Məhkəmə qərarları › İş №3(002)-796/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-796/2023

16.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-796/2023 16.05.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi ilə Şəxs MMC-nin barəsində Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə МÜƏYYƏN ЕТDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 3(002)-796/2023 saylı material Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. Şəxs MMC-nin nümayəndəsi tərəfindən Qaradağ rayon Məhkəməsinə ünvanlanmış 16 may 2023-cü il tarixli ərizədə Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 485.2-ci maddəsi ilə daxil olmuş işlərin bir icraatda biləşdirilməsi xahiş olunmuşdur. Məhkəmə verilmiş vəsatəti və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs MMC barəsində İXM-nin 485.2-ci maddəsi ilə 02 may 2023-cü il tarixdə icraata daxil olmuş 3(002)-796/2023 saylı inzibati iş, hakim Teymur Qurbanovun icraatında olan 3(002)- 763/2023 saylı material ilə mahiyyəti üzrə eynilik təşkil etdiyindən bir icraatda 3(002)- 763/2023 saylı iş nömrəsi ilə birləşdirilməli, qeyd olunan inzibati xəta haqqında işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 34, 106, 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA АLDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 3(002)-796/2023 saylı material bir icraatda, yəni 3(002)-763/2023 saylı iş nömrəsi ilə birləşdirilsin. Hakim Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar