Məhkəmə qərarları › İş №3(002)-775/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-775/2021

11.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-775/2021 11.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ Yol Nəqliyyat hadisələri üzrə baş inspektoru, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1952-ci ildə Gürcüstan Respublikasının Tbilisi şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, təqaüdçü, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Qaradağ rayon Polis İdarəsindən daxil olmuş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» Qaradağ RPİ-nin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru Elbəyi Allahverdiyevin 06 may 2021-ci il tarixli qərarından və RM-89/21 nömrəli rədd materialına əsasən tərtib edilmiş 15.05.2021-ci il tarixli AP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 24 aprel 2021-ci il tarixdə 17:50 radələrində Şəxs özünə məxsus idarə etdiyi “Khazar” markalı, ** VV *** dövlət qeydiyyat nişanlı minik avtomobili iləBakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Mədən küçəsi, Tosoil YDM-nin qarşısında Yol Hərəkəti haqqında Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin, tələbini pozaraq VAZ 21214 markalı ** RN *** dövlət qeydiyyat nişanlı avtomaşınla toqquşmuş və hadisə nəticəsində digər avtomobilin sürücüsü Zərərçəkmiş şəxs dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid bədən xəsarəti almışdır. Bununla da, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ Yol Nəqliyyat hadisələri üzrə baş inspektoru, polis leytenantı X2 izahatında bildirmişdir ki, 24.04.2021-ci il tarixində saat 17:50-də Qaradağ RPİ-nin TŞX-nin operatoru və saat 20:10-da 3 saylı Sabunçu rayon klinik xəstəxanasından məlumat daxil olmuşdur ki, 24.04.2021-ci il tarixində, saat təxminən 17:50-də Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Mədən küçəsi “Tosoil” YDM-nin qarşısında vətəndaş Şəxs idarə etdiyi “Khazar Samand” markalı, ** VV *** dövlət qeydiyyat nişanlı avtomaşınla vətəndaş Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 21214” markalı, ** RN *** dövlət qeydiyyat nişanlı avtomaşının toqquşması nəticəsində hər iki avtomaşının sürücüləri xəsarət almışlar. Material üzrə araşdırma zamanı sürücü Şəxs əməlində cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikasının CPM-in 39.1.2-ci maddəsinin tələblərinə əsasən “06” may 2021-ci il tarixində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Lakin, “Khazar Samand” markalı, ** VV *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olduğuna görə onun əməlində Azərbaycan Respublikasının İXM-in 327.8-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bildiyini qeyd edib, izahatında bildirmişdir ki, o, özünə məxsus “Khazar Samand” markalı, ** VV *** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə edir, 52 ilə yaxın müddətlə sürücülük təcrübəsi olmaqla “ B ” dərəcəli sürücülük vəsiqəsi vardır. 24.04.2021-ci il tarixində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan avtomaşınla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “xxxx” MMC-yə abş veriş etmək məqsədilə getmiş, alış-veriş etdikdən sonra yaşadığı ünvana qayıtmaq üçün “xxxx” MMC istiqamətindən üzü Lökbatan qəsəbəsi istiqamətində yolun sağ zolağı ilə hərəkətdə olmuşdur. Saat təxminən 17:50 radələrində avtomaşınla hərəkətdə olduğu zaman avtomaşının yanacağının bitdiyini hiss edib, avtomaşının sürətini azaldıb, sola dönmə siqnalını qoşub, Lökbatan qəsəbəsi, Mədən küçəsində yerləşən “Tosoil” yanacaq doldurma məntəqəsinə getmək üçün saatda təxminən 15-20 km sürətlə yolun sağ hissəsindən sol hissəsinə doğru manevr edən zaman qəfildən avtomaşının sol orta hissəsinə avtomaşının çırpıldığını hiss etmişdir. Zərbənin təsirindən idarə etdiyi avtomaşın bir qədər qarşıya hərəkətlənərək yolun sol hissəsində üzü yanacaq doldurma məntəqəsi istiqamətində dayanmışdır. Hadisədən bir qədər sonra özünə gəlib, avtomaşından yerə düşmüş və toqquşduğu avtomaşının “VAZ 21214” markalı, ** RN *** dövlət qeydiyyat nişanlı olduğunu görmüşdür. Hadisə zamanı döş qəfəsində ağrılar hiss etdiyi üçün hadisə yerinə təcili tibbi yardım qrupu çağırılmış, bir qədər sonra hadisə yerinə təcili tibbi yardım qrupu və polis əməkdaşları gəlmişlər. Hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra təcili tibbi yardım avtomaşını ilə xəstəxanaya aparılmış, xəstəxanada müayinə olunduqdan sonra öz istəyi ilə evə buraxılmışdır. Hadisə zamanı idarə etdiyi nəqliyyat vasitəsi sərnişinsiz və yüksüz vəziyyətdə olmuş, həmçinin hadisədən əvvəl spirtli içki qəbul etməmişdir. Baş vermiş yol nəqlyyatı hadisəsi zamanı digər avtomobilin sürücüsü Zərərçəkmiş şəxs dəymiş maddi ziyan sığorta vasitəsi ilə ödənilmişdir. Hazırda əməlindən səmimi peşmanlıq hissinin keçirməsini, zərərçəkmiş şəxsin baş vermiş hadisə ilə bağlı ona qarşı şikayətin olmamasını nəzərə alaraq, barəsində sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı olmayan qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə zərərçəkmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5- Təcrübi və Tədris Birliyinin 27 aprel 2021-ci il tarixli 239 saylı canlı şəxsin məhkəmə-tibbi müayinəsi aktından görünür ki, vət. Şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- sol V, Vİ, Vİİ qabırğaların orta qoltuq xətti üzrə yerdəyişən sınığı ilə müşayiət olunan döş qəfəsinin qançırı və sol bud - çanaq oynağı nahiyəsinin qançırı bərk küt əşya (əşyalar) təsirindən müayinədən 3-4 gün əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilənlərə əsasən 24.04.2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aid edilirlər. Vət. Şəxs almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, yol nəqliyyat hadisəsi zamanı törənə bilərdilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5- Təcrübi və Tədris Birliyinin 27 aprel 2021-ci il tarixli 240 saylı canlı şəxsin məhkəmə-tibbi müayinəsi aktından görünür ki, Vət. Zərərçəkmiş şəxs, məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- başın sağ alın - təpə nahiyəsinin hematoma (dərialtına qansızma) və sıyrığı, sağ dirsək oynağı nahiyəsinin sıyrığı bərk küt əşya (əşyalar) təsirindən müayinədən 3-4 gün əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən 24.04.2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Vət. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzəri alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, baş vermiş yol nəqliyyat hadisəsi zamanı törənə bilərdilər. Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 24 aprel 2021-ci il tarixli aktdan görünür ki, X3 alkoqol sərxoşluğu vəziyyəti aşkar edilməmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol-nəqliyyat hadisəsinin sxemi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və Tədris Birliyinin 27 aprel 2021-ci il tarixli 239 nömrəli, 27 aprel 2021-ci il tarixli 240 nömrəli ekspert rəyləri, protokol tərtib etmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hallar kimi inzibati xətanı törətmiş şəxsin əməlindən səmimi peşmançılıq çəkməsini (İXM 32.1.1), nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında müəyyən edilmiş həddə cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar