Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-776/2025 13.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Şəxs ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Şəxs ASC barəsində Qaradağ RPİ-dən İXM-nin 347-ci maddəsi ilə daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs ASC barəsində Qaradağ RPİ-nin DYPŞ-sı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. İXP ******* saylı, 14 aprel 2025-ci il tarixli inzibati potokolda gğstərilmişdir ki, Şəxs ASC, mülkiyyətində və ya istifadəsində olan “Man TGX 18.460 Yük” markalı, ** JU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü haqqında məlumatı DYPŞ-na beş gün müddətində təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 öz izahatında bildirmişdir ki, Qaradağ DYPŞ-nin qeyd edilən sorğusu 07 aprel 2025-ci il tarixdə qəbul edilmiş, 09 aprel 2025-ci il tarixdə isə təşkilat tərəfindən inzibati orqana məktub göndərilərək nəqliyyat vasitəsinin sürücüsü barədə məlumat təqdim olunmuşdur. Buna baxmayaraq cəmiyyət barəsində əsassız olaraq İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Qaradağ DYPŞ-nin sorğusunun alındığı vaxtdan 5 gün müddətində müvafiq məlumatların təqdim edilməsini nəzərə alaraq Şəxs ASC barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Qaradağ RPİ-nin DYPŞ-na rəsmi məlumat verilsədə həmin təşkilatdan nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də heç bir məlumat verməmişlər. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını və ona əlavə olunmuş sənədləri tədqiq edərək hesab edir ki, Şəxs ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətlara Məcəlləsinin 347-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməldir. Belə ki, iş materiallarına əlavə edilmiş Qaradağ DYPŞ tərəfindən Şəxs ASC-yə ünvanlanan sorğudan görünür ki, cəmiyyətə məxsus “Man TGX 18.460 Yük” markalı, ** JU *** qeydiyyat nişanlı avtomobilin sürücüsü tərəfindən 27 mart 2025-ci il tarixdə, saat 15:25-də H.Z.Tağıyev, yeni yol 12.4 km ünvanında İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş hüquq pozuntusuna yol verildiyi qeyd olunmaqla inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini idarə etmək hüququna malik fiziki şəxs barədə məlumat verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş xəbərnamənin surətindən görünür ki, qeyd edilən sorğu 07 aprel 2025-ci il tarixdə Şəxs ASC tərəfindən qəbul edilmişdir. Şəxs ASC-nin nümayəndəsi tərəfindən məhkəməyə təqdim olunmuş 09 aprel 2025-ci il tarixli məktub və poçt qəbzindən aydın olur ki, Qaradağ DYPŞ-nin müvafiq sorğusuna cavab olaraq “Man TGX 18.460 Yük” markalı, ** JU *** qeydiyyat nişanlı avtomobilin sürücüsü barədə məlumat inzibati orqana təqdim olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsinə - hüquqi şəxsin mülkiyyətində və istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanı törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 (beş) gün müddətinə verilməməsinə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, mülkiyyətində olan nəqliyyat vasitəsini inzibati xətanı törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumat səlahiyyətli orqanın bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətdə təqdim edildiyinə görə Şəxs ASC-nin əməlində İXM-nin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcud olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Beləliklə yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs ASCnin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə inzibati xəta törətməsinə dair iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs ASC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair 14 aprel 2025-ci il tarixli, İXP ******* nömrəli protokol üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-776/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-776/2025
13.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver