Məhkəmə qərarları › İş №3(002)-798/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-798/2021

09.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-798/2021 09.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis mayoru X5, Zərərçəkmiş şəxs X2, 10 saylı vəkil bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1977-ci il tarixdə Göyçay rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, Göyçay rayonu, Mallı Şıxlı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Nəsimi rayonu, H.Əliyev küçəsi, 59 saylı MKİS yaxınlığındaki nömrəsiz fərdi evdə yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis mayoru X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 09 iyun 2021-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Protokol 09 iyun 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar əsasında tərtib edilmişdir. Qeyd olunan qərara və protokola əsasən, Şəxs 09 iyun 2021-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Meyvəli” Ticarət mərkəzində mağazanın qarşısında açıq ərazidən 4 kaset, ümumilikdə 96 ədəd, hər biri 0,5 litr həcmində “Bizon” enerji içkilərini oğurlayaraq zərərçəkmişə ümumilikdə 96 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis mayoru X7 öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək bildirmişdir ki, X1 RPİ-nin 10-cu PB-nə ərizə ilə müraciət edərək 09 iyun 2021-ci il tarixdə gecə saatlarında özünə məxsus olan Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Meyvəli” ticarət mərkəzində gündəlik təlabat mallarının topdan və pərakəndə satışı ilə məşğul olduğu mağazanın qarşısında açıq ərazidən iki nəfər şəxsin 4 kaset, hər kasetdə 24 ədəd olmaqla ümumilikdə 96 ədəd 0,5 litr qablaşdırılmada olan göy rəngli “Bizon” enerji içkilərini oğurladığını bildirmişdir. Qeyd olunan oğurluq faktı ilə bağlı Polis Bölməsində araşdırma aparılmış və Şəxs törətdiyi əməl cinayət məsuliyyətinə səbəb olmadığı üçün barəsində “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmiş və inzibati araşdırma aparılması üçün materallar onun icraatına verilmişdir. Hazırda da inzibati protkolu müdafiə edərək Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərəçəkmiş şəxs X4 öz izahatında göstərmişdir ki, 09 iyun 2021-ci il tarixdə gecə saatlarında özünə məxsus olan Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Meyvəli” ticarət mərkəzində gündəlik təlabat mallarının topdan və pərakəndə satışı ilə məşğul olduğu mağazanın qarşısında açıq ərazidən iki nəfər şəxsin 4 kaset, hər kasetdə 24 ədəd olmaqla ümumilikdə 96 ədəd 0,5 litr qablaşdırılmada olan göy rəngli “Bizon” enerji içkilərini oğurlamış və ona 96 manat ziyan dəymişdir. Daha sonra o, öz izahatına əlavə olaraq bildirmişdir ki, hazırda ona dəymiş ziyan tam ödənildiyindən Şəxs qarşı heç bir şikayət və tələbi olmadığından iş üzrə inzibati materiala xitam verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, həqiqətəndə o, dostu ilə birlikdə 09 iyun 2021-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Meyvəli” Ticarət mərkəzində mağazanın qarşısında açıq ərazidən 4 kaset, ümumilikdə 96 ədəd, hər biri 0,5 litr həcmində “Bizon” enerji içkilərini oğurlamışdır. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş şəxslə barışdığını və zərərçəkmiş şəxsə dəyən maddi ziyanın ödənildiyini qeyd edərək, iş üzrə inzibati materiala xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və iş materiallarını tədqiq edərək belə qənaətə gəlir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə baxışı zamanı zərərçəkmiş X4 tərəfindən təqdim olunmuş ərizədən görünür ki, Şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir və onun Şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən üç iş saatı sərf olunmuşdur. Odur ki, məhkuma göstərilmiş hüquqi yardımla bağlı 18 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Vəkil ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39.2, 227, 114-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İnzibati xəta törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Vəkil oğluna ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar