Məhkəmə qərarları › İş №3(002)-779/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-779/2021

16.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-779/2021 16.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, X10 oğlunun katibliyi, Zərərçəkmiş şəxslər X4 və X7, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsnın iştirakları ilə, xx xxx 1985-ci ildə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Beyləqan rayonu, Qəhrəmanlı qəsəbəsində qeydiyyatda olmaqla, Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan Şəxs barədə, Qaradağ rayon məhkəməsinə daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin Yol-Patrul Xidməti Alayı tərəfindən məhkəməyə təqdim edilmiş 03 aprel 2021-ci il tarixli İXP ******* saylı protokoldan və iş materiallarından aydın olur ki, 03 aprel 2021-ci il tarixdə saat 07:00 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisindən keçən 27-ci kilometrində, Şəxs idarə etdiyi “Ford Transit” yük markalı **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qazax istiqamətində hərəkətdə olarkən qarşı eyni istiqamətdə hərəkətdə olan X7 idarə etdiyi “Hyundai Tucson” minik markalı, **- HP-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, nəticədə “Hyundai Tucson” minik markalı avtomobildə olan sərnişin X8 və sürücü X2 yüngül zərər vurmaya aid xəsarətlər alaraq Respublika Klinik Xəstəxanasına daxil olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin yol-nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinin baş müstəntiqi, polis mayoru X16 tərəfindən araşdırma aparılmış və 26 aprel 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən aydın olur ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə əməldə cinayət tərkibi olmadığına görə sürücü Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. Buna görə də Şəxs barəsində İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X12 öz izahatında göstərmişdir ki, «BC» kateqoriyalı sürücülük vəsiqəsi olmaqla özünə məxsus «Hyundai Tucson» minik markalı **-HP-*** dövlət nömrə nişanlı avtomobili idarə edir. 03 aprel 2021-ci il tarixdə o, bacısı Tünzalə ilə birlikdə idarə etdiyi avtomobillə Bakı şəhərindən Bərdə rayonuna getmək üçün yola düşmüşlər. Tünzalə arxa sağ oturacaqda əyləşmiş, avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, yük olmamışdır. Saat təxminən 07 radələrində Bakı- Qazax-Gürcüstan sərhəddi yolunun Qaradağ rayonu Sahil qəsəbəsi ərazisindən keçən hissəsi ilə üç zolaqlı yolun orta zolağı ilə saatda təxminən 100 km sürətlə Qazax istiqamətinə hərəkətdə olduqları vaxt yağış yağdığı üçün avtomobilin sürətini təxminən 80 km-ə qədər azaltmış və qəflətən avtomobildə nasazlıq yaranaraq dayanmışdır. O, avtomobili işə salmağa çalışsa da avtomobil işə düşməmiş, belə olduqda o, avtomobilin qəza işıqlarını qoşub 156 evakuasiya xidmətinə zəng etmiş və təxminən 2 dəqiqə sonra avtomobilin arxa hissəsinə güclü zərbə dəydiyini hiss etmişdir. Zərbədən avtomobil bir qədər qarşıya doğru hərəkətə edərək dayanmış, avtomobildən düşdükdə idarə etdiyi avtomobili Ford Transit markalı avtomobilin vurduğunu görmüşdür. Hadisə nəticəsində o və bacısı Tünzalə xəsarət aldığından az sonra hadisə yerinə gələn TTY avtomobili ilə onları xəstəxanaya aparmış, xəstəxanada müayinə olunduqdan sonra evə buraxılmışdır. Hadisə nəticəsində avtomobili əzilərək ona maddi ziyan dəymişdir, Sonradan sərxoşluq müayinəsindən keçmiş, xəsarət almağı ilə bağlı MTE müayinəsindən də keçmişdir. O, əlavə olaraq öz izahatında bildirmişdir ki, hal-hazırda inzibati xəta törətmiş şəxs Şəxs şikayətçidir və onun barəsində daha ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Belə ki, hadisədən sonra onun idarə etdiyi avtomobil tamamilə yararsız vəziyyətə düşmüş və avtomobilin təmiri üçün minimum 15000 manat pul lazım olduğu halda, siğorta şirkəti tərəfindən 5000 manat pul verilmişdir. Şəxs tərəfindən isə onlara heç bir maddi və ya mənəvi köməklik göstərilməmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X8 eyni məzmunlu izahat verərək X7 qeyd etdiyi xüsusatları təsdiq etmişdir. O, əlavə olaraq öz izahatında bildirmişdir ki, halhazırda da səhhətində ciddi problemlər olmaqla məcburi müalicə və müayinələrə ehtiyacı vardır. Şəxs tərəfindən isə onlara heç bir maddi və ya mənəvi köməklik göstərilməmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs şikayətçidir və onun barəsində daha ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs öz izahatında bildirdi ki, «BC» kateqoriyalı sürücülük vəsiqsi olmaqla baş etibarnamə əsasında özünə məxsus «Ford Transit» yük markalı **-OG-*** dövlət nömrə nişanlı avtomobili idarə edir. 03 aprel 2021-ci il tarixdə idarə etdiyi avtomobillə Bakı şəhərindən Beyləqan rayonuna getmək üçün yola düşmüş, avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, yük, sərnişin olmamışdır. Saat təxminən 07 radələrində o, Bakı- Qazax-Gürcüstan sərhəddi yolunun Qaradağ rayonu Sahil qəsəbəsi ərazisindən keçən hissəsi ilə üç zolaqlı yolun sol zolağı ilə yağışlı hava şəraitində saatda təxminən 90-100 km sürətlə Qazax istiqamətinə hərəkətdə olduğu vaxt qəflətən yolun sol zolağında ağ rəngli «Hyundai Tucson» minik markalı avtomobilin dayandığını görmüşdür. O, həmin avtomobillə toqquşmamaq üçün tormozdan istifadə etmiş, lakin yolun hərəkət hissəsi yaş olduğundan avtomobil sürüşərək idarə etdiyi avtomobilin qabaq hissəsi «Hyundai Tucson» minik markalı avtomobilin arxa hissəsinə dəyərək toqquşmuş və avtomobillər sıxılmış vəziyyətdə qalmışdır. Avtomobildən düşdükdə «Hyundai Tucson» minik markalı avtomobildə olan sərnişin qadının özünü pis hiss etdiyini görüb ona su verib avtomobildən çıxartmış və az sonra hadisə yerinə gələn TTY avtomobili ilə xəstəxanaya yola salmışdır. Sonradan «Hyundai Tucson» minik markalı **-HP-*** dövlət nömrə nişanlı avtomobilin sürücüsünün Qaraş Allahverdiyev, xəsarət alan şəxsin isə onun bacısının olduğunu bilmişdir. Əlavə olaraq qeyd etmişdir ki, hadisə zamanı həmin «Hyundai Tucson» minik markalı avtomobilin qəza işıqları yanmamış, heç bir xəbərdarlıq nişanı olmamışdır. O öz izahatında əlavə olaraq hazırda maddi cəhətdən imkanı olmadığı üçün hər hansı bir maddi kömək etmək iqtidarında olmadığını və barəsində inzibati cərimə tənbeh tədbirinin tədbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Hacıqabul RMX-sı” publik hüquqi şəxsin 03 aprel 2021ci il tarixli, 182 nömrəli aktından müəyyən olunmuşdur ki, vətəndaş Şəxs sərxoşluq halları aşkar edilməmişdir. Materiala əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 03 aprel 2021-ci il tarixli, 2/8837 nömrəli tibbi müayinə aktından müəyyən olunmuşdur ki, vətəndaş X1 halları aşkar edilməmişdir. Materiala əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxsin 16 aprel 2021-ci il tarixli 183 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, X3 təpənahiyəsinin dərialtı hematoması, sağ bazunun, hər iki sağrının və sol baldırın qançırları, sağ gözaltı nahiyənin sıyrığı bərk küt əşya (əşyalar) təsirindən törənmişlər. 03 aprel 2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilərdilər və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Materiala əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi” publik hüquqi şəxsin 16 aprel 2021-ci il tarixli 184 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, X9 qapalı kəllə beyin travması ilə müşayiət olunan sol təpə nahiyəsinin dərialtı hematoması və səthi əzilmiş yarası, sol kürək nahiyəsinin qançırı, sol daban nahiyəsinin və sol əlin arxa səthinin sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən törənmişlər. 03 aprel 2021-ci il tarixdə baş vermiş yol- nəqliyyat hadisəsi nətijəsində törənə bilərdilər və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edib, izahatları dinləyərək hesab edir ki, Şəxsnın törətmiş olduğu inzibati xəta hadisəsi tam təsdiq olunur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları və zərərçəkmiş şəxslərin şikayətçi olmalarını nəzərə alaraq hesab edir ki, Şəxs törətdiyi inzibati xətaya görə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 01 (bir) il müddətə məhdudlaşdırılsın. X11 və X6 izah edilsin ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində onlara vurulmuş maddi və ya mənəvi zərərin ödənilməsi məqsədilə Azərbaycan Respublikası Mülki və Mülki-Prossesual Qanunvericiliyin tələblərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq hüququna malikdirlər Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar