Məhkəmə qərarları › İş №3(002)-80/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-80/2023

20.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-80/2023 20.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Bakı şəhər Statistika İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2, Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştiraklarıı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi haqqında Dövlət Statistika Komitəsi Bakı şəhər Statistika İdarəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 13 yanvar 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında prtokoldan və iş materiallarından aydın olur ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC- tərəfindən 2022-ci ilin (aylıq) 12-xidmət (xidmətlərin göstərilməsi, malların təqdim edilməsi və işlərin yerinə yetirilməsi haqqında) hesabatı dekabr ayı üzrə yanvar ayının 5-ci iş günü, saat 13:00-adək təqdim edilməmişdir. Buna görə də Şəxs MMC barəsində İXM-nin 389-cu maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Dövlət Statistika Komitəsi Bakı şəhər Statistika İdarəsinin nümayəndəsi X4 protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs MMC vaxtında məlumatlandırılsa da müəssisə tərəfindən 2022-ci ilin hesabat məlumatları vaxtında təqdim edilməmişdir. Odur ki, şirkət barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X3 təmsil etdiyi şirkət barəsində tərtib edilimiş protokolu qəbul etməyərək bildirmişdir ki, həmin şirkətdə baş mühasib işləməklə qeyd olunan hesabatı onlardan iş günün sonuna yaxın zəng vuraraq istəmişlər, lakin həmin hesabatla bağlı rəsmi bildirişi onlara göndərməmişlər. Bundan başqa həmin gün işlədiyi şirkətdə internet əlaqəsi olmadığı üçün qeyd olunan statistik məlumatları vaxtında verə bilməmişlər. Ona görə də törədilən inzibati xətanın texniki nasazlıq ucbatından baş verdiyini bildirirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki Şəxs MMC tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallarla tam təsdiq olunur. Məhkəmədə müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs MMC tərəfindən 2022-ci il üzrə statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatlar vaxtında təqdim edilməmiş, bununla da qeyd edilən hərəkətlər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsilə tövsif olunmalı və barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsinə əsasən statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta törədən Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın ilk dəfə törədilməsini nəzərə alaraq nəzərdə tutulan cərimə inzibati tənbeh növünün tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar