Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-797/2021 29.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X8 X1 nümayəndəsi X5, Barəsində inzibati inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili X3 iştirakları ilə, Şəxs MMC barəsində İXM-nin 228-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X8 X2 tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X8 X1 nümayəndəsi X7 öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək bildirmişdir ki, 21 dekabr 2020-ci il tarixdə agentliyin nümayəndələri tərəfindən nizamnaməyə uyğun olaraq Bakı şəhəri, Qaradağ rayonu, “Şahqaya” əhəngdaşı yatağında hüquqi şəxs Şəxs MMC-nin istifadə etdiyi əraziyə baxış keçirilmişdir. Baxış zamanı Şəxs MMC tərəfindən müvafiq icazə sənədi olmadan faydalı qazıntı hasilatı işlərinin aparılması və bu işlərin davam etdirilməsi faktı aşkar olunmuşdur. Buna əsasən 21 dekabr 2020-ci il tarixdə 000038 saylı akt tərtib olunmuşdur. Həmin aktdan da göründüyü kimi, X8 X1 monitorinq və nəzarət şöbəsinin müdiri Zaur Səidi və həmin şöbənin baş mütəxəssisi Aydın Əliyev tərəfindən Qaradağ rayonu, “Şahqaya” əhəngdaşı yatağında hüquqi şəxs Şəxs MMC-nin dağ-mədən fəaliyyətinə baxış keçirilmişdir. Baxış zamanı ərazidə bir ədəd kombayn, bir ədəd şırımaçan, iki ədəd qaldırıcı kran vasitəsilə blok hasil edilmişdir. İstehsal prosesi zamanı yaranmış tullantıların yığılması, qorunması uçotunun aparılması təmin olunmamışdır. Həmçinin araşdırma zamanı müəyyən olunmuşdur ki, Şəxs MMC-yə məxsus 0,35 ha ərazi 04 aprel 2018-ci il tarixli 034 nömrəli “Dağ-mədən ayırması” aktı ilə fiziki şəxs Elnur Əzizova məxsusdur. Bu ərazidə aparılan hasilat 0,35 ha ərazidə orta istismar dərinliyi 5 metr olmaqla 17500 kubmetr, digər sahəsi 0,28 ha olan ərazidə yer təkindən müvafiq icazə sənədi olmadan orta istismar dərinliyi 2,5 metr olmaqla 7000 kubmetr hasilat aparılmışdır. Nəticədə “Yerin təki haqqında” Qanunun 9,10,21 və 46-cı maddələrinin tələbləri pozulmuşdur. Odur ki, Şəxs MMC barəsində 03 may 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Şəxs MMC-nin hüquqi ünvanına 15 aprel 2021-ci il tarixdə agentlik tərəfindən müvafiq məktub göndərilərək aktda qeyd olunan pozuntularla əlaqədar qarşı tərəfdən müvafiq izahatın alınması məqsədilə 30 aprel 2021-ci il tarixdə Agentliyin ofisinə gəlmələri xahiş olunmuşdur. Həmin tarixdə Şəxs MMC-nin heç bir nümayəndəsi gəlmədiyindən 03 may 2021-ci il tarixdə şirkətin ünvanına toplanmış inzibati materialın Qaradağ rayon Məhkəməsinə göndərilməsi haqqında məktub ünvanlanmışdır. O, öz izahatında daha sonra göstərmişdir ki, agentliyin nümayəndələri tərəfindən əraziyə baxış keçirilib akt tərtib edilərkən Şəxs MMC-nin nümayəndəsi aktla tanış olmaqdan və imzalamaqdan imtina etmiş və eləcə də “xxxx” MMC barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən barəsində inzibati protokol tərtib edilmiş şəxsin nümayəndəsi iştirak etməmişdir. Daha sonra o, barəsində inzibati inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkilinin sualına cavab olaraq bildirmişdir ki, həmin hasilat işlərinin Şəxs MMC tərəfindən aparılması faktı fotoşəkillərdə və aktda öz əksini tapır və bunlar yetəri qədər sübut edir ki, həmin ərazidə hasilat işləri Şəxs MMC tərəfindən aparılmışdır. O, öz izahatında əlavə olaraq bildirmişdir ki, agentliyin nizamnaməsinə əsasən hüquq pozuntularına qarşı tədbirlər görmək agentliyin səlahiyyətindədir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi və vəkili X4 öz izahatında tərtib olunmuş protokolu qəbul etməyərək bildirmişdir ki, 21 dekabr 2020-ci il tarixdə tərtib edilmiş aktda qeyd olunan hasilat işləri Şəxs MMC tərəfindən aparılmamış və eləcə də bu işlərin Şəxs MMC tərəfindən aparılmasını təsdiq edən heç bir mötəbər sübut yoxdur. Belə ki, təqdim olunmuş fotoşəkillərdən həmin ərazinin məhz Şəxs MMC-yə məxsus olmasını və hasilat işlərinin həmin hüquqi şəxs tərəfindən aparılmasını təsdiq edən heç bir işarə yoxdur. Həmçinin tərtib olunmuş aktın məhz həmin əraziyə baxış keçirilən zaman tərtib olunub-olunmaması da sual altındadır. Belə ki, aktdan görünür ki, guya Şəxs MMC-nin nümayəndəsi aktla tanış olmaqdan və imzalamaqdan imtina etmişdir. Lakin həmin aktın tərtib edilməsindən təmsil etdiyi hüquqi şəxsin heç bir məlumatı olmamışdır. Həmçinin agentliyin həmin ərazidə yoxlama keçirmə səlahiyyəti və protokol tərtib etmək səlahiyyəti müəyyən olunmamışdır. X8 X2 tərəfindən guya ki, baş vermiş hüquq pozuntusunun 21 dekabr 2020ci il tarixdə aşkar edildiyi və həmin tarixdə də akt tərtib edildiyi göstərilsə də, İXM-nin tələbləri kobud şəkildə pozulmaqla hansısa naməlum səbəbdən bu barədə 03 may 2021-ci il tarixdə, yəni inzibati xətanın aşkar edildiyi vaxtdan 04 ay 12 gün keçdikdən sonra protokol tərtib edilmişdir. Bundan başqa istər həmin yoxlamanın keçirilməsi, istərsə də yoxlamadan sonra inzibati araşdırmanın aparılaraq bu barədə müvafiq protokolun tərtib edilməsi barədə də Şəxs MMC-yə heç bir rəsmi və yaxud qeyri-rəsmi məlumat verilməmişdir. Bundan başqa tərtib edilmiş aktında qeyri-müəyyən olduğunu bildirərək göstərmişdir ki, həmin aktda qeyd edilmişdir ki, Şəxs MMC-yə məxsus 0,35 ha ərazi 2018ci il 04 aprel tarixli 1034 nömrəli “Dağ-mədən ayrıması” aktı ilə fiziki şəxs Elmir Əzizova məxsusdur. Əslində isə Şəxs MMC belə bir şəxsi tanımır və həmin şəxsin fəaliyyət göstərdiyi ərazi barədə MMC-də heç bir məlumat yoxdur. Əlavə olaraq bildirmişdir ki, 02 iyul 2013-cü il tarixli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Lakin, agentliyin nümayəndələri tərəfindən bu normanın tələblərinə ümumiyyətlə riayət edilməmişdir. “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 03 may 2017ci il tarixli, 1361 nömrəli Fərmanına və “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 23 fevral 2017-ci il tarixli, 1256 nömrəli Fərmanına və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda və 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2 may 2019-cu il tarixli, 667 nömrəli Fərmanına əsasən də həmin agentliyin protokol tərtib etmək və qərar qəbul etmək səlahiyyəti yoxdur. Odur ki, Şəxs MMC barəsində inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokol tərtib etmiş agentliyin nümayəndəsinin və barəsində inzibati inzibati icraat aparılan hüquqi şəxsin nümayəndəsi və vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qeyd olunan inzibati pozuntu ilə əlaqədar hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış, qeyd olunan inzibati əraziyə baxış keçirilərkən, bu barədə akt tərtib edilərkən və sonradan inzibati pozuntu ilə bağlı protokol və qərar qəbul edilərkən barəsində protokol tərtib edilmiş şəxsin iştirakı təmin edilməmiş, bununla bağlı hər hansı bir izahat alınmamışdır. Eləcə də iş materiallarında barəsində inzibati protokol tərtib edilmiş şəxsin inzibati araşdırmaya dəvət edilməsinə dair hər hansı bir sübut da aşkar edilməmişdir. İş materiallarına Şəxs MMC-yə 15 aprel 2021-ci il tarixdə və 03 may 2021-ci il tarixdə məktubların göndərilməsi qeyd edilsə də, agentliyinin nümayəndəsinin məhkəmə iclası zamanı təqdim etdiyi zərfdən aydın olur ki, Şəxs MMC-yə 07 may 2021-ci il tarixdə göndərilmiş məktub “bu ünvanda yaşamır” qeydi ilə geri qayıtmışdır. Bundan başqa məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X8 X1 nümayəndələri tərəfindən qeyd olunan vaxtda və həmin ərazidə hansı əsaslarla yoxlama, yaxud baxışın keçirilməsinə dair rəsmi icazələrinin olubolmamasına dair sübutlar müəyyən edilməmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş 03 may 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda İXM-nin 100-cü və 101-ci maddəsinin tələbləri pozulmaqla inzibati xəta törətmiş hüquqi şəxs Şəxs MMC-nin konkret törətdiyi inzibati pozunutunun nədən ibarət olması (o cümlədən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, xətanın aşkar edilməsi zamanı mütəxəssis rəyindən və xüsusi texniki vasitələrdən istifadə edilib-edilməməsi, protokol tərtib edilərkən şəxsin iştirak edibetməməsi, onun hüquq və vəzifələrinin izah edilməsi və sair bir çox halları) müəyyən edilməmiş və eləcə də inzibati xətanın aşkar edildiyi vaxtdan uzun müddət, yəni 04 ay 12 gün keçdikdən sonra protokol tərtib edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.1-ci maddəsində protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilməlidir. Həmin Məcəllənin 101.1-ci maddəsində göstərilir ki, İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. 101.2. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. 101.3. İnzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. 102.5. İnzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətə uzadılır. Bundan başqa iş materiallarına Ekologiya və Təbii Sərvətlər Nazirliyi X8 X1 qeyd olunan inzibati pozuntu ilə əlaqədar inzibati araşdırma aparılıb-aparılmamasına, eləcə də İXM-nin 228-ci maddəsinə əsasən həmin agentliyin protokol və qərar qəbul etmək səlahiyyətinə hansı vəzifəli şəxsinin malik olmasına dair heç bir sübut əlavə edilməmişdir. Bundan başqa iş materiallarına əlavə edilmiş 21 dekabr 2020-ci il tarixli 000038 saylı aktın surətindən məlum olur ki, X8 X1 Monitorinq və Nəzarət şöbəsinin nümayəndələri tərəfindən qeyd olunan tarixdə Qaradağ rayonunda yerləşən “Şahqaya” əhəngdaşı yatağına baxış keçirilərkən Şəxs MMC-yə məxsus ərazidə qanunsuz hasilat işlərinin aparıldığı qeyd edilmişdir. Göründüyü kimi bu fakt müəyyən edilərkən hansı xüsusi texniki vasitələrdən istifadə edilməsi protokol və qərarda öz əksini tapmamaqla İXM-nin 81.1 və 81.3-cü maddələrinin tələblərinə əməl edilməmişdir. Eləcə də həmin aktda qeyd olunan ərazinin 0,35 ha hissəsinin fiziki şəxs Elmir Əzizov adlı şəxsə məxsus olduğu qeyd edilsə də, inzibati xəta haqqında protokolda bu barədə heç bir qeyd aparılmamış, buna aydınlıq gətirilməmiş və belə olan halda hansı əsaslarla Şəxs MMC barəsində protokolun tərtib edilməsi göstərilməmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 81.1-ci maddəsində göstərilir ki, müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları xüsusi texniki vasitələr adlanır. 81.3. Xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 148-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafeləriniq orumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xətat örətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə köməkedən səbəbləri və şəraiti aşkar etməkdən və inzibat xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmə yuxarıda qeyd olunan halları araşdıraraq belə nəticəyə gəlmişdir ki, Şəxs MMC barəsində olan inzibati xəta haqqında protokol tərtib edilərkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1 hakimin, səlahiyyətli orqanın (vəzifəl işəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin pozulmuş hüquqlarının bərpa edilməsi məqsədi ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X8 X2 tərəfindən tərtib edilmiş 03 may 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmadığından İnzibati Xətalar Məcəlləsinin tələbləri nəzərə alınmaqla iş materialları yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 128, 129, 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində tərtib olunmuş inzibati xəta haqqında 03 may 2021-ci il tarixli MN ******* saylı protokol yenidən araşdırılıb baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-797/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-797/2021
29.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver