Məhkəmə qərarları › İş №3(002)-8/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-8/2023

09.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-8/2023 09.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şikayət vermiş şəxs X2, Qaradağ RPİ-nin DYPŞ-nın YPX-nın inspektoru, polis baş serjantı X1 iştrakları ilə, X2, Qaradağ RPİ-nin DYPŞ-nın YPX-nın inspektoru, polis baş serjantı X3 tərəfindən qəbul edilmiş 14 dekabr 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ünvan 1 ünvanında qeydiyyatda olan X4 şikayətlə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət edərək Qaradağ RPİ-nin DYPŞ-nın YPX-nın inspektoru, polis baş serjantı X3 tərəfindən tərtib edilmiş 14 dekabr 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Qaradağ RPİ-nin DYPŞ-nın YPX-nın inspektoru, polis baş serjantı X3 tərəfindən tərtib edilmiş 14 dekabr 2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan və 14 dekabr 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X4 14 dekabr 2022-ci il tarixdə, saat 11:47 radələrində idarə etdiyi «Mercedes Benz E220 CDİ» minik markalı ** DE *** dövlət qeydiyyat nişanlı avtomaşınla Qaradağ rayonu, Lökbatan qəsəbəsinin ərazisində hərəkətdə olarkən yolayrıcını keçmə qaydalarına riayət etməyərək Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tələblərini pozduğuna görə 60 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında iştirak edən X4 öz izahatında şikayətini onunla əsaslandırmışdır ki, 14 dekabr 2022-ci Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qaradağ RPİ-nin yaxınlığındakı dairəni keçən zaman soldan gələn maışını gözləməklə dairəyə daxil olub yoluna davam edən zaman polis baş serjantı Nərimanlı Sənan onu saxlayaraq onun xəta törətdiyni bildirmişdir. O, buna etiraz etdikdə yol polisi əməkdaşı ona protokol yazacağını bildirmişdir. Bundan bir neçə dəqiqə sonra ona cərimə olunmağı ilə bağlı mesaj gəlmişdir. O, bu qərarla razı deyil ona görə ki, dairəni keçən zaman soldan yəni “Binə” TM-dan gələn maşını gözləmişdir. O, öz izahatında daha sonra göstərmişdir ki, ona yazılmış cərimənin gələcəkdə faizləri artmasın deyə 60 manat məbləğində cəriməni on faiz güzəştlə ödəmişdir. Odur ki, 14 dekabr 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin DYPŞ-nın YPX-nın inspektoru, polis baş serjantı X3 öz izahatında şikayəti qəbul etməyərək bildirmişdir ki, 14 dekabr 2022-ci il tarixdə saat 11:47 radələrində Bakı şəhəri, Qaradağ rayonunda yerləşən Lökbatan dairəsində «Mercedes Benz E220 CDİ» minik markalı ** DE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 İXM-nin 327.2-ci maddəsinin tələblərini pozduğundan, yəni “yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməyən ərazidə dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir” tələblərini pozduğundan onun tərəfindən saxlanılmış və barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib edilərkən hüquq və vəzifələri izah edilməklə protokolun surəti sürücüyə təqdim olunsa da sürücü heç bir əsas göstərmədən protokolu götürməkdən imtina etmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, protokol və qərar X6 Qanunun 42-ci maddəsinin 15-ci bəndi əsasında tərtib olunmuş və hadisə avtopatrul maşınında olan kamera vasitəsilə görüntüyə alınmışdır. Məhkəmə, şikayəti, iş materiallarını və tərəflərin izahatını dinləyərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 14 dekabr 2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan və 14 dekabr 2022-ci il atrixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X4 həmin gün 11:47 radələrində Qaradağ RPİ-nin yaxınlığındakı dairəni keçən zaman İXM-nin 327.2-ci maddəsinə əsasən 60 manat məbləğində cərimə edilmişdir. Məhkəmə araşdırması zamanı tərəflərin iştirakı ilə qeyd olunan yol nəqliyyat hadisəsini özündə əks etdirən videodiskə baxış keçirilmişdir. Baxış zamanı X2 həqiqətən də “X6” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 15-ci bəndinin tələblərini pozduğu aşkar olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələbinə əsaəsn svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. “X6” Qanunun 42-ci maddəsinin 15-ci bəndində qeyd olunur ki, XV. Yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairəvi hərəkət təşkil olunmuş yolayrıcına daxil olan sürücü dairədə hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidir. Məhkəmə baxışı zaman şikayətçi X4 öz etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. O cümlədən şikayət araşdırılarkən onun təqsirsiz olmasına dair hər hansı bir mötəbər sübut da aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılan zaman qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2, Qaradağ RPİ-nin DYPŞ-nın YPX-nın inspektoru, polis baş serjantı X3 tərəfindən qəbul edilmiş 14 dekabr 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar