Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-812/2024 03.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Qaradağ RPİ-nin DYPŞ-nin YNH üzrə baş inspektoru, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Laçın rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, Laçın rayonu, Arduşlu kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara əsasən, 14 fevral 2024-cü il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Binə-Lökbatan yolu, 14-cü km dairəsi adlanan dairəvi yolda vətəndaş Şəxs qanuni əsaslarla idarə etdiyi “Mercedes Benz E220” markalı **-GX-*** dövlət qeydiyyat nişanlı avtomaşının qarşı hissəsi ilə vətəndaş X2 idarə etdiyi "Mercedes Benz 190" markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ yan hissəsi ilə toqquşmuş, yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə "Mercedes Benz 190" markalı avtomobildə sərnişin qismində əyləşmiş 1954-cü il təvəllüdlü X7 yüngül dərəcəli bədən xəsarəti almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmənin iclasında iştirak edən Qaradağ RPİ-nin YNH üzrə baş inspektoru, polis leytenantı X3 tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, 14 fevral 2024-cü il tarixdə Qaradağ rayon Lökbatan qəsəbəsi, Binə-Lökbatan yolunda, 14-cü km dairəsi adlanan dairəvi yolda Şəxs qanuni əsaslarla idarə etdiyi “Mercedes Benz E220” markalı **-GX-*** dövlət qeydiyyat nişanlı avtomaşının qarşı hissəsi ilə X2 idarə etdiyi "Mercedes Benz 190" markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ yan hissəsi ilə toqquşması nəticəsində yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə "Mercedes Benz 190" markalı avtomobildə sərnişin qismində əyləşmiş 1954-cü il təvəllüdlü X7 yüngül dərəcəli bədən xəsarəti almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs təhqiqat mərhələsində protokol və ekspert rəyi ilə tanış olarkən hər hansı şikayəti və narazılığı olmamışdır. Şəxs barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, 14 fevral 2024-cü il tarixdə Qaradağ rayon Lökbatan qəsəbəsi, Binə-Lökbatan yolunda, 14-cü km dairəsi adlanan dairəvi yolda “Mercedes Benz E220” markalı **-GX-*** dövlət qeydiyyat nişanlı avtomaşının qarşı hissəsi ilə X2 idarə etdiyi "Mercedes Benz 190" markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ yan hissəsi ilə toqquşması nəticəsində yol nəqliyyat hadisəsi törətmişdir. Həmçinin, qeyd etmişdir ki, baş vermiş yol nəqliyyat hadisəsinin xəsarətlərə səbəb olacaq dərəcədə təhlükəli olmadığını hesab edərək "Mercedes Benz 190" markalı avtomobildə sərnişin qismində əyləşmiş 1954-cü il təvəllüdlü X4 da xəsarət almasına şübhə ilə yanaşdığı üçün təqdim edilmiş ekspert rəyi ilə razılaşmır. Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmənin sualına cavab olaraq Şəxs bildirdi ki, hadisədən sonra zərərçəkmişə sığorta tərəfindən 750 manat ödəniş edildiyindən o, onun səhhəti ilə maraqlanmamış və hər hansı əlavə ödəniş etməmişdir. Hadisədən dərhal sonra onlar polis idarəsində olarkən X7 ilə arasında bu məsələyə dair mübahisə yarandığı üçün məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsi 3-cü bəndinin tələblərinə uyğunsuzluq olduğuna görə onun əməlində Azərbaycan Respublikasının İXM-in 327.8-ci maddəsinin tərkibi olduğundan həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material Qaradağ RPİ-nin DYPŞ-nə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və X6” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli, 105 saylı rəyindən görünür ki, 1970-ci il təvəllüdlü vət. X4 məhkəmə-tibbi ekspertizasına və tibbi sənədin məlumatlarına əsasən, qərarın təsviri hissəsində göstərilənləri nəzərə alıb və ekspertiza qarşısında qoyulmuş suallara cavab olaraq, aşağıdakı nəticəyə gəlirəm: Vətəndaş Z.İ.Quliyevanın məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər baş beyin silkələnməsi ilə müşayiət olunan başın sağ gicgah təpə sərhədinin qançır zəif şişkinlik və sağ bazu nahiyəsinin qançırı bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Z.İ.Quliyevanın almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, sərnişini olduğu minik avtomaşında baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. İş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinəyə dair xx.xx.2024-cü il tarixli 2/8447 protokola əsasən Şəxs alkoqol qəbulu əlamətləri yoxdur və o, ayıqdır. İş materiallarında olan zərərçəkmiş şəxs Z.İ.Quliyevanın vermiş olduğu izahatdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 23:30 radələrində əri X2 idarə etdiyi "Mercedes Benz 190" markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə yaşadıqları Sahil qəsəbəsinə getmək üçün şəhər istiqamətindən yəni Şixov tərəfdən üzü 14-cü km dairəsi istiqamətində dairədə hərəkətdə olduğu zaman sağ tərəfdən yəni Binə TM istiqamətindən gələn “Mercedes Benz” markalı avtomobil qarşı hissəsi ilə onların avtomobilinin arxa sağ yan hissəsi ilə zərbə ilə toqquşmuşdur. Zərbənin təsirindən avtomobil yerində fırlanaraq üzü şəhər istiqamətində dayanmış, hadisə zamanı zərbənin təsirindən avtomobilin içərisində bərk silkələndiyi üçün özünü pis hiss etmişdir. Bu səbəbdən hadisə yerinə təcili tibbi yardım qrupu gəlmiş və orada ona ilkin tibbi yardım göstərildikdən sonra təcili tibbi yardım avtomobili ilə Bakı şəhərində yerləşən 1 saylı KTMnə aparılmış, müayinə sonrası ciddi xəsarətinin olmadığı ona bildirilmişdir. Lakin, baş nahiyəsində ağrılar hiss etdiyi üçün məhkəmə-tibbi ekspertiza müayinəsindən keçmək istədiyini qeyd etmişdir. İş materiallarında olan zərərçəkmiş şəxs Y.İ.Quliyevin vermiş olduğu izahatdan görünür ki, arvadı X4 adına olan ,etibarnamə əsasında idarə etdiyi "Mercedes Benz 190" markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili ilə xx.xx.2024-cü il tarixdə saat təxminən 23:30 radələrində idarə etdiyim avtomobili ilə sonuncu ilə birlikdə yaşadığı Sahil qəsəbəsinə getmək üçün şəhər istiqamətindən yəni Şixov tərəfdən üzü 14-cü km dairəsi istiqamətində saatda təxminən 30-40 km sürətlə dairədə hərəkətdə olduğu zaman sağ tərəfdən yəni Binə TM istiqamətindən gələn “Mercedes Benz” markalı avtomobil qarşı hissəsi ilə onun idarə etdiyi avtomobilin arxa sağ yan hissəsi ilə zərbə ilə toqquşmuşdur. Zərbənin təsirindən avtomobil yerində fırlanaraq üzü şəhər istiqamətində dayanmışdır. Hadisə zamanı o, heç bir xəsarət almasa da arvadı Z.İ.Quliyeva xəsarət almışdır. Bir qədər sonra hadisə yerinə təcili tibbi yardım qrupu gəlmiş və orada arvadına ilkin tibbi yardım göstərildikdən sonra təcili yardım avtomobili ilə Bakı şəhərində yerləşən 1 saylı KTM-nə aparılmışdır. Özü isə hadisə yerində qalmış, hadisə yeri polis əməkdaşları tərəfindən müayinə olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, 14 fevral 2024-cü il tarixdə Qaradağ rayon Lökbatan qəsəbəsi, Binə-Lökbatan yolunda, 14-cü km dairəsi adlanan dairəvi yolda Şəxs idarə etdiyi “Mercedes Benz E220” markalı **-GX-*** dövlət qeydiyyat nişanlı avtomaşının qarşı hissəsi ilə X2 idarə etdiyi "Mercedes Benz 190" markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ yan hissəsi ilə toqquşması nəticəsində yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə "Mercedes Benz 190" markalı avtomobildə sərnişin qismində əyləşmiş 1954-cü il təvəllüdlü X7 yüngül dərəcəli bədən xəsarəti almışdır. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ аltı аydаn bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, təqdim olunmuş inzibati xəta haqqında iş üzrə icraat materiallarını, zərərçəkmiş şəxslərin izahatlarını və Şəxs törətdiyi inzibati xəta nəticəsində vurduğu zərərə laqeyd münasibətini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130, 327.8-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-812/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-812/2024
03.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver