Məhkəmə qərarları › İş №3(002)-805/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-805/2025

15.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-805/2025 15.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Şikayət verən şəxs X1 iştirakı ilə, X1, Azərbaycan Respublikası Bakı şəhəri X10 İdarəsinin Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X4 tərəfindən qəbul edilmiş 30 mart 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Baş X10 İdarəsinin Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X2 tərəfindən qəbul edilmiş 30 mart 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Yol Patrul Xidməti inspektoru polis baş serjantı X5 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı qərar əsasında o, İXM-nin 342.2,2- ci maddəsinə əsasən 150 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyildir. Belə ki, həmin qərarda qeyd edilir ki, guya o, xx.xx.2025-ci il tarixdə saat l4:03-də "BMW 530 D MİNİK” markalı **- EY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələbləri pozmaqla avadanlığı dəyişdirmişdir.Bildirir ki, o, avtomobilə heç bir kənar avadanlıq quraşdırmamışdır. Belə ki. Onun avtomobilində LED işıqlar olmuş və həmin işıqlarla da avtomobil texniki baxışdan keçmişdir.Həmin işıqların quraşdınlmasında heç bir qanun pozuntusuna yol verməmişdir və avtomobildə olan LED İşıqlar zavod tərəfindən quraşdırılmış işıqlar avtomobildə olmuşdur. Zavod üsulu ilə olan LED işıqlara görə hər hansı bir qanun pozuntusu nəzərdə tutulmamışdır. “Yol hərəkəti haqqında Qanun”da LED işıqların və projektorun quraşdırılması qadağan edilməmiş və hu qanun pozuntusu kimi qeyd edilə bilməz. Belə ki. polis əməkdaşı onu saxlayarkən led işıqlarının qanunsuz olduğunu bildirmiş,lakin o burada heç bir qanun pozuntusu olmadığını bildirmiş və tərtib edilmiş protokolla razı olmadığını bildirmişdir. Bu barədə şikayət edəcəyimi bildirdiyim halda dərhal qərar qəbul edilmişdir.Mən bu barədə 102 xidmətinə məlumat vermişəm. Lakin heç bir əsaslı yoxlanış aparılmamış və bu günə kimi ona heç bir rəsmi cavab verilməmişdir.Zavod üsulu ilə quraşdırılmış Led işıqların qanunda qadağan edilməmiş, buna görə də hər hansı bir məsuliyyət nəzərdə tutulmamışdır.Bu səbəbdən də barəsində tərtib edilmiş qərar əsassız olduğundan ləğv edilməlidir.Qeyd edilənlərə əsasən 30 mart 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında X3 ərizəyə uyğun izahat verərək, inzibati qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunveriliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikası Baş X10 İdarəsinin nümayəndəsi məhkəmə iclasında gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmiş və eləcə də qeyd olunan inzibati işlə əlaqədar Azərbaycan Respublikası Baş X10 İdarəsinin nümayəndəsi məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Baş X10 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu, qərarı və ona əlavə olunmuş sənədləri araşdıraraq, tərəfin izahatını dinləyərək hesab edir ki, X3 barəsində tərtib edilmiş 30 mart 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, X3 barəsində qəbul edilmiş qərarda inzibati xətanın konkret olaraq nədən ibarət olması qeyd edilməmişdir. Bundan başqa Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsinin dispozisiyasında qeyd edilmiş halların, yəni hansı normativ tələblər pozulmasını müəyyən etmədən müvafiq mütəxəssis rəyi alınmadan əsassız olaraq X3 barəsində inzibati qərar qəbl edilmişdir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən və İXM-in 8, 114, 115, 128-131ci və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: X1 şikayəti təmin edilsin. X1 Azərbaycan Respublikası İXM-in 342.2.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Baş X10 İdarəsinin Yol Patrul Xidməti inspektoru, polis baş serjantı X5 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X3 barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar