Məhkəmə qərarları › İş №3(002)-794/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-794/2020

21.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-794/2020 21.07.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədirliyi, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, DİN-nin BDYP-nin YPX-nin Vİ tağımının baş yol patrul xidməti inspektoru polis baş leytenantı X1, 10 saylı Vəkil bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1961-ci ildə Yardımlı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi qaydada sürücü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs barəsində DİN Baş Dövlət X5 Yol-Patrul Xidməti Alayından daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində İXM-nin 211.1-ci maddəsinə əsasəninzibati protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Vİ tağımın baş yol patrul xidməti inspektoru polis baş leytenantı X3 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs xx xxxx 2020-ci il tarixdə öz şəxsi avtomobilində Bakı qeydiyyatında olmayan sərnişinləri götürərək Qaradağ rayon ərazisində yerləşən “Ələt” postundan keçirtməyə cəhd göstərmişdir. Bununlada o, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin tələblərini pozmuşdur. Buna görə də xx xxxx 2020-ci ildə Şəxs barəsində İXM-nin 211.1-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Hazırda da inzibati protkolu müdafiə edərək Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında inzibati xəta törətməsini etiraf edərək karantin rejiminin qaydalarını pozduğunu bildirmişdir. O, öz izahatında göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə öz şəxsi avtomobilində Bakı qeydiyyatında olmayan sərnişinlər götürərək Bakı şəhərinə gətirmək istəmişdir. O öz izahatında əlavə olaraq bildirmişdir ki, hal-hazırda törətdiyi əməldən peşiman olmasını, ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını nəzərə alıb barəsində həbslə bağlı olmayan inzibati tənbeh tədbirinin tədbqi edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş İXP ******* saylı xx xxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs barəsində özünün iştirakı ilə İXM-nin 211.1-ci maddəsinə əsasən prtokol tərtib edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı Şəxs İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməsi özünün və protokolu tərtib etmiş şəxsin izahatları və iş materialları ilə tam sübuta yetmişdir. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində göstərilir ki: epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini və onun şəxsiyyətini nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədə daha müvafiq hesab edir. Şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən iki iş saatı sərf olunmuşdur. Odur ki, inzibati xəta törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı 12 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Vəkil ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs AzərbaycanRespublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. İnzibati xəta törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı 12 (on iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına köçürülsün. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar