Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-778/2020 19.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi (qanuni təmsilçisi) X2, Bakı Baş Gömrük İdarəsinin, Təhqiqat Şöbəsinin Böyük təhqiqatçısı, gömrük xidməti kapitanı X3 iştirakları ilə, Şəxs bundan sonra - (Şəxs MMC) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ Rayon Məhkəməsinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materialdan görünür ki, Astara rayonu, Ərçivan ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına X1 “Farzana Trading LLC” şirkətinin 60E96310/60E96410 nömrə nişanlı yük avtomaşınında AW20071 saylı xx.xx.2020-ci il tarixli invoys sənədi ilə daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********9631 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən 21600 kq “limon” yükünə xx.xx.2020-ci il tarixdə “Xocasən” gömrük postunda gömrük baxışı keçirilmişdir. Baxış zamanı **********9631 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən 21600 kq “limon” yükündən əlavə gömrük orqanına düzgün bəyan edilməyən 1689 kq “limon” yükü aşkar edilmişdir. İnzibati xətanın bilavasitə obyekti olan 1689 kq “limon” yükünün qiymətləndirilməsi üçün xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 1400- 013/0xx-xx/003895 saylı, xx.xx.2020-ci il tarixli məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edərək iş üzrə ekspertiza təyin edilməsi haqqında qərardada əsasən ekspertizanın aparılması Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən Bakı Baş Gömrük İdarəsinə daxil olmuş 9/1589 saylı, xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 1 kq limon sitrus meyvəsinin xx.xx.2020-ci il tarixə olan orta bazar qiymətinin 2,70 manat, 1689 kq-nın isə ümumilikdə orta bazar qiymətinin 4560,30 (dörd min beş yüz altmış manat otuz qəpik) manat olduğu müəyyən olunmuşdur. Beləliklə də, aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, Astara rayonu, Ərçivan ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən gömrük orqanına düzgün bəyan edilməyən 1689 kq limon yükünün orta bazar qiyməti 4560,30 (dörd min beş yüz altmış manat otuz qəpik) manat təşkil edir. Məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin etibarnamə üzrə nümayəndəsi X5 tərəfindən tərtib olunmuş protokola uyğun çıxış edərək əlavə olaraq izahatında bildirmişdir ki, inzibati xəta haqqında protokol qanuni və əsaslıdır, ona görə də qeyd olunan hüquqi şəxsin barəsində tənbeh tədbirinin görülməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs « Şəxs» MMC-nin nümayəndəsi (qanuni təmsilçisi) X4 izahatında göstərmişdir ki, direktoru olduğu MMC-nin əsas fəaliyyəti müxtəlif ölkələrdən meyvətərəvəz yükünün idxalı, sonradan həmin malların daxili bazarda topdan və pərakəndə satışını həyata keçirməkdən ibarətdir. Sonuncu dəfə X1 “Farzana Trading LLC” şirkətindən 60E96310/60E96410 nömrə nişanlı yük avtomaşınında limon yükü daxil olmuş, sözügedən mallar Bakı Baş Gömrük İdarəsində **********9631 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş, həmin mallar onun sifarişi əsasında idxal edilsə də, həmin yük avtomaşınında 1689 kq artıq limon yükünün olması barədə heç bir məlumatları olmamışdır. Belə ki, sifariş edilərkən “1440” qutu limon yükü sifariş edilmiş, yükün dəqiq çəkisi barədə məlumatları olmamışdır. Bundan sonra idxal etdikləri yük göndərilmiş mal-müşayiət sənədləri əsasında rəsmiləşdirilmiş, mal-müşayiət sənədlərində malın çəkisi 21600 kq göstərilmişdir. Ona görə də tərəflərindən təqdim edilmiş xx.xx.2020ci il tarixli gömrük bəyannaməsində malın çəkisi 21600 kq bəyan edilmişdir. Hazırda artıq aşkar edilən 1689 kq limon yükünü rəsmiləşdirmək niyyətindədirlər. Göstərilənləri nəzərə alınaraq məhkəmədən qanuni təmsilçisi olduğu hüquqi şəxsin barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx xxx 2020-ci il tarixli raportdan görünür ki, Şəxs MMC-nin ünvanına X1 “Farzana Trading LLC” şirkətinin 60E96310/60E96410 nömrə nişanlı yük avtomaşınında AW20071 saylı xx.xx.2020-ci il tarixli invoys sənədi ilə daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********9631 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən 21600 kq “limon” yükünə xx.xx.2020-ci il tarixdə “Xocasən” gömrük postunda gömrük baxışı keçirilmişdir. Baxış zamanı **********9631 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən 21600 kq “limon” yükündən əlavə gömrük orqanına düzgün bəyan edilməyən 1689 kq “limon” yükü aşkar edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/1589 saylı ekspertiza rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 kq sitrus meyvəsinin xx.xx.2020-ci il tarixə orta bazar qiyməti təxminən 2,70 manat, 1689 kq-nın qiyməti isə 4560,30 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat müəyyən edilmişdir. Şəxs MMC-nin nümayəndəsi X4 xx.xx.2020-ci il tarixli 00100-0735/20 nömrəli inzibati xəta haqqında protokolun surətini həmin tarixdə almışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 31.3-cü maddəsinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 482.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin düzgün bəyan edilməməsinə görə, yəni gömrük bəyannaməsində, təkrar ixrac bildirişində, qısa idxal (ixrac) bəyannaməsində, sadələşdirilmiş bəyannamədə, gömrük rəsmiləşdirilməsinə dair ərizədə və gömrük orqanlarının Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə uyğun olaraq tələb etdiyi digər sənədlərdə və məlumatlarda Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malları və nəqliyyat vasitələrini gömrük ödənişlərindən, habelə qanunvericiliklə müəyyənləşdirilmiş qadağan və məhdudiyyətlərdən azad etməyə, yaxud gömrük ödənişlərinin məbləğini azaltmağa əsas verən, malların və nəqliyyat vasitələrinin gömrük proseduru, miqdarı, sayı, gömrük dəyəri, mənşə ölkəsi barədə və ya digər düzgün olmayan məlumatların göstərilməsinə görə, bu az miqdarda olduqda -inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələrinin dəyərinin otuz faizindən altmış faizinədək məbləğdə cərimə edilir Məhkəmə səlahiyyətli orqanın və barəsində icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatlarını dinləyib, inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 482.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Məhkəmə Şəxs MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş tənbeh tətbiq edilməklə, hüquqi şəxs inzibati xətanın bilavasitə obyekti olan malın dəyərinin müəyyən faiz miqdarında cərimə edilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Bu səbəbdən, inzibati iş üzrə keçirilmiş ekspertiza xərci olan 100 manat məbləğində pul Şəxs MMC-dən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 26, 31, 40, 43, 48, 84, 112, 114, 115 və 117 maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan malların dəyərinin 30 faizi miqdarında, yəni 1368 (min üç yüz altmış səkkiz) manat məbləğində cərimə edilsin. İnzibati xəta haqqında iş üzrə ekspertiza xərcinə görə Şəxs MMC-dən 100 (yüz) manat məbləğində pul tutularaq dövlət nəfinə keçirilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-778/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-778/2020
19.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver