Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-773/2024 17.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə, Şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakları ilə, Şəxs Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Açıq Səhmdar Cəmiyyətinin 15000 Avro məbləğində vəsaiti xx.xx.2021-ci il tarixdə xaricə köçürmüş və 2 (iki) il müddət keçsə də, 15000 Avro məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmişdir. İnzibati xəta xx.xx.2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da, Şəxs Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə bildirdi ki, Şəxs Açıq Səhmdar Cəmiyyəti 15000 Avro məbləğində vəsaiti xx.xx.2021-ci il tarixdə xaricə köçürmüş və 2 (iki) il müddət keçsə də, 15000 Avro məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmişdir. İnzibati xəta xx.xx.2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da, Şəxs Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirdi ki, inzibati xəta haqqında protokolun xx.xx.2024-cü il tarixdə tərtib edilməsinə səbəb müvəkkil bank tərəfindən Mərkəzi Banka xx.xx.2024-cü il tarixdə ünvanlanmış məktubun xx.xx.2024-cü il tarixdə daxil olması ilə bağlı olmuşdur. Bundan əlavə qeyd etmişdir ki, müqavilədə göstəriləcək xidmətlərlə hüquqi şəxsin təqdim etdiyi aktda qeyd olunmuş xidmətlər və xidməti həyata keçirmiş şirkətlər fərqli olduqları üçün təqdim olunmuş aktı inzibati xətanı aradan qaldıran hal kimi qəbul olunması mümkün deyildir. Məhkəmə iclasında iştirak edən Şəxs Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 bildirdi ki, 28 fevral 2023-cü il tarixində "ASK X3 Cəmiyyəti" X6" Açıq Səhmdar Cəmiyyətinə çevrilərkən təhvil-qəbul zamanı sənədlərdə "xxxx" MMC-nin xaricə valyuta köçürməsi və köçürülmüş valyuta ilə əlaqədar hər hansı bir öhdəliyinin olması barədə məlumat qeyd edilməmişdir, yəni debitor kreditor borcları Siyahısında belə bir fakt öz əksini tapmamışdır. 2021-ci ilin dekabr ayının 29-da keçmiş "xxxx" MMC tərəfindən xaricə (Türkiyə Respublikasına) 15 000 avro ödənilmiş və ödənişi əsaslandıran sənədlər, o cümlədən 03 dekabr 2021-ci il tarixli müqavilə müvəkkil banka təqdim edilmişdir. Təqdim edilən müqavilənin 2.2-ci bəndində göstərilir ki, 15000 avro müqavilə imzalanandan dərhal sonra ödənilməlidir. Həmin müqavilənin 3.2-ci bəndində isə göstərilir ki, müqavilə üzrə göstərilən xidmətlər 45 iş günü müddətində həyata keçirilməlidir. Müvəkkil bank bir xatırlatma aparmadan gözləyib ki, 2 il tamam olsun və sənədləri inzibati məsuliyyətə cəlb edilmə üçün Mərkəzi Banka göndərsin. Hətta "xxxx" MMC-nin "X6" ASC-yə çevrildiyini bilməsinə baxmayaraq, yeni yaradılmış müəssisəyə fakt barədə sadəcə xəbərdarlıq belə edilməyib. Protokolda qeyd edilən xarici valyuta ilə əməlliyat dekabr 2021-ci ildə "xxxx" MMC-nin fəaliyyəti dövründə baş vermişdir. 28 fevral 2023-cü ildə isə "xxxx" MMC "X6" ASC-yə çevrilmişdir. Çevrilmə nəticəsində hüquqi şəxsin təsisçisi, qanuni təmçilçisi, hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs və hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyəti olan yuxarı orqan da dəyişmişdir. Göstərilənləri nəzərə alaraq, inzibati xəta haqqında icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının İXMnin 430.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, Şəxs Açıq Səhmdar Cəmiyyətinin 15000 Avro məbləğində vəsaiti xx.xx.2021-ci il tarixdə xaricə köçürmüş və 2 (iki) il müddət keçsə də, 15000 Avro məbləğində vəsait hesabına alınan malları ölkəyə idxal etməmişdir. İnzibati xəta xx.xx.2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da, Şəxs Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materialından görünür ki, müvəkkil bank təyin edilmiş Azərbaycan Beynəlxalq Bankı ASC tərəfindən Şəxs Açıq Səhmdar Cəmiyyətinin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə törətmiş olduğu inzibati xəta haqqında məlumata dair məktubu xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının Mərkəzi Bankına göndərmişdir. Məhkəmə iclasında təqdim edilmiş xx.xx.2021-ci il tarixli xidmət müqaviləsindən görünür ki, həmin xidmət müqaviləsi Türkiyə Respublikasında fəaliyyət göstərən “YNG” Danışmanlık Limited” şirkəti ilə "xxxx" MMC arasında bağlanmışdır. Məhkəmə iclasında təqdim edilmiş "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, müqavilədə qeyd olunan xidmət Çexiya Respublikasında fəaliyyət göstərən Sklostroj şirkəti tərəfindən icra edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.8-ci maddəsinə əsasən məhkəmə tərəfindən inzibati xəta haqqında iş üzrə qərar qəbul olunanadək hüquqi şəxs yenidən təşkil olunduqda, inzibati məsuliyyətə hüquqi şəxsin hüquqi varisi cəlb olunur. Odur ki, "xxxx" MMC tərəfindən xx.xx.2021-ci il tarixində xaricə köçürülmüş 15.000 Avro məbləğində vəsaitin müqabilində malların ölkəyə idxal edilməsi, xidmətlərin göstərilməsi və ya vəsaitin geri qaytarılmasına görə məsuliyyət hazırda həmin hüquqi şəxsin çevrildiyi "X6" ASC-yə aiddir. Həmin Məcəllənin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli, 45/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs Açıq Səhmdar Cəmiyyətinin əməlində Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20%-i məbləğində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Şəxs MMC barəsində tətbiq edilməsi nəzərdə tutulan cərimənin məbləği hesablanarkən inzibati xətanın törədildiyi gün, yəni xx.xx.2023cü il tarixi üçün Avronun Azərbaycan Respublikası X4 Bankının rəsmi məzənnəsinə uyğun olaraq hesablanmalıdır. Hazırki halda isə xx.xx.2023-cü il tarixinin rəsmi məzənnəsi (1 Avro – 1,88 manat) əsas götürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Açıq Səhmdar Cəmiyyətinin (VÖEN:**********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20%i, yəni 3000 (üç min) Avro inzibati xətanın törədildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi məzənnəsinə uyğun olaraq, 5640 (beş min altı yüz qırx) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-773/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-773/2024
17.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver