Məhkəmə qərarları › İş №3(002)-795/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-795/2025

29.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-795/2025 29.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Qaradağ rayon Polis İdarəsinin 10-cu polis şöbəsinin sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 2002-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, rəsmi qaydada işləməyən, əvvəllər məhkum olunmuş, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan ərazi dairəsi, Lökbatan qəsəbəsi, Bünyatzadə küçəsi, ev 1B, mənzil 43 ünvanında yaşayan Şəxs barəsində Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-dən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə rəisi, polis mayoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 29 aprel 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Daxil olmuş inzibati materialdan və tərtib edilmiş inzibati protokoldan aydın olur ki, Şəxs 26 aprel 2025ci il tarixdə, saat 21:50-də Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən kioskdan 100 manat oğurlamışdır. Məhkəmə iclası zamanı Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə rəisi X2 öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 26 aprel 2025-ci il tarixdə, saat 21:50-də Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən köşkü işlədən X4 aldadaraq 100 manat almış və pulu geri qaytarmamışdır. Faktla bağlı araşdırma aparılmış və hadisəni törətmiş Şəxs barəsində İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilmişdir. İnzibati xəta törətmiş şəxsin hal-hazıradək vurulmuş ziyandan heç bir ödəniş etməməsini və zərərçəkmiş şəxsin şikayətçi olmasını bildirərək onun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs X7 ilə mobil teelfon vasitəsilə əlaqə saxlanılmışdır. Zərərçəkən öz izahatında göstərmişdir ki, hal-hazırda ailə vəziyyəti ilə əlaqədar Biləsuvar rayonunda olduğunu və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş edərək bildirmişdir ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən kiosk obyektində satıcı kimi işləyir. 25 aprel 2025-ci il tarixdə, saat təxminən 21:50 radələrində işlədiyi ünvanda olan zaman bir neçə gün əvvəl tanıdığı bir nəfər kişi cinsli, təxminən 30 yaşlarında şəxs ona yaxınlaşaraq təcili olaraq ona yarım saatlıq 100 manat pula ehtiyacı olduğunu demiş və yarım saat sonra pulu geri qaytaracağını vəd etmişdir. O həmin şəxsə etiraz etməmiş və qeyd olunan məbləğdə pul vəsaitini sonuncuya vermişdir. Bundan sonra həmin şəxs pulu götürərək ünvandan uzaqlaşmışdır. Lakin yarım saat keçdikdə o həmin şəxsin gəlmədiyini görüb, o növbəti gün də gəlmədikdə aldadılaraq 100 manat pulunun ələ keçirildiyini anlamışdır. Hadisə nəticəsində ona ümumilikdə 100 manat məbləğində maddi ziyan dəymiş və hal-hazıradək ona vurulmuş ziyan ödənilməmişdir. Odur ki, Şəxs barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, Rəşad Ağayevi təxminən üç-dörd aydır tanıyır. Həmin şəxsdən əvvəllər bir neçə dəfə pul alıb qaytarmışdır. 24 aprel 2025-ci il tarixdə, saat təxminən 22:00 radələrində onun pula ehtiyacı olduğu üçün yenidən Rəşadın yanına, yəni işlədiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən kiosk obyektinə getmişdir. Həmin vaxt Rəşaddan bir neçə günə qaytarmaq vədi ilə 100 manat pul almışdır. Sonradan Rəşada bir neçə günə qaytaracağını bildirmişdir. Bundan sonra o, həmin yerdən uzaqlaşaraq getmişdir. Bundan iki-üç gün keçdikdən sonra ona məlum olmuşdur ki, Rəşad onun barəsində şikayət ərizəsi ilə müraciət edib. O Rəşaddan pulu bir neçə günə geri qaytaracağı adı ilə almışdır. Rəşadın barəsində dedikləri şər və böhtandan ibarətdir. O pulu hər hansı vədlə almamışdır. Halhazırda maddi imkanı olmadığı üçün dəymiş ziyandan ödəniş edə bilməyəcəyini, törətdiyi əməldən peşiman olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 29 aprel 2025-ci il tarixli, Qaradağ RPİ-nin 10-cu PŞnın baş təhqiqatçısı, polis mayoru Əlizamin Ağayev tərəfindən qəbul olunmuş “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərara əsasən; Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Sabir küçəsi, nömrəsiz evdə yaşayan vətəndaş X3 müraciəti əsasında toplanmış material üzrə cinayət iş başlanması rədd edilmiş, hadisəni törətmiş Şəxs əməlində İXM-nin 227-ci maddəsinin tarkib əlamətləri yarandığından müəyyən edilərək barəsində inzibati təsir tədbirlərinin görülməsindən ötrü qəbul edilmiş qərarın sureti aidiyyəti əməkdaşa həvalə edilməsi, qəbul edilmiş qərarın surəti məlumat üçün qanunla müəyyən edilmiş maraqlı tərəflərə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Qaradağ rayon prokuroruna göndərilməsi, toplanmış material saxlanması üçün Qaradağ RPİ-nin 10-cu PŞ-nin arxivinə verilməsi qərara alınmışdır. Məhkəmə izahatları dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs dələduzluq yolu ilə özgəsinin əmlakını ələ keçirməsi hadisəsi tam sübuta yetirilmişdir. Ona görə də məhkəmə Şəxs oğlunun inzibati məsuliyyətə cəlb olunması barədə qərarın qəbul edilməsini əsaslı hesab edir. Azərbaycan Respublikası İXM-nin 21-ci İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, Şəxs oğlu tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, vurulmuş ziyandan heç bir ödəniş etməməsini və buna hər hansı bir formada cəhd belə göstərməməsini nəzərə alaraq ona inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini daha ədalətli və məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: 1.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 29 aprel 2025-ci il, saat 17:00-dan hesablansın və həbs müddətinin sonu 29 may 2025-ci il, saat 17:00 müəyyən edilsin. 3.Zərərçəkmiş şəxs X5 izah edilsin ki, ona vurulmuş maddi və mənəvi zərərin ödənilməsi məqsədi ilə məhkəmədə iddia qaldırmaq hüququna malikdir. 4.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə həvalə edilsin. 5.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar