Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-813/2021 12.07.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsindən daxil olmuş 14 iyun 2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və inzibati materialdan aydın olur ki, Şəxs 18 may 2021-ci il tarixdə Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi ilə Dostluq küçəsinin kəsişməsində yerləşən, üzərində “Rotterdam” yazısı olan lövhəni qəsdən sındıraraq 1150 manat məbləğində maddi ziyan vurmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati icraat aparılan şəxs və səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada təkrarən xəbərdar edilmələrinə baxmayaraq, barəsində inzibati icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş, səlahiyyətli orqan isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bunun səbəbləri barədə də məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3 və 112.1.4-cü maddələrinə əsasən barəsində inzibati icraat aparılan şəxsin və səlahiyyəti orqanın nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 28 may 2021-ci il tarixli qərardan görünür ki, HK-1/422 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna və Qaradağ rayon İHB- X1 Nümayəndəliyinə göndərilmiş, qərarın surəti qeyd olunan hadisəni törətmiş Şəxs barəsində İXM-nin 232-1-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinə həvalə edimişdir. Həmin qərarda göstərilir ki, 18 may 2021-ci il tarixdə Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının X1 Nümayəndəliyi tərəfindən verilmiş məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi ilə Dostluq küçəsinin kəsişməsində yerləşən, üzərində Roterdam yazısı olan lövhənin Şəxs tərəfindən sındırılması nəticəsində 1150 manat dəyərində maddi ziyan dəymişdir. Həmin qərardan aydın olur ki, araşdırma zamanı izahatı alınmış Şəxs öz izahatında qeyd etmişdir ki, “həmin lövhəni qəsdən sındırmış, həmin lövhəyə iki təpik vurmuş, arxasınca bayrağın arxası ilə deşib yerindən çıxartmış, Rotterdam yazısını görəndə cinsi azlıqlar yadına düşmüş və əsəbləşmişdir, əvvəllər də həmin lövhəni sındırmışdır”. Məhkəmə, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi tam təsdiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində göstərilir ki, özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Qeyd: Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Şəxs barəsində vurduğu ziyanın bir misli miqdarında cərimə edilməsi daha məqsədəmüvafiqdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114,115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli miqdarında, yəni 1150 (bir min yüz əlli) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-813/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-813/2021
12.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver