Məhkəmə qərarları › İş №3(002)-782/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-782/2023

25.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-782/2023 25.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı regional Bölməsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 25 aprel 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallarından aydın olur ki, Şəxs MMC, İD ********** nömrəli müraciət əsasında ölkəyə idxal olunmuş badımcan məhsullarını sertifikat olmadan ünvan 1 ünvanında 09 mart 2023-cü il tarixdə satmışdır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin “İdxal və ixraca nəzarət sektoru”nun məsləhətçisi və həmin qurumun etibarnamə üzrə nümayəndəsi X2 öz izahatında tərtib edilmiş protokolu müdafiə edərək göstərmişdir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinə yeyinti məhsullarına qida təhlükəsizliyi sertifikatı verilməsi üçün müracət edilmiş, həmin (İD ********** nömrəli) müraciətdə 2661 sayda qutuda, bibər, badımcan məhsullarının İran İslam Respublikasından ölkəyə idxal ediləcəyi göstərilmişdir. 30 yanvar 2023-cü il tarixdə Şəxs MMC-nin direktoru Aysel Kərimova tərəfindən ərizə ilə müraciət edilərək, İD ********** nömrəli müraciət üzrə məhsul gəlmədiyi üçün həmin müraciətdən imtina edilməsi üçün onlara kömək edilməsi xahiş edilmişdir. Bundan sonra, 06 fevral 2023-cü il tarixdə AQTA-nın Bakı Regional Bölməsi Bakı Baş Gömrük İdarəsinə müraciət edərək Şəxs MMC tərəfindən həmin məhsulların ölkəyə idxal olunub-olmaması barədə məlumat verilməsi xahiş edilmişdir. Bakı Baş Gömrük İdarəsinin 22 fevral 2023-cü il tarixli, № 1400-025/0xx-xx/001906 saylı məktubda qeyd olunan sorğu cavablandırılaraq göstərilmişdir ki, İran İslam Respublikasından xx/xx/2022-ci il tarixli, 21 nömrəli hesabfaktura (invoys) xx/xx/2022-ci il tarixli 99-1724 nörməli mənşə sertifikatı və xx/xx/2022-ci il tarixli 07-S nömrəli müqavilə ilə göndərilən brutto çəkisi 12403 kq, netto çəkisi 11350 kq olan təzə bibər yükü və brutto çəkisi 4580 kq, netto 4300 kq olan təzə badımcan yükü İD ********** nömrəli 09 yanvar 2023-cü il tarixli icazə sənədi əsasında Şəxs MMC (VÖEN : **********) tərəfindən **********583 sorğu nömrəli, 03 yanvar 2023-cü il tarixli gömrük bəyannaməsi ilə rəsmiləşdirilərək ölkəyə idxal olunmuşdur. Qeyd olunan xüsusatlar araşdırıldıqdan sonra 28 fevral 2023-cü il tarixdə AQTA-nın Bakı Regional Bölməsi tərəfindən Şəxs MMC-yə bildiriş göndərilərək ölkəyə idxal olunmuş qida məhsulları partiyası (satılması, istehsalçıya geri göndərilməsi və ya anbarda saxlanması) barədə məlumatların 09 mart 2023-cü il tarixədək təqdim edilməsi xahiş edilmiş, qeyd olunan müddət ərzində məlumat verilmədiyi təqdirdə məhsulların sertifikatsız satışı kimi qiymətləndiriləcəyi və MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılacağı qeyd edilmişdir. Qeyd olunan müraciətə müvafiq qaydada cavab verilmədiyindən AQTAnın Bakı Regional Bölməsi tərəfindən 3-44-1/2-3661/23(1) nömrəli, 13 aprel 2023-cü il tarixli "xxxx" haqqında bildirişi MMC-yə ünvalnamış və 25 aprel 2023-cü il tarixdə, saat 14:30-da AQTA-nın Bakı Regional Bölməsinə gəlməyinin zəruri olduğu, əks təqdirdə İXMnin 99.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlanılacağı qeyd edilmişdir. Lakin bu bildirişə də Şəxs MMC tərəfindən cavab verilməmişdir. Nəticədə Şəxs MMC barəsində MN ******* saylı, 25 aprel 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, bundan əvvəl də Şəxs MMC tərəfindən oxşar inzibati pozuntulara yol verildiyindən İXM-nin 447.0.4-cü maddəsi ilə təqsirli bilinərək cərimə edilmişdir. Odur ki, bütün bunların nəzərə alınaraq Şəxs MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Şəxs MMC-yə rəsmi qaydada təkrarən məlumat verilsə də, qeyd olunan təşkilatlardan nümayəndə məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat daxil olmamışdır. Məhkəmə, işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4 maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən toplanmış inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan 28 fevral 2023-cü il tarixli, 3-44-1/2-2175/23(1) nömrəli AQTA-nın Bakı Regional Bölməsi tərəfindən Şəxs MMC-yə ünvanlanmış məktubda ölkəyə idxal olunmuş qida məhsulları partiyası (satılması, istehsalçıya geri göndərilməsi və ya anbarda saxlanması) barədə məlumatların 09 mart 2023-cü il tarixədək təqdim edilməli olduğu, qeyd olunan müddət ərzində məlumat verilmədiyi təqdirdə isə məhsulların sertifikatsız satışı kimi qiymətləndiriləcəyi və MMC barəsində inzibati xəta haqqında iş üzrə icraata başlanılacağı qeyd edilmişdir. Bundan başqa iş materiallarında olan 13 aprel 2023-cü il tarixli, 3-44-1/2-3661/23(1) nömrəli, "xxxx" haqqında bildirişdə də Şəxs MMC-nin nümayəndəsinin 25 aprel 2023-cü il tarixdə, saat 14:30-da AQTA-nın Bakı Regional Bölməsinə gəlməyinin zəruri olduğu, əks təqdirdə İXM-nin 99.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlanılacağı qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs MMC, AQTA-nın Bakı Regional Bölməsi tərəfindən onlara ünvanlanmış müraciətlərə cavab verməmiş, həmçinin İran İslam Respublikasından xx/xx/2022-ci il tarixli, 21 nömrəli hesab-faktura (invoys) xx/xx/2022-ci il tarixli 99-1724 nörməli mənşə sertifikatı və xx/xx/2022-ci il tarixli 07-S nömrəli müqavilə ilə göndərilən brutto çəkisi 12403 kq, netto çəkisi 11350 kq olan təzə bibər yükü və brutto çəkisi 4580 kq, netto 4300 kq olan təzə badımcan yükü İD ********** nömrəli 09 yanvar 2023-cü il tarixli icazə sənədi əsasında Şəxs MMC (VÖEN : **********) tərəfindən **********583 sorğu nömrəli, 03 yanvar 2023-cü il tarixli gömrük bəyannaməsi ilə rəsmiləşdirilərək ölkəyə idxal olunmuş və 09 mart 2023-cü il tarixdə hüquqi şəxsin ünvanında satılmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Qaradağ rayon Məhkəməsinin 3(002)-420/2023 saylı, 12 aprel 2023-cü il tarixli, 3(002)-605/2023 saylı, 12 aprel 2023-cü il tarixli və 3(002)-770/2023 saylı, 08 may 2023-cü il tarixli qərarlarına əsasən Şəxs MMC İXM-nin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 4.000 (dörd min) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində göstərilir ki, qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinin tələbinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır.. Beləliklə, məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini və əvvəllər də eyni pozuntuya görə inzibati məsuliyyətə cəlb edilmələrini nəzərə alaraq hesab edir ki, Şəxs MMC barəsində hüquqi şəxs qismində İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN:**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə 4500 (dörd min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar