Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-801/2021 09.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru, polis mayoru X3, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 1962-ci ildə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2, massiv 3, nömrəsiz fərdi ev ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsi ilə Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci PB-dən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri şəhəri Qaradağ RPİ-nin 11-ci PB-dən daxil olmuş 08 iyun 2021-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs 08 iyun 2021-ci il tarixdə saat 15:45 radələrində ünvan 4 ünvanında xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Qaradağ RPİnin 11-ci PB-nin sahə inspektoru, polis mayoru X6 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, 08 iyun 2021-ci il tarixdə vətəndaş X1 RPİ-nin 11-ci PB-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, həyat yoldaşı Şəxs tərəfindən mütəmadi olaraq təhqirlərə məruz qalır. Faktla əlaqədar Şəxs barəsində baş vermiş inzibati xəta hadisəsi ilə bağlı tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X4 öz izahatında bildirmişdir ki, qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. Həyat yoldaşı Şəxs mütəmadi olaraq spirtli içki qəbul edib yaşadıqları evə gələrək münaqişə yaradır, onu və digər ailə üzvlərini, həmçinin ətraf qonşuları bezdirir. Həyat yoldaşınun bu əməlinə görə rahat yaşaya bilmirlər. Həyat yoldaşı daimi olaraq sərxoş olduğu üçün özünü idarə edə bilmir. Həyat yoldaşı 20 ilə yaxındır ki, mütəmadi olaraq spirtli içki qəbul edərək evdə münaqişə yaradır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati icraat aparılan Şəxs özünü təqsirli bilməyərək öz izahatında göstərmişdir ki, dünən, yəni 08 iyun 2021-ci il tarixdə evdə olan zaman 250 qram spirtli içki qəbul edərək həyat yoldaşı ilə mübahisə etmişdir. Bu səbəbdən də evdə sözsöhbət yaranmışdır. Lakin o, qonşuları narahat etməmiş, heç kimi təhqir etməmiş, əksinə qonşuları ilə münasibəti yaxşı olmuşdur. O , öz izahatında daha sonra göstərmişdir ki, işləmədiyi üçün, daim evdə olduğu üçün spirtli içkiyə meyl etmişdir. Hazırda əməlindən peşmançılıq çəkdiyini qeyd edərək barəsində iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan 08 iyun 2021-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan aydın olur ki, Şəxs 08 iyun 2021-ci il tarixdə saat 16:45-də inzibati qaydada tutulmuş, 09 iyun 2021-ci il tarixdə saat 15:00-da buraxılmışdır. Məhkəmə tərəflərin izahatını və iş materiallarını nəzərdən keçib hesab edir ki, Şəxs əməlində ictimai qaydanı pozan, habelə maddənin dispozisiyasında qeyd olunan hərəkətləri ifadə edən əlamətlər aşkar olunmadığından Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işə əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Şəxs tərəfindən 08 iyun 2021-ci il tarixdə evin içində həyat yoldaşı X2 ünvanına təhqiramiz ifadələrin işlətməsi və ər-arvad arasında şəxsi münasibətlərin pozulması nəticəsində baş vermiş hadisə xırda xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsindən aydın olur ki, ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər xırda xuliqanlıq kimi qiymətləndirilərək inzibati məsuliyyətə səbəb olur. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-801/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-801/2021
09.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver