Məhkəmə qərarları › İş №3(002)-799/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-799/2021

09.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-799/2021 09.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri, Qaradağ Rayon Polis İdarəsinin 10-cu PB-nin polis sahə rəisi X4, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Əli-Bayramlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycanlı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2nvanında yaşayan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri, Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis bölməsindən daxil olmuş 09.06.2021-ci tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 09 iyun 2021-ci il tarixdə Meyvəli TMdə mağazanın qarşısında açıq ərazidən 04 (dörd) kaset olmaqla ümumilikdə 96 ədəd 0.5lik “Bizon ” enerji içkilərini oğurlanmışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X7, məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Zərərçəkmiş şəxs 09.06.2021-ci il tarixdə Qaradağ rayon Polis İdarəsinin 10-cu PB-nə ərizə ünvanlayaraq 09.06.2021 ci il tarixdə gecə saatlarında özünə məxsus olan Qaradağ rayon, Lökbatan qəsəbəsində yerləşən Meyvəli ticarət mərkəzində gündəlik təlabat mallarının topdan və pərakəndə satışı ilə məşğul olduğu maqazinin qarşısında açıq ərazidən iki nəfər şəxs 4 kaset hər kasetdə 24 ədəd olmaqla ümümilikdə 96 ədəd 0.5 litr qablaşdırılmada olan göy rəngli Bizon enerji içkisini oğurlamasını bildirmişdir. Zərərçəkmiş enerji içkilərinin oğurlanması nəticəsində ona 96 manat maddi ziyan dəydiyini bildirmişdir. Təhqiqatın tam, obyektiv və hərtərəfli aparılmasını təmin etmək məqsədi ilə bir sıra tədbirlər görülmüş, keçirilmiş əməliyyat tədbirləri nəticəsində məlum olmuşdur ki, Zərərçəkmiş şəxs məxsus gündəlik təlabat malları maqazinindən oğurluq edən şəxslər 08.01.1977 ci il təvəllüdlü X8 və xx.xx.1997 ci il təvəllüdlü Şəxsdur. Nəticədə X12 Şəxs saxlanılaraq təhqiqata təmin edilmişlər. Zərərçəkmiş şəxs X3 ərizə və izahatında göstərilən xüsusatlara əsasən talanmış əmlakın ümumi dəyəri 96 manat təşkil etdiyi üçün və CM-nin 177.1-ci maddəsinin tərkibi yaranmadığı üçün barələrində cinayət işinin başlanması rədd edilmişdir. Şəxs tərəfindən törədilmiş xırda talama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, sonuncu barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bildiyini qeyd edib çıxışında göstərmişdir ki, 08.06.2021-ci il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Sədərək Ticarət mərkəzinə gəlmişdir. Həmin vaxt Meyvəli Ticarət Mərkəzində qarşısından keçən zaman boş ərazidə müxtəlif çeşidli içki növlərini görmüş, ehtiyac olduğu üçün həmin ərazidən oğurluq etmək qərarına gəlmiş, bunun üçün özünə yoldaş olaraq X2 etmək üçün seçmiş və bu barədə həmin gün gecə saatlarında Anara oğurluq etməklərini təklif etmişdir. Mamedov Anar onun təklifi ilə razılaşdıqdan sonra onlar 08 iyun 2021-ci il tarixdən axşam saatlarında İnqilab küçəsində yerləşən Olimpik star tərəfdə görüşmüşlər. Oğurluq barəsində danışdıqdan sonra onlar birlikdə gəzə-gəzə 20 yanvar metrosu adlanan əraziyə gəlmişlər. 20 yanvar dairəsi ərazisində olan zaman onlar yoldan keçən qara rəngli markasını xatırlamadığı nəqliyyat vasitəsinə əl edərək saxlatmış, onları Lökbatan qəsəbəsində yerləşən Meyvəli Ticarət mərkəzinə aparmasını bildirən zaman sürücü yol haqqı kimi onlardan 5 manat tələb etmiş, sonra onlar Anar ilə birlikdə Meyvəli TM-ə doğru gələn zaman Anar taksi sürücüsünə bildirmişdir ki, onları yenidən 20 yanvar dairəsinə qaytaracaq, taksi sürücüsüdə onlarla razılaşaraq yol haqqı olaraq 10 manat tələb etmişdir. Bundan sonra onlar Meyvəli Ticarət mərkəzinə gəlmiş, Anar nəqliyyat vasitəsindən düşdükdən sonra ətrafa göz gəzirmiş və onu çağırmışdır. O nəqliyyat vasitəsindən düşdükdən sonra sürücüyə bildirmişdir ki, qarşıda boş ərazidə saxlasın. Sonra o Anar ilə birlikdə Meyvəli TM-də olan müxtəlif çeşidli içkiləri satılan maqazinin qarşısına gəlmişlər, həmin yerdə içkilər açıq havaya çöl tərəfə yığılmış vəziyyətdə olmuşdur. O içkilərin üstündə olan çadırı çəkmiş, Anar oradan 4 kaset, hər kasetdə 24 ədəd olmaqla ümumilikdə 96 altı ədəd 0.5- lik Bizon enerji içkisini götürmüşdür. Onlar oğurladıqları Bizon enerji içkilərini aparmaq istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilmişlər. Son olaraq məhkəməyə müraciət edib Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəyərək onunla barışıq əldə etdiyini, sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmadığını, əməlindən səmimi peşman olduğunu, oğurluğu maddi imkansızlıq səbəbindən etdiyini, bir daha belə hallara yol verməyəcəyini nəzərə alıb onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında Şəxs tərəfindən ona vurulmuş ziyanın tam olaraq ödənildiyindən sonuncu ilə barışdığını ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd edib, bu barədə ərizəsini məhkəməyə qədim edərək Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Qaradağ RPİ-nin 10-cu PB-nə ünvanlanmış 09 iyun 2021-ci il tarixli raportdan görünür ki, Zərərçəkmiş şəxs 09.06.2021-ci il tarixdə Qaradağ rayon Polis İdarəsinin 10-cu PB-nə ərizə və izahat yazaraq bildirmişdir ki, 09.06.2021 ci il tarixdə gecə saatlarında özünə məxsus olan Qaradağ rayon, Lökbatan qəsəbəsində yerləşən Meyvəli ticarət mərkəzində gündəlik təlabat mallarının topdan və pərakəndə satışı ilə məşğul olduğu maqazinin qarşısında açıq ərazidən iki nəfər şəxs 4 kaset hər kasetdə 24 ədəd olmaqla ümümilikdə 96 ədəd 0.5 litr qablaşdırılmada olan göy rəngli Bizon enerji içkisini oğurlamışdırlar. Oğurlanan enerji içkisi müqabilində sonuncuya 96 manat maddi ziyan dəydiyini bildirmişdir. Təhqiqatın tam, obyektiv və hərtərəfli aparılmasını təmin etmək məqsədi ilə bir sıra tədbirlər görülmüş, Zərərçəkmiş şəxs məxsus gündəlik təlabat malları maqazinindən oğurluq edən şəxslər 08.01.1977 ci il təvəllüdlü X8 və xx.xx.1997 ci il təvəllüdlü Şəxsj oğlu saxlanılaraq təhqiqata təmin edilmişdirlər. ünvan 6 ünvanında qeydiyyatda olmaqla ünvan 7rayə yaşayan AR CM-nin 152 və 180.1-ci maddələri ilə məhkumluğu olan xx.xx.1997 ci il təvəllüdlü Şəxs öz izahatında 08.06.2021 ci il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Sədərək ticarət mərkəzinə gəldiyini, həmin vaxt Meyvəli t\m qarşısndan keçən zaman boş ərazidə müxtəlif çeşidli içki növlərini gördüyünü, ehtiyac olduğu üçün həmin ərazidən oğurluq etmək qərarına gəldiyini və bunun həmin günü gecə saatlarında Anara oğurluq etməyimizi təklif etdiyini Mamedov Anar onun bu təklıifi ilə razılaşdıqdan sonra onlar 08.06.2021-ci il tarixdə axşam saatlarında İnqilab küçəsində yerləşən Olimpik star tərəfdə görüşdüklərini, sonra birlikdə gəzə-gəzə 20 Yanvar metrosu adlanan əraziyə gəldiklərini, 20 Yanvar dairəsi ərazisində olan zaman yoldan keçən qara rəngli markasını xatırlamadığı nəqliyyat vasitəsinə əl edərək saxlatdıqlarını və onları Lökbatan qəsəbəsində yerləşən Meyvəli ticarət mərkəzinə apardığını bildirmiş, sonra o Anar İlə birlikdə Meyvəli t\m-də olan müxtəlif çeşidli içkilər satılan maqazinin qarşısına gəldiklərini, həmin yerdə içkilər açıq havaya çöl tərəfə yığıldığını, o içkilərin üzərindəki olan çadırı çəkdiyini, Anar oradan 4 kaset, hər kasetdə 24 ədəd olmaqla ümümilikdə 96 ədəd 0.5 litrlik Bizon enerji içkisini götürdüyünü, o çadırı örtdükdən sonra Bizon kasetlərindən 2 kasetini özü 2 kasetini isə Anar oğurladığını bildirmişdir. Göyçay rayon, Mallı Şıxlı kənd qeydiyyatında olmaqla Nəsimi rayonu, H.Əliyev küçəsi 59 saylı MKİS yaxınlığında yaşayan 08.01.1977 ci il təvəllüdlü X1 Məhəmməd Vurğun oğlunun izahatı ilə eyni izahat yazaraq Şəxs izahatını təsdiqləmişdir. Toplanmış, materialdan görünür ki, X3 ərizə və izahatında göstərilən xüsusatlarda talanmış əmlakın ümumi dəyəri 96 manat təşkil etdiyi üçün, əməli törətmiş naməlum şəxsin əməlində CMnin 177.1-ci maddəsinin tərkibi yaranmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Hadisəni törətmiş şəxsin əməlində İXM-nin 227-ci maddəsinin tərkib əlamət olduğundan X9 və Şəxs inzibati məsuliyyətə cəlb edilməsi üçün aidiyyəti əməkdaşlara göstəriş verilməsi xahiş olunmuşdur. Zərərçəkmiş şəxs 09 iyun 2021-ci il tarixli ərizəsindən görünür ki, Şəxs tərəfindən ona vurulmuş ziyanın tam olaraq ödənildiyindən, sonuncu ilə barışdığını, buna görə də ona qarşı heç bir şikayət və tələbinin olmadığının nəzərə alınaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. 53.0.10-cu maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin və protokol tərtib etmiş şəxsin izahatlarını, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bununla yanaşı məhkəmə, Şəxs məsuliyyətə cəlb edilməsi məsələsini müzakirə edərək hesab edir ki, Şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tam ödəməklə Zərərçəkmiş şəxs ilə barışması, zərərçəkmiş şəxsin bununla bağlı müvafiq ərizə ilə məhkəməyə müraciət etməsi nəzərə alınmaqla, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsi tətbiq edilərək o, inzibati məsuliyyətdən azad edilməklə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, barəsində inzibati qaydada icraat aparılan şəxs Şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 2 saata görə 12 (on iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata həmin Məcəllənin 39-cu maddəsi tətbiq edilməklə xitam verilsin. Şəxs hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədə iştirak etdiyi 2 saata görə 12 (on iki) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar