Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-790/2025 29.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Dadaşova Şəfa Əliövsət qızı, “Holcim (Azərbaycan)” ASC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən M Ü Ə Y Y Ə N E T D İ M: “Holcim (Azərbaycan)” ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar 389-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Bakı Şəhər Statistika İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. “Holcim (Azərbaycan)” ASC-nin nümayəndəsi Devran Abdullayev məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, MN ******* saylı inzibati tənbeh vermə haqqında protokolda şirkətin nümayəndəsinin izahat verməkdən imtina etməsi qeyd edilmişdir. Lakin hüquqi şəxsin heç bir nümayəndəsi izahat vermək üçün dəvət edilməmiş, hətta protokolun surətini də hüquqi şəxsə təqdim etməmişdirlər. “Holcim (Azərbaycan)” ASC işi məhkəmə portalında gördükdən sonra belə protokolun tərtib edilməsindən xəbərdar olmuşur. MN ******* saylı protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs protokolun tərtib edilməsi üçün dəvət edilməmiş, ondan izahat alınmamış, ona protokola imza etdirilməmiş və protokolun surəti ona təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müddəalarının kobud pozuntusuna yol verilmişdir. Göstərilənləri nəzərə alaraq, Bakı şəhər Statistika İdarəsinin rəis müavini X1 MN ******* saylı inzibati xəta haqqında protokolunun onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu, ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edir ki, “Holcim (Azərbaycan)” ASC barəsində inzibati xəta haqqında protokolun tərtib olunmasını elektron məhkəmə sistemi vasitəsilə öyrənmişlər. Belə ki, məhkəməyə təqdim olunmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan və əlavə edilmiş materialdan müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi izahatının alınması üçün dəvət olunmamasına baxmayaraq, inzibati xəta haqqında protokolu imzalamaqdan imtina etmələri kimi qeyd olunmuşdur. Odur ki, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Bakı Şəhər Statistika İdarəsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.7-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Həmin Məcəllənin 100.4-cü maddəsinə görə protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Belə olan halda hesab edirəm ki, yuxarıda qeyd edilən nöqsanlar aradan qaldırılması üçün inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100, 101,102.5 və 109-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: “Holcim (Azərbaycan)” ASC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və toplanmış material Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Bakı Şəhər Statistika İdarəsinə qaytarılsın. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-790/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-790/2025
29.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver