Məhkəmə qərarları › İş №3(002)-811/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-811/2022

27.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-811/2022 27.07.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Dadaşova Şəfa Əliövsət qızı, X1 Azərbaycan Respublikası DİN Qaradağ rayon DYPŞ-nin xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətinə və ona əlavə olunmuş sənədlərə baxaraq MÜƏYYƏN ETDİM: X5 ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası DİN Qaradağ rayon DYPŞ-nin xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 24 iyun 2022-ci il tarixli 3(012)-1017/2022 saylı qərardadına əsasən qeyd olunan material inzibati xətanın törədildiyi yer üzrə baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarından məlum olur ki, “Toyota Prius” markalı **-UT-*** dövlət qeydiyyat şanlı avtomobillə 08 iyun 2022-ci il tarixdə saat 08:39 radələrində Qaradağ rayonu ərazisində hərəkətdə olarkən Qaradağ RPİ-nin DYŞP-nin YPX inspektoru, polis serjantı X4 tərəfindən saxlanılmışdır. Saxlanılma səbəbini soruşduqda YPX inspektoru guya inzibati xəta hadisəsi törətdiyini bildirmişdir. O isə heç bir inzibati xəta törətmədiyi üçün onunla razılaşmamış və iddia etdiyi kimi inzibati xəta törətmişəmdirsə müvafiq görüntülərin təqdim edilməsini xahiş etmişdir. Lakin, həmin əməkdaş görüntü təqdim edə bilməyəcəyini bildirmiş, iş üzrə araşdırma prosesində görüntü təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra isə barəsində əsassız olaraq Azərbaycan Respublikasının İnzibati alar Məcəlləsinin 327.1-ci maddəsi ilə xx.xx.2022ci il tarixli İXP ******* saylı inzibati haqqında protokol tərtib edilmişdir. Daha sonra 13 iyun 2022-ci il tarixdə Qaradağ RPİ-nin ŞP-nə dəvət edilmiş və iddia etdikləri kimi inzibati xəta törətmişdirsə, həmçinin iddia etdikləri kimi bu barədə müvafiq video görüntülər varsa həmin görüntülərin ona da göstərilməsini xahiş etmişdir. Lakin, bu tələbi yenə təmin edilməmişdir. Bundan sonra iş üzrə icraata xitam verilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir. YPX inspektoru heç bir sübut mövcud olmadan əsassız olaraq barəsində inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul etmişdir. Abşeron Rayon Məhkəməsinin 24 iyun 2022-ci il tarixli 3(012)-1017/2022 saylı qərardadı onunla əsaslandırılmışdır ki, inzibati xəta hadisəsi Bakı şəhəri, Qaradağ rayonunda törədilmişdir. X2 rayonu, Ceyranbatan qəsəbəsi, Xətai küçəsi, ev 8, mənzil 5 ünvanında yaşadığını qeyd etsə də, şikayətinə yaşayış yeri üzrə baxılmasına dair vəsatəti əlavə etməmişdir. Qeyd olunanlara əsasən X3 Azərbaycan Respublikası DİN Qaradağ rayon DYPŞ-nin xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Qaradağ rayon məhkəməsinə göndərilməlidir. Məhkəmə hesab edir ki, işin baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilməsi düzgün olmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən qanunverici tərəfindən İnzibati Xətalar Məcəlləsinin 129.1.3cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Beləliklə, müəyyən etdim ki, X3 şikayətinə yaşayış yeri üzrə məhkəmədə, yəni Abşeron rayon məhkəməsində baxılmasına dair 23 iyun 2022-ci il tarixli vəsatəti iş materiallarına əlavə edilmişdir. Həmçinin R.Z.İsmayılov Bakı şəhəri Qaradağ rayon məhkəməsində işlə bağlı 20 iyul 2022-ci il tarixə təyin olunmuş məhkəmə iclasına gələ bilməmiş, iclasın 27 iyul 2022-ci il tarixə təxirə salınmasına baxmayaraq, növbəti iclasa da gələ bilməmişdir. Qeyd olunanlarla əlaqədar, hazırkı şikayətə şikayət verən şəxsin yaşayış yeri üzrə, yəni Abşeron Rayon Məhkəməsində baxılmalıdır. Eyni zamanda qeyd olunmalıdır ki, qanunvericiliyin tələblərinə görə məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Göründüyü kimi hazırki işlə bağlı məhkəmə aidiyyəti ilə bağlı fikir ayrılığı yaranır. Yuxarıda göstərilənləri rəhbər tutaraq QƏRARA ALDİM: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Qaradağ rayon X10 Şöbəsinin xx.xx.2022-ci il tarixli, İXP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti ilə əlaqədar məhkəmələr arasında aidiyyətlə bağlı yaranmış fikir ayrılığının həlli üçün iş Bakı Apelyasiya Məhkəməsinə göndərilsin. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar