Məhkəmə qərarları › İş №3(002)-774/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-774/2021

11.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-774/2021 11.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən Qaradağ Rayon Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə inzibati xəta haqqında material daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş 01.06.2021-ci il tarixli, 00100-1020/21 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs (VÖEN **********) 11 yanvar 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********7700 sorğu nömrəli Gömrük bəyannaməsi ilə “müvəqqəti saxlanc” gömrük prosedurunda yerləşdirilmiş mallara görə saxlancın son tarixi - 13 may 2021-ci il müəyyən edilməklə rəsmiləşdirilmə apararaq Bakı şəhəri Qaradağ rayonu ərazisində Səlyan şossesi 83 ünvanda saxlanca qoyulan malları, təyin olunan saxlancın son tarixinədək başqa gömrük proseduru altında yerləşdirmək məqsədi ilə səlahiyyətli gömrük orqanına müvafiq gömrük bəyannaməsi təqdim etməli olduğu halda, saxlanc qaydalarını (müddətini) pozaraq həmin müddət ərzində bu yüklərin digər gömrük proseduru altında yerləşdirməsi barədə müraciət təqdim etməyərək, müddət keçdikdən sonra 20 may 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsinə malların son istifadə xüsusi gömrük prosedurunda yerləşdirmək məqsədi ilə **********6716 sorğu nömrəli gömrük bəyannaməsi təqdim edərək saxlancın müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət etməmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs və səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3 və 112.1.4-cü maddələrinə əsasən barəsində inzibati icraat aparılan hüquqi şəxsin və səlahiyyəti orqanın nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədova ünvanlanmış 31 may 2021-ci il tarixli raportdan görünür ki, “Sahil” gömrük postundan daxil olmuş 34/026/013323 nömrəli 21.05.2021-ci il tarixli raportun icrası ilə əlaqədar bildiririk ki, “Şəxs MMC tərəfindən **********7700 sorğu nömrəli GB ilə müvəqqəti saxlanc prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti bitmiş, lakin yük sahibi tərəfindən bu yüklərin digər gömrük proseduru altında yerləşdirilməsi barədə heç bir müraciət daxil olmamışdır. Materiala əlavə edilmiş Gömrük Xidmətinin Vahid Avtomatlaşdırılmış İdarəetmə sistemi informasiya resursundan çıxarışa əsasən **********7700 nömrəli 11.01.2021 -ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc prosedurunda yerləşdirilmiş mallara görə saxlancın son tarixi - 13 may 2021-ci il tarixədək müəyyən edilmişdir. 27 may 2021-ci il tarixdə Bakı şəhəri, Salyan şossesi 83 ünvanda yerləşən H.Əliyev adına X2 saxlanca qoyulan hüquqi şəxs Şəxs (VÖEN **********) tərəfindən 11.01.2021-ci il tarixli **********7700 nömrəli Gb ilə bəyan edilən mallar yoxlanıldıqda saxlanca qoyulduğu həmin yerdə toxunulmadan saxlanıldığı müəyyən edilmişdir. Beləliklə aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, hüquqi şəxs Şəxs (VÖEN **********) 11 yanvar 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********7700 sorğu nömrəli Gömrük bəyannaməsi ilə “müvəqqəti saxlanc” gömrük prosedurunda yerləşdirilmiş mallara görə saxlancın son tarixi - 13 may 2021-ci il müəyyən edilməklə rəsmiləşdirilmə apararaq Bakı şəhəri Qaradağ rayonu ərazisində Səlyan şossesi 83 ünvanda saxlanca qoyulan malları, təyin olunan saxlancın son tarixinədək başqa gömrük proseduru altında yerləşdirmək məqsədi ilə səlahiyyətli gömrük orqanına müvafiq gömrük bəyannaməsi təqdim etməli olduğu halda, həmin müddət ərzində bu yüklərin digər gömrük proseduru altında yerləşdirməsi barədə müraciət təqdim etməyərək saxlanc müddətini (qaydalarını) pozmuşdur. 27.05.2021-ci il tarixli aktdan görünür ki, **********700 sorğu nömrəli gömrük bəyannaməsi üzrə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilən mallar, Bakı şəhəri Salyan şosesi 83 ünvanda yerləşən Şəxs MMC-yə məxsus anbarda toxunulmadan saxlanılır. 01.06.2021-ci il tarixli, 00100-1020/21 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs nümayəndəsi X1 01.06.2021-ci il tarixli, 00100-1021/21 nömrəli inzibati xəta haqqında protokolun surətini həmin tarixdə almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 496.1-ci maddəsinə əsasən, malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə, fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında 27.08.2013-cü il tarixli, 229 saylı qərarının 3.3-cü maddəsinə əsasən “Mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək, digər gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməlidir.” Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs Məhdud Məsuliiyətli Cəmiyyəti tərəfindən Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Belə ki, iş üzrə müəyyən olunmuşdur ki, Şəxs tərəfindən **********7700 nömrəli 11.01.2021-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların qanunla müəyyən edilmiş müddəti bitsə də, adı çəkilən şirkət tərəfindən qeyd olunan mallar rəsmiləşdirilməmiş və ya tərəflərindən digər gömrük proseduru altında yerləşdirilməsi barədə heç bir tədbir görülməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 25, 40.0.1, 43, 48-51, 55, 114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və hüquqi şəxs qismində barəsində 500 (beş yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar