Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-783/2023 28.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X12, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxx 1974-cü ildə Füzuli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, müharibə veteranı, işləməyən, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Qaradağ rayon Məhkəməsinin 2(002)-1263/2021 saylı, 06 dekabr 2022-ci il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibatı material baxılması üçün məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X15 protokolu müdafiə edərək bildirmişdir ki, Qaradağ rayon məhkəməsinin 2(002)- 1263/2021 saylı, 10 sentyabr 2020-ci il tarixli icra vərəqəsinə əsasən, iddiaçı X2 cavabdeh Şəxs Pəhlivan oğluna qarşı nikahının pozulması, uşaqların ananın yanında saxlanılması və aliment tələbinə dair iddiasının qismən təmin edilməsi, Qaradağ Rayon Qeydiyyat Şöbəsi tərəfindən X4 ilə cavabdeh Şəxs arasında 05 aprel 2005-ci il tarixdə 178 saylı akt qeydi ilə icra edilmiş nikahın pozulması, tərəflərin birgə nikahdan olan yetkinlik yaşına çatmayan uşaqları 25 iyul 2005-ci il təvəllüdlü X10, 09 sentyabr 2006-cı il təvəllüdlü X6, 14 fevral 2012-ci il təvəllüdlü X5 və X5 boşanmadan sonra anaları X2 yanında qalması, həmin uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün 30 mart 2021-ci ildən başlayaraq, cavabdeh Şəxs hər ay hər uşağa görə 50 manat olmaqla, cəmi dörd uşağa görə 200 manat sabit pul məbləğində alimentin tutularaq, iddiaçı X3 ödənilməsi qət edilmişdir. Həmin icra sənədi icra olunması üçün Qaradağ rayon icra və probasiya şöbəsinə göndərilmiş, qanunvericlikdə nəzərdə tutulmuş qaydada icraata başalamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Borclu aliment borcundan indiyədək ödənişlər etməmiş və hal-hazırda tələbkara 1440 manat məbləğində aliment borcu qalmışdır. Buna görə də borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə 28 aprel 2023-cü il tarixli MN ******* saylı protokol tərtib etmiş və borclunu inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X4 öz izahatında bildirmişdir ki, Qaradağ rayon məhkəməsinin 2(002)-1263/2021 saylı, 10 sentyabr 2020-ci il tarixli icra vərəqəsinə əsasən ona dörd uşağa görə 200 manat aliment kəsilmişdir. Özü işlədiyinə görə dörd uşağa cəmi 200 manat alimentin verilməsinə razı olmuşdur. Lakin bir müddət sonra aliment borcu yığılmış və borclu tərəfindən heç bir ödəniş edilməmişdir. Uşağının xarici pasport alması üçün borlcunun razılıq verməsi müqabilində 1500 manat aliment borcundan imtina etmişdir. Bundan sonra borclu yenə də ödənişlər etməyərək hal-hazıra 1440 manat aliment borcu qalmışdır. O, öz izahatına əlavə edərək qeyd etmişdir ki, borclunun məcburi kökçün kartı onda olmaqla hər ay kartdan 300 manat pulu çıxarıb, 120 manatı isə borclu və onun anasına qaytarırmış. Artıq bir ilə yaxındır ki, borlcu 120 manatı da ona verir. Hər ay aliment borcundan 120 manat aldıqda isə borclunun 80 manat borcu ödənilməmiş qalır. O bunun kifayət etmədiyini, dörd uşağa təkbaşına baxmağın onun üçün çətin olduğunu qeyd edərək tələbkarın aliment borcunu ödəmədiyi təqdirdə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, icra vərəqəsindən məlumatı vardır. Özü Birinci və X9 könüllü iştirak etmiş, 1992-ci ildə Füzulidə alın nahiyyəsindən ağır qəlpə yarası almış və 1994-cü ildə Suqovuşanda diz qapağından ağır yaralanmış, səkkiz dəfə kontuziyaya uğramışdır. 1994-cü ilin aprel döyüşlərinin qəhrəmanıdır. Kürəyində 35 qəlpə yarası var. Hal-hazırda rəsmi olaraq heç bir yerdə işləməməklə heç bir qazancı yoxdur. Fiziki vəziyyəti də ona işləməyə imkan vermir. Məcburi köçkün olması ilə əlaqədar hər bir ailə üzvünə 60 manat olmaqla, 420 manat maddi yardım alır. O bu maddi yardımdan keçmiş arvadının xeyrinə imtina etmişdir. Bütün bunların nəzərə alınaraq inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və icra işini nəzərdən keçirərək, hesab edir ki, borclu Şəxs əməlində hazırki vaxtda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, borclu rəsmi qaydada heç bir yerdə işləməməklə hər hansı bir gəlirə də malik deyildir. Bundan başqa məhkəmə iclasında borclunun yaranmış borcunu ödəməkdən qəsdən yayınmasına dair heç bir hal müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş AO seriyalı, ******* saylı hərbi biletin surətindən aydın olur ki, Şəxs 1992-ci ildə Füzulidə alın nahiyyəsindən ağır qəlpə yarası almış və xx.xx.1994-cü ildə Suqovuşanda diz qapağından güllə yarası almaqla ağır yaralanmış, səkkiz dəfə kontuziyaya uğramışdır. İş materiallarına əlavə edilmiş M-V seriyalı 072833 saylı vəsiqənin surətindən aydın olur ki, Şəxs müharibə veteranıdır. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-783/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-783/2023
28.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver