Məhkəmə qərarları › İş №3(002)-780/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-780/2021

07.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-780/2021 07.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru, polis mayoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Məhkəməyə daxil olmuş 07 iyun 2021-ci il tarixli MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs 02 may 2021-ci il tarixdə həyat yoldaşı X1 nalayiq küçə söyüşləri ilə söymüşdür. Buna görə də Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru, polis mayoru X5 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 38-ci PB-nin sahə inspektoru, polis mayoru X5 tərtib edilmiş protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 02 may 2021-ci il tarixdə həyat yoldaşı X1 nalayiq küçə söyüşləri ilə söymüşdür. Belə ki, ünvan 2 ünvanında yaşayan X4 02 may 2021-ci il tarixdə saat 19:05-də DİN-nin 102 xidmətinə zəng edərək bildirmişdir ki, kürəkəni Şəxs Tarverdi oğlu onun evinə gələrək ailə üzvlərinin başını kəsəcəyi ilə hədələməsi barədə məlumat vermişdir. Bundan sonra X3 həmin tarixdə ərizə ilə Qaradağ RPİ-nin 38-ci PB-nə müraciət edərək bildirmişdir ki, ayrı yaşadığı əri Şəxs Tarverdi oğlu 02 may 2021-ci il tarixdə atası Gülverdinin evinə gələrək nalayiq küçə söyüşləri söyərək onu təhqir etmişdir. Bunun əsasına aparılmış araşdırmadan sonra 12 may 2021-ci il tarixdə Qaradağ RPİ-nin 38-ci PB-nin təhqiqatçısı, polis kapitanı Elşad Mirzəyev tərəfindən “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə protokol tərtib olunmuşdur. Hal-hazırda da tərtib edilmiş inzibati protokolu müdafiə edərək Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs öz izahatında bildirmişdir ki, X3 onun arvadıdır və onların iki azyaşlı övladları var. 15 aprel 2021-ci il tarixdə yaşadıqları mənzildə aralarında söz mübahisəsi yaranmış və Rəvanə bundan əsəbləşərək yaşadıqları ünvanı tərk edərək atası Gülverdinin evinə getmişdir. 02 may 2021-ci il tarixdə günorta saatlarında yaşadığı mənzildə mağazadan almış olduğu spirtli içkini içmiş və bundan sonra qərara gəlmişdir ki, qaynatası Gülverdinin evinə getsin və arvadı Rəvanə ilə birlikdə bir azyaşlı uşağını evinə gətirsin. Orada yenə Rəvanə ilə aralarında söz mübahisəsi yaranmış və o, bundan əsəbləşərək arvadını nalayiq küçə söyüşləri ilə söyərək təhqir etmiş və qaynatasına məxsus mənzildə narahatçılıq yaratmışdır. Əməlindən səmimi peşiman olduğunu, bir daha belə bir hadisə törətməyəcəyini nəzərə alıb barəsində yüngül inzibati tənbeh tədbirinin tədbiq edilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək, iş matetirallarını araşdıraraq və Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını və əməlini etiraf edərək səmimi peşiman olmasını nəzərə alıb hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tədbiq edilməsi daha ədalətli və məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 50 (əlli) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar