Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-781/2024 24.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədzadə Ülviyyə Nizami qızının katibliyi ilə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin nümayəndəsi X1 iştirakları ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs-nin qanuni təmsilçisi X2 iştirakları ilə, Şəxs-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.6-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən tərtib edilmiş 18 mart 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, İD **********, İD **********, İD **********, İD ********** nömrəli müraciət əsasında ölkəyə idxal olunmuş qoz məhsullarını müvafiq dövlət nəzarəti orqanlarından gizlətmiş və məhsullardan nümunələr götürülməsinə şərait yaradılmamışdır. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.6-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin nümayəndəsi X3 bildirmişdir ki, İD **********, İD **********, İD **********, İD ********** nömrəli müraciət əsasında ölkəyə idxal olunmuş qida məhsullarını müvafiq dövlət nəzarəti orqanlarından gizlətmiş və məhsullardan nümunələr götürülməsinə şərait yaradılmamışdır. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq X3 bildirdi ki, sözügedən qida məhsulları anbara boşaldıldıqdan sonra, yəni 30 yanvar 2024-cü il tarixdə səlahiyyətli orqana məhsulların idxalı ilə bağlı məlumat daxil olmuşdur. Lakin 22 fevral 2024-cü il tarixdə məhsullardan nümunə götürmək üçün anbara agentliyin əməkdaşları yaxınlaşdıqda məhsullar anbarda mövcud olmamış və MMC-nin əməkdaşları ilə əlaqə yaradılması mümkün olmamışdır. Daha sonra nümunələrin göndərilməsi üçün hüquqi şəxsə bildiriş verilsə də görülən tədbirlər heç bir nəticə verməmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs-nin qanuni təmsilçisi X4 bildirmişdir ki, hüquqi şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla tanış olmamışdır. Qoz məhsulları Ukrayna Respublikasından anbara gəlib çatmış və 30 yanvar 2024-cü il tarixdə məhsulun idxal edilməsi ilə bağlı sistemə məlumat yerləşdirilmişdir. Məhsul xarici ölkədən yola çıxdığı zaman səlahiyyətli orqana müvafiq müraciət göndərilmişdir. Lakin, səlahiyyətli orqanın əməkdaşları nümunə götürmək məqsədilə 22 fevral 2024-cü il tarixdə, yəni təxminən 1 ayadək müddətdən sonra anbara yaxınlaşdığını bildirirlər. Halbuki malların yerləşdirildiyi anbarın ünvanı barədə məlumatlı olmuşlar. 30 yanvar 2024-cü il tarixdən 22 fevral 2024-cü il tarixədək məhsulun yararsız vəziyyətə düşərək sahibkar olaraq üzləşəcəkləri zərərin qarşısını almaq məqsədilə qeyd olunan məhsulları satmışlar. Eyni zamanda qeyd etmişdir məhsulun 30 yanvar 2024-cü il tarixdə anbara boşaldıldığı halda Agentliyin əməkdaşlarının 22 fevral 2024-cü il tarixdə nümunə götürmək üçün həmin ünvana yaxınlaşmaları onların öz vəzifələrinə məsuliyyətsiz yanaşmanın göstəricisidir. Odur ki, göstərilənləri nəzərə alaraq, Şəxs barəsində başlanılmış icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, əməldə inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. İş materialına əlavə edilmiş portaldan çıxarışdan görünür ki, İD **********, İD **********, İD **********, İD ********** nömrəli müraciətlər üzrə idxal edilmiş məhsullar xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikasının ərazisinə gətirilmiş və Şəxs tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə həmin tarixdə məhsulların idxal edilməsi ilə bağlı məlumat verilmişdir. İş materialına əlavə edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin əməkdaşları tərəfindən Şəxs-nin nümayəndəsinin qeyd edilmiş mobil əlaqə nömrəsinə zəng çatmadığı üçün məhsullardan nümunə götürülməsi mümkün olmamışdır. İş materialına əlavə edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin əməkdaşları tərəfindən Şəxs-nin nümayəndəsinin qeyd edilmiş mobil əlaqə nömrəsinə zəng çatmadığı üçün məhsullardan nümunə götürülməsi mümkün olmamışdır. İş materialına əlavə edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Şəxs-nin anbarına Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin əməkdaşları məhsullardan nümunə götürülməsi üçün cəlb edilmiş, lakin məhsullar həmin anbarda aşkar edilməmişdir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, ölkəyə idxal olunmuş qoz məhsulları 30 yanvar 2024-cü il tarixdə Ukrayna Respublikasından anbara gəlib çatmış və məhsulun idxal edilməsi ilə bağlı səlahiyyətli orqana məlumat verilmişdir. Məhsul xarici ölkədən yola çıxdığı zaman səlahiyyətli orqana müvafiq müraciət göndərilmişdir. Lakin, müvafiq Agentliyin əməkdaşları idxal edilmiş məhsullardan nümunə götürmək məqsədilə həmin ünvana yaxınlaşmaq əvəzinə zəng etməklə kifayətlənmişlər. Hüquqi şəxs tərəfindən məhsulların yerləşdirildiyi anbara 22 fevral 2024-cü il tarixdə, yəni təxminən 1 ayadək müddətdən sonra yaxınlaşmışlar. Həmin anbarda olan qida məhsullarının uzun zaman ərzində saxlanması onların keyfiyyətinin azalmasına səbəb olduğu üçün məhsulları satmışlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 447.0.6-cı maddəsinə əsasən nəzarət olunmalı məhsulun müvafiq dövlət nəzarəti orqanlarından gizlədilməsinə görə - fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında protokol, səlahiyyətli orqanın nümayəndəsinin izahatı, eləcədə inzibati materialda olan digər sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.6-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamış və törədilməsi ehtimal edilən inzibati xəta hadisəsinə aidiyyəti müəyyən edilməmişdir. Beləliklə, məhkəmə iclasında qeyd olunanlar və təqdim olunan sənədlər əsasında müəyyən edilmişdir ki, hazırkı inzibati xəta hadisəsinin baş verməsinə səbəb məhz Agentliyin əməkdaşlarının məhsulun nümunəsinin götürülməsi üçün anbara ağlabatan müddətdən gec getməsi nəticəsində baş vermişdir. Bu hal Şəxs-nin hərəkətlərində İXM-in 447.0.6-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğunu istisna edir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.6-cı maddəsinin dispozisiyasında nəzərdə tutulan hərəkətlərin Şəxs tərəfindən törədilməsi sübuta yetirilmədiyindən, habelə Şəxs-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.6-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.6-cı maddəsi üzrə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-781/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-781/2024
24.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver