi gömrük proseduru altında bəyan edilərək rəsmiləşdirildiyi, lakin minik nəqliyyat vasitələrinin emal müddətinin bitməsinə baxmayaraq Azərbaycan Respublikası Gömrük Ərazisindən ixrac edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 110-cu maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcələənin 497-ci maddəsində göstərilir ki, malların emal edilməsi qaydasının pozulmasına, yəni icazə olmadan malın emal edilməsi, onların emal edilməsi qaydası və müddətləri, emal məhsullarının hasilat (orta hasilat) norması, emal məhsullarının digər mallarla əvəz edilməsi, dəyişdirilməsi, bu cür malların emal edilməsi üzrə əməliyyatlar aparılması üzün müəyyən olunmuş tələblərə, məhdudiyyətlərə və şərtlərə əməl olunmamasına gürə inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin otuz faizindən səksən faizinədək məbləğdə cərimə edilir. Beləliklə, daxil olmuş inzibati materialdan aydın olur ki, barəsində inzibati protokol tərtib edilmiş hüquqi şəxs olan “xxxxx” MMC, üzərinə düşən öhdəliyi düzgün icra etməməklə gömrük bəyannaməsini düzgün verməmişdir. Göründüyü kimi “xxxxx” MMC-yə istinad olunan inzibati xəta hadisəsi Qaradağ rayonunun inzibati ərazisində baş vermişdir. Bundan başqa iş materiallarına Bakı Baş Gömrük İdarəsinin Qaradağ rayon ərazisində yerləşməsinə dair heç bir sübut əlavə edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsinin tələblərinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109 maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: “xxxxx” MMC barəsində Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük X1 Məcəlləsinin 497-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında material geri qaytarılsın. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-773/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-773/2020
13.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver