Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-804/2022 07.07.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1981-ci ildə Naxçıvan MR, Şərur rayonu, Çərçiboğan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Naxçıvan MR, Şərur rayonu, Çərçiboğan kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, “Kərpic” zavodu yolunda yerləşən yaşayış evində kirayədə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirləndirilməsinə dair materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis baş leytenantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 07 iyul 2022-ci il tarixli MN ******* saylı protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Protokol 07 iyul 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar əsasında tərtib edilmişdir. Qeyd olunan qərara və protokola əsasən Şəxs 07 iyul 2022-ci il tarixdə Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən 123 saylı Mənzil Kommunal İstismar Sahəsindən 250 manat dəyərində lift borularını oğurlamışdır. Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis baş leytenantı X2 öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək bildirmişdir ki, ƏÇPA-nın 10-cu Polis Alayının 10-cu Patrul Bölüyünün əməkdaşları 07 iyul 2022-ci il tarixdə 9694 çağırışlı patrulla Müşfiq qəsəbəsi ərazisində xidmətdə olarkən 123 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Ə.İsmayılovdan onlara məlumat daxil olmuşdur ki, bir nəfər şəxs yaşayış binasından dəmir boruları oğurlamışdır. Polis əməkdaşları dərhal qeyd olunan ünvana yaxınlaşaraq oğurluq edən şəxsi saxlayıb 10-cu Polis Bölməsinə təqdim etmişlər. Bölmədə məlum olmuşdur ki, həmin şəxs Şəxsdur. O öz izahatına onu da əlavə etmişdir ki, Şəxs zərərçəkmişə 250 manat məbləğində ziyan vurmuş, lakin zərərçəkmiş şəxsə vurulmuş ziyanı ödəməyə imkanı olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, qeyd olunan boruların istifadəyə yararsız olduğundan atılmış olduğunu zənn etmiş, buna görə də qeyd olunan boruları Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən yaşayış binasından götürərək satmışdır. Yalnız bu gün ona məlumat vermişlər ki, qeyd olunan hadisə oğurluqdur və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılır. O, əməlindən peşiman olduğunu və hal-hazırda maddi imkanı olmadığından gələcəkdə zərərçəkənə dəymiş maddi ziyanın ödənilməsi üçün əlindən gələni edəcəyini bildirərək iş üzrə inzibati materiala xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə izahatları dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs törətdiyi xırda talama hadisələri tam sübuta yetirilmişdir. Ona görə də məhkəmə Şəxs inzibati məsuliyyətə cəlb olunması barədə qərarın qəbul edilməsini əsaslı hesab edir. İş materiallarına əlavə edilmiş 07 iyul 2022-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan aydın olur ki, Şəxs 07 iyul 2022-ci il tarixdə, saat 12:45-də inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, vurulmuş ziyandan heç bir ödəniş etməməsini və buna hər hansı bir formada cəhd belə göstərməməsini nəzərə alaraq ona inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini daha ədalətli və məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: 1.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 25 (iyirmi beş) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 07 iyul 2022-ci il saat 12:45-dən hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinin 10-cu PB-nə həvalə edilsin.
4. Zərərçəkmiş şəxsə izah edilsin ki, oğurluq nəticəsində ona vurulmuş ziyanın ödənilməsi ilə bağlı gələcəkdə mülki qaydada məhkəmədə iddia qaldırmaq hüququ vardır. 5.Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
Hakim: Rufan Mürsəlov