Məhkəmə qərarları › İş №3(002)-8/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-8/2024

17.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-8/2024 17.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi ilə, Qaradağ RPİ-nin DYPŞ-sı tərəfindən qəbul edilmiş 22 dekabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayətə Qaradağ rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: ünvan 1 ünvanında yaşayan olan X4 ərizə ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək barəsində Qaradağ rayon Polis İdarəsinin Dövlət X5 polis polkovnik leytenantı X3 tərəfindən qəbul edilmiş 22 dekabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qaradağ rayon DYPŞ polis polkovnik leytenantı X3 22 dekabr 2023-cü il tarixli, TP ******* saylı qərar qəbil edilərək onu İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xataya görə 80 manat məbləğində cərimə etmişdir. Qəbul edilmiş protokol və qərarla razı deyil, aşağıdakı səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, həmin qərarda qeyd edilir ki, guya o, 13 dekabr 2023-cü il tarixdə, saat 08:43-də “Sədərək” ticarət mərkəzi dairəsində idarə etdiyi "Mercedes Benz E 270 CDİ minik" markalı ** CK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarını pozmuşdur. Bildirmişdir ki, o, heç bir qanun pozuntusuna yol verməmişdir. Barəsində tərtib edilmiş protokoldan narazı olmuş və bu barədə narazılığını bildirmişdir. Bu barədə polis əməkdaşı ona bildirmişdir ki, bu baradə video görüntülər var və təhlükəsizlik kamerasında olan həmin görüntüləri ona təqdim edəcəklər. Lakin ona heç bir kamera görüntüsü təqdim edilmədən 22 dekabr 2023-cü il tarixdə qərar qəbul edilmişdir. Ona xətanın foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrlə aşkar edildiyi bildirilsə də həmin foto va ya video materiallar elektron kabinetinə yerləşdirilməmiş, bununla da İnzibati Xətalar Məcəlləsinin 38.6-cı və 122.3.1-ci maddələrinin tələbləri pozulmuşdur. O heç bir qayda pozmadığı halda barəsində əsassız olaraq inzibati tənbeh vermə barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə şikayət vermiş şəxs X2 və Qaradağ rayon Polis İdarəsinin Dövlət X8 rəsmi qaydada təkrarən məlumat verilməsinə baxmayaraq qeyd olunan təşkilatdan nümayəndə və şikayətçi məhkəmə iclasında iştirak etməmiş, bunun səbələri barədə də məhkəməyə heç bir məlumat verilməmiş və iş üzər materiallar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Qaradağ rayon Polis İdarəsinin Dövlət X5 polis polkovnik leytenantı X3 tərəfindən tərtib edilmiş TP ******* saylı, 22 dekabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana geri qaytarılmalıdır. Məhkəməyə təqdim edilmiş 13 dekabr 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və həmin protokol əsasında qəbul edilmiş 22 dekabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X4 13 dekabr 2023-cü il tarixdə, saat 08:43-də “Sədərək” ticarət mərkəzi dairəsində "Mercedes Benz E 270 CDİ minik” markalı, ** CK *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarının pozulmasına görə İXM-nin 327.2-ci maddəsinə əsasən səksən manat məbləğində cərimə edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qeyd olunan inzibati pozuntu ilə əlaqədar hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış, sonradan inzibati pozuntu ilə bağlı protokol və qərar qəbul edilərkən barəsində protokol tərtib edilmiş şəxsin iştirakı təmin edilməmiş, bununla bağlı hər hansı bir izahat alınmamış, o cümlədən inzibati xətanın törədilməsini sübut edən hallar göstərilməmişdir. Eləcə də iş materiallarında barəsində inzibati protokol tərtib edilmiş şəxsin inzibati araşdırmaya dəvət edilməsinə dair hər hansı bir sübut da aşkar edilməmişdir. Bundan başqa məhkəmə tərəfindən təkrarən sorğu verilməsinə baxmayaraq törədilməsi ehtimal olunan inzibati xəta hadisəsinin video görüntüsü məhkəməyə təqdim edilməmişdir. Məhkəmə yuxarıda qeyd olunan halları araşdıraraq belə nəticəyə gəlmişdir ki, X4 barəsində olan inzibati tənbeh vermə haqqında qərar tərtib edilərkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1 hakimin, səlahiyyətli orqanın (vəzifəl işəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X1 pozulmuş hüquqlarının təmin edilməsi məqsədi barəsində qəbul edilmiş TP ******* saylı, 22 dekabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmadığından İnzibati Xətalar Məcəlləsinin tələbləri nəzərə alınmaqla iş materialları yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və İXM-nin 128-ci, 129-cu, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 İXM-nin 327.2-ci maddəsi ilə təsirli bilinməsinə dair Qaradağ RPİ-nin DYPŞ-nın polis polkovnik-leytenantı X3 tərəfindən qəbul edilmiş 22 dekabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılıb baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar