Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-8/2022 06.01.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Zərərçəkən şəxs X2 iştirakı ilə, xx xxxxx 1999-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu-Park 2, ev 2, mənzil 27-də yaşayan Şəxs barədə, Bakı şəhəri Qaradağ RPİ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 21 sentyabr 2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan və iş materiallarından aydın olur ki, vətəndaş X5 13 iyul 2021-ci il tarixdə, saat təxminən 15:30 radələrində idarə etdiyi “Chevrolet Aveo” markalı, ** UA *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə vətəndaş Şəxs idarə etdiyi “Toyota Carolla” markalı, ** VE *** dövlət qeydiyyat nişanlı minik avtomobili arasında toqquşma baş vermişdir. Hadisə nəticəsində “Chevrolet Aveo” markalı avtomobilin sürücüsü X5 və avtomobildə sərnişin qismində əyləşmiş vətəndaşlar X6 və X10 yüngül dərəcəli bədən xəsarəti almışlar. Buna görə də Şəxs barəsində İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Qaradağ RPİ-nin TŞ-nın baş təhqiqatçısı, polis mayoru Elbəyi Allahverdiyev tərəfindən qəbul edilmiş 14 avqust 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən aydın olur ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməlində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, “Toyota Carolla” markalı, ** VE *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü vətəndaş Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında“ Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olduğuna görə və baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Chevrolet Aveo” markalı avtomobilin sürücüsü X5 və sərnişin qismində əyləşmiş vətəndaş X6 və X10 yüngül dərəcəli bədən xəsarəti aldıqları üçün sürücü Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinin tərkib əlaməti vardır. Ona görə onun barəsində inzibati qaydada ölçü götürülməsindən ötrü toplanmış material Qaradağ RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən zərərçəkən şəxs X6 bildirmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu-Park 1 yaşayış kompleksi, ev 9, mənzil 58-də ailəsi ilə birlikdə yaşayır. 13 iyul 2021-ci il tarixdə, saat təxminən 15 radələrində Bakı şəhəri, 20 yanvar metrostansiyası yaxınlığında Lökbatan qəsəbəsi, Qobu-Park yaşayış kompleksinə getmək məqsədilə taksi, “Chevrolet Aveo” markalı, ** UA *** dövlət qeydiyyat nişanlı avtomaşının arxa sol oturacağında əyləşmiş, ondan başqa avtomaşında arxa sağ oturacaqda bir nəfər qadın, qarşı sağ oturacaqda isə bir nəfər kişi əyləşmişdir. Saat təxminən 15:30 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Qobu yolu ilə Qobu qəsəbəsi istiqamətində olan zaman əyləşdiyi avtomaşınla əks istiqamətdə hərəkətdə olan avtomaşının qarşı sol yan hissəsi arasında toqquşma baş vermiş, zərbənin təsirindən baş və bədənin sol hissəsindən xəsarət almışdır. Yol maşını ilə əvvəlcə Lökbatan qəsəbəsində yerləşən təcili tibbi yardım stansiyasına ilkin tibbi yardım göstərilməsi üçün aparılmış, ordan isə 3 saylı Sabunçu şəhər xəstəxanasına aparılmışdır. Orda olarkən sürücü yanında olmamışdır. 14 iyul 2021-ci il tarixində xəsətəxanada olarkən onu X5 oradan zorla çıxardaraq müayinə olunmaq adı ilə məcburən “Avrasiya” özəl xəsətxanasına aparmış lakin sonradan ona heç bir yardım göstərilməmişdir. Nə hadisə zamanı, nə də hadisədən sonra müalicə almaq üçün yazılan dərmanların alınmasında sürücü Qasımov Vahid ona heç bir maddi yardım göstərməmişdir. O izahatında daha sonra göstərmişdir ki, qəza nəticəsində kəllə-beyin travması alıb, baş nayihəsinə 18 tikiş yarası vurulmaqla ağır dərəcəli bədən xəsarəti almışdır. Lakin buna baxmayaraq ona məlum olmayan səbəblərdən aldığı xəsarətlər ekspertiza tərəfindən yüngül dərəcəli kimi qiymətləndirilmişdir. Hadisə ilə bağlı polisdə olarkən verdiyi izahatı özü yazmamış, və oxumayaraq imza etmişdir. Bundan başqa baş vermiş nəqliyyat hadisəsi hər iki sürücünün, yəni, X3 və Şəxs təqsiri ucbatından baş versə də, əsas günahkar X5 olmuşdur. Lakin istintaq zamanı onun hərəkətinə düzgün hüquqi qiymət verilməmişdir. O, öz izahatında daha sonra göstərmişdir ki, qeyd olunan inzibati materiala Qaradağ rayon Məhkəməsində birinci dəfə baxılarkən 05 noyabr 2021-ci il tarixli qərarla həmin material yenidən araşdırılması üçün Qaradağ rayon Prokurorluğuna geri qaytarılmışdır. Lakin bundan sonra onu heç kim çağırmamış, ondan heç bir izahat alınmamış və göstərilən ziddiyyətlərin heç biri aydınlaşdırılmamışdır. Hazırki məhkəmə iclasında ona məlum olmuşdur ki, guya o, yenidən tibbi müayinədən keçirilmiş və 04 dekabr 2021-ci il tarixdə ekspert onu müayinə edərək rəy vermişdir. Əslində isə onu heç bir tibbi müayinədən keçirməmişlər və ekspert onun iştirakı olmadan uydurma rəy vermişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə barəsində inzibati xəta üzrə icraat aparlına şəxs Şəxs, X4 və X8 təkrarən məlumat verilsə də onlar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə də heç bir məlumat verməmişlər. Məhkəmə işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 04 avqust 2021-ci il tarixli, 2/22180 nömrəli tibbi müayinə aktından aydın olur ki, Şəxs 04 avqust 2021-ci il tarixdə, saat 15:50 radələrində tibbi müayinədən keçirilərkən ayıq olduğu müəyyən edilmişdir. İş materialına əlavə olunmuş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X7 Publik hüquqi şəxsin Qaradağ rayon şöbəsindən daxil olmuş 11 avqust 2021-ci il tarixli, 476 saylı ekspert rəyindən görünür ki, X2 aldığı xəsarətlər; qapalı kəllə beyin travması, baş beyin silkələnməsi ilə müşayiət olunan başın sol alın-təpə nahiyəsinin əzilmiş yarası, sol bazunun, sol kürək nayihəsinin və döş qəfəsinin qançırları bərk küt əşya (əşyalar) təsirindən qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün 3 saylı Şəhər Klinik Xəstəxanasına müraciət etdiyi 13 iyul 2021-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. X1 almış olduğu xəsarətlərin xarakter və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, sərnişini olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində törənə bilərdilər. Məhkəmə, zərərçəkmiş X2 izahatını və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, yuxarıda qeyd olunan yol nəqliyyat hadisəsinin Qaradağ RPİ-də araşdırılması çox səthi aparıldığından və natamam olduğundan inzibati material yenidən araşdırmanın aparılması məqsədilə Qaradağ rayon prokuroruna göndərilməlidir. Belə ki, qeyd olunan inzibati material Qaradağ rayon Məhkəməsinin 05 noyabr 2021ci il tarixli qərarı ilə geri qaytarılaraq araşdırılması zəruri olan xüsusatlar göstərilsə də Qaradağ RPİ-nin Təhqiqat Şöbəsində yenidən heç bir araşdırma aparmadan və yalnız zərərçəkmiş şəxs X6 canlı olaraq ekspertə təqdim edilmədən formal rəy verilməsi ilə kifayətlənərək iş yenidən məhkəməyə göndərilmişdir. Məhkəmə araşdırması zamanı zərərçəkmiş X2 baş nahiyəsində çoxsaylı tikiş izlərinin olduğu açıq-aşkar görünsə də və zərərçəkmiş şəxs həmin xəsarətləri yuxarıda qeyd olunan nəqliyyat hadisəsi zamanı aldığını bildirsə də işdə olan tibbi rəydə həmin xəsarətlərdən ümumiyyətlə söhbət belə getməmiş və buna qiymət verilməmişdir. Odur ki, həmin halların yenidən araşdırılması və zərərçəkmiş şəxsə yetirilmiş xəsarətin ağırlıq dərəcəsinin yenidən müəyyən edilməsi zəruridir. Bundan başqa iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 05 avqust 2021-ci il tarixli, 8/1683 saylı rəyində göstərilmişdir ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən Chevrolet Aveo markalı, ** UA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini tədqiq etmək mümkün deyildir. Göründüyü kimi təhqiqat səthi aparılmaqla əldə olunmuş sübutlar sürücü X3 əməlinə düzgün hüquqi qiymət verilməsi üçün kifayət etməmişdir. Odur ki, iş üzrə tərəflərin yenidən ətraflı izahatları alınmaqla, həmin izahatlar əsasında əlavə və ya təkrar yol nəqliyyat hadisəsi ilə bağlı ekspertiza təyin edilməlidir. Azərbaycan Respublikası İXM-nin 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Həmin Məcəllənin 114.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən prokuror inzibati xətalar haqqında işlər üzrə icraat zamanı baş vermiş qanun pozuntusunu aradan qaldırmaq üçün vaxtında tədbirlər görür və inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının tətbiqinə və icrasına prokuror nəzarətini həyata keçirir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 54, 85 və 114-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsinə əsasən aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və inzibati material yenidən araşdırılması üçün Qaradağ rayon prokuroruna göndərilsin. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-8/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-8/2022
06.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver