Məhkəmə qərarları › İş №3(002)-807/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-807/2022

15.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-807/2022 15.08.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şikayət vermiş şəxs X2, Qaradağ RPİ-nin DYPŞ-nın YNH üzrə inspektoru, polis baş leytenantı X1 iştrakları ilə, X2 Qaradağ RPİ-nin DYPŞ-nın YNH üzrə inspektoru, polis baş leytenantı X4 tərəfindən qəbul edilmiş 20 aprel 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ünvan 1 ünvanında qeydiyyatda olan X9 şikayətlə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət edərək Qaradağ RPİ-nin DYPŞ-nın YNH üzrə inspektoru, polis baş leytenantı X4 tərəfindən qəbul edilmiş 20 aprel 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 23 iyun 2022-ci il tarixli, 3(001)-1840/2022 saylı qərardadına əsasən X2 Bakı şəhər Qaradağ rayon X10 X6 Xidməti tərəfindən qəbul edilmiş 20 aprel 2022-ci il tarixli, TP ******* nömrəli inzibati tənbehvermə haqqında qərardan verdiyi şikayət iş materialları ilə birlikdə baxılması üçün aidiyyatı üzrə Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Qaradağ RPİ-nin DYPŞ-nın YNH üzrə inspektoru, polis baş leytenantı X4 tərəfindən məhkəməyə təqim edilmiş və özünün tərtib etdiyi 20 aprel 2022-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında protokoldan və iş materiallarına əlavə edilmiş 20 aprel 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X9 20 aprel 2022-ci il tarixdə, saat 16:38 radələrində idarə etdiyi “Mercedes C230” minik markalı ** CE *** dövlət qeydiyyat nişanlı avtomaşınla ünvan 3 ünvanında nəqliyyat vasitəsini idarə edərkən işıq cihazlarından istifadə qaydalarını pozmağa görə Azərbaycan Respublikası İXM-nin 329.3-cü maddəsinin tələblərini pozmuş və buna görə də 30 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayət verən şəxs X5 öz izahatında şikayətini onunla əsaslandırmışdır ki, 20 aprel 2022-ci il tarixdə ünvan 3 ünvanında idarə etdiyi “Mercedes C230” minik markalı ** CE *** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən yol polisi əməkdaşları onu saxlamışlar. O idarə etdiyi avtomobildən düşərək iki polis əməkdaşının olduğu xidməti avtomobilə yaxınlaşmış, bu zaman avtomobildə əyləşən iki polis əməkdaşından biri ona kobud şəkildə “maşınından səs gəlir, get sənədləri” gətir demişdir. O yol polisi əməkdaşlarından törətdiyi inzibati xətanın nədən ibarət olması barədə ona məlumat verilməsini istəsə də polis əməkdaşları ona qarşı aqressiv davranmış, ona qayda pozuntusu barədə ağlabatan cavab verməyərək ayrı-ayrı qayda pozuntularının adını çəkmişlər. Daha sonra polis əməkdaşlarından biri onun ünvanına nalayiq ifadələr işlətmişdir. Bu zaman o DİN-in 102 xidmətinə zəng vuraraq polis əməkdaşlarının bu cür nalayiq hərəkətləri haqda məlumat vermişdir. Onalrdan ayrıldıqdan sonra telefonuna mesaj gəlmişdir ki, işıq cihazlarından itsifadə qaydalarını pozmağa görə cərimə edilmişdir. Lakin polis əməkdaşları bu barədə ona həmin vaxt heç bir sübut təqdim etməmiş və onun iştirakı ilə protokol yazmamışlar. O öz izahatında daha sonra göstərmişdir ki, qeyd olunan hadisəni özündə əks etdirən videogörüntü ilə razı deyil. Həmin görüntü saxtalaşdırıldığı üçün ekspertiza keçirilməsini və Qaradağ RPİ-nin DYPŞnın YNH üzrə baş inspektoru, polis leytenantı X4 tərəfindən qəbul edilmiş 20 aprel 2022-ci il tarixli TP ******* nömrəli tənbeh vermə haqqında qərarın ləğv edilərək əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin DYPŞ-nın YNH üzrə inspektoru, polis baş leytenantı X4 öz izahatında şikayəti qəbul etməyərək bildirmişdir ki, Qaradağ RPİ-nin DYPŞ-nın axtarış üzrə inspektoru, polis baş leytenantı X3 ilə xidmətdə olarkən X5 20 aprel 2022-ci il tarixdə, saat 16:38 radələrində idarə etdiyi “Mercedes C230” minik markalı ** CE *** dövlət qeydiyyat nişanlı avtomaşınla ünvan 3 ünvanında nəqliyyat vasitəsini idarə edərkən işıq cihazlarından istifadə qaydalarını pozmuşdur. Belə ki, o, həmin küçədə dönmə əməliyyatı edərkən dönmə işığını yandırmamışdır. Daha sonra vətəndaş polis əməkdaşlarına yaxınlaşraq həmin ərazi onun yaşadığı yerə yaxın olduğu üçün “burda məni saxlamağınız ayıbdır” deyərək onarla əsassız mübahisə etməyə başlamışdır. Lakin hadisə vaxtı onlar vətəndaşa qarşı heç bir qanunsuzluq etməmiş və ona işıq cihazlarından istifadə qaydalarını pozduğuna görə protokol tərtib etməyə başlayarkən X5 onun barəsində tərtib edilmiş protokolu almadan oradan çıxıb getmişdir. Hadisə ilə bağlı inzibati xəta törədən şəxsin inzibati xəta əməli videogörüntüyə alınmışdır. Qeyd olunan inzibati pozuntu ilə əlaqədar video görüntünü məhkəməyə təqdim etmişdir. Qeyd olunanların nəzərə alınaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə, şikayəti, iş materiallarını və tərəflərin izahatını dinləyərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 20 aprel 2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan və 20 aprel 2022-ci il atrixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X9 20 aprel 2022-ci il tarixdə, saat 16:38 radələrində idarə etdiyi “Mercedes C230” minik markalı ** CE *** dövlət qeydiyyat nişanlı avtomaşınla ünvan 3 ünvanında nəqliyyat vasitəsini idarə edərkən işıq cihazlarından istifadə qaydalarını pozmağa görə Azərbaycan Respublikası İXM-nin 329.3-cü maddəsinin tələblərini pozmuş və buna görə də 30 manat məbləğində cərimə edilmişdir. Məhkəmə araşdırması zamanı tərəflərin iştirakı ilə DİN-in Baş İnformasiya- Kommunikasiya İdarəsindən daxil olmuş qeyd olunan inzibati pozuntunu özündə əks etdirən video görüntüyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, X5 20 aprel 2022-ci il tarixdə, saat 16:38 radələrində idarə etdiyi “Mercedes C230” minik markalı ** CE *** dövlət qeydiyyat nişanlı avtomaşınla ünvan 3 ünvanında nəqliyyat vasitəsini idarə edərkən həqiqətən də dönmə işıqlarını yandırmadan dönmə əməliyyatını həyata keçirmişdir. Qaradağ rayon Məhkəməsinin 15 avqust 2022-ci il tarixli qərardadı ilə X2 ekspertiza təyin edilməsi barədə şifahi vəsatəti rədd edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinin tələbinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə otuz manat məbləğində cərimə edilir. Məhkəmə baxışı zaman şikayətçi X9 öz etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. O cümlədən şikayət araşdırılarkən onun təqsirsiz olmasına dair hər hansı bir mötəbər sübut da aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılan zaman qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2, Qaradağ RPİ-nin DYPŞ-nın YNH üzrə inspektoru, polis baş leytenantı X4 tərəfindən qəbul edilmiş 20 aprel 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar