Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-813/2024 15.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Zərərçəkən şəxs Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1973-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barədə, Bakı şəhəri Qaradağ RPİ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 13 fevral 2024-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan və iş materiallarından aydın olur ki, 13 fevral 2024-cü il tarixdə, saat 19:07-də vətəndaş Şəxs etibarnamə əsasında idarə etdiyi “Tofaş Şahin” markalı, AZ ** NA *** dövlət qeydiyyat nişanlı avtomobillə Qaradağ rayonu, Sahil qəsəbəsi, Zahid Qasımov küçəsi ilə eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında sağdan yəni Rövşən Rzayev küçəsi ilə gələn 2006-cı il təvəllüdlü Zərərçəkmiş şəxs idarə etdiyi Moon AF 50 markalı mopedǝ yol vermədiyi üçün avtomobillə moped toqquşmuş və baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarəti almışdır. Buna görə də Şəxs barəsində İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Qaradağ RPİ-nin TŞ-nın baş təhqiqatçısı, polis mayoru X2 tərəfindən qəbul edilmiş 07 mart 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən aydın olur ki, 1. qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materialda cinayət tərkibi olmadığı üçün Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının CM-nin 263-cü maddəsi üzrə cinayət işinin başlanması rədd edilməsi. 2. “Tofaş Şahin” markalı AZ ** NA *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs Azərbaycan Respublikasının İXM-nin 327.6-cı vǝ 327.8 maddələri üzrə inzibati məsuliyyətə cəlb ediməsi üçün material Qaradağ RPİ-nin DYPŞ-ǝ göndərilməsi, 3. qərarın surətnini məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokurorluğuna və vətəndaşa göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən zərərçəkən şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4anını dəqiq bilmədiyi evdə ailə üzvləri ilə birlikdə yaşayır. 13 fevral 2024-cü il tarixdə, saat 19:07-də idarə etdiyi “Moon AF 50” modelli mopedlə Qaradağ rayonu, Sahil qəsəbəsində hərəkətdə olarkən eyni əhəmiyyətli yolların kəsişdiyi yol ayrıcında daxil olmuş və mopedin ön hissəsi ona nəzərən sol tərəfdən gələn “Tofaş Şahin” markalı AZ ** NA *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ tərəfinə çırpılmış və zərbənin təsirindən yerə yıxılmışdır. Daha sonra hadisə yerinə toplaşmış adamlar oraya təcili tibbi yardım çağırmış və həkim briqadası onu 1 saylı X3 aparmışdır. Orada müayinə olunarkən məlum olmuşdur ki, sol çiyni, sol ayağının pəncə hissəsi və sol tərəfdəki qabırğaları ǝzilib. Bədənindəki sümüklərdə sınıq aşkar edilməmiş, daha sonra o evə buraxılmışdır. O öz izahatında daha sonra hadisəni törətmiş Şəxs şikayətçi olmadığını bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında bildirmişdir ki, B1, B kateqoriyalı sürücü olmaqla “Tofaş Şahin” markalı, AZ ** NA *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. Həmin avtomobili icarəyə götürmüş və boş vaxtlarında taksi fəaliyyəti ilə məşğul olur. 13 fevral 2024-cü il tarixdə, saat 19:07-də həmin avtomobillə Qaradağ rayonu, Sahil qəsəbəsində hərəkətdə olarkən avtomobilə nəsə çırpılmışdır. O bir qədər irəlidə avtomobili saxlayıb yerə düşmüş və görmüşdür ki, idarə etdiyi avtomobilin sağ ön və arxa qapıları ǝzilib, şüşələri isə sınıb. Piyada geriyə qayıdıb görmüşdür ki, yerdə bir nəfər motosikletçi xəsarət almış vəziyyətdə uzanıb. Orada olan adamlar ona demişlər ki, motosikletçini Niva markalı avtomobil vurub və hadisə yerindən uzaqlaşıb. O hadisənin ona aidiyyatı olmadığını düşünüb avtomobilə əyləşib Lökbatan qəsəbəsinə gəlmişdir. Yolüstü Sahil qəsəbəsində ara küçələrdən birinə girib avtomobilimdən qırılıb salona dağılmış şüşələri təmizləmiş və yoluna davam etmişdir. Yolda olarkən istifadəsində olan ***-***-**-** telefon nömrəsinə ***-***-**-** nömrəsindən zəng gəlmiş və qaradağ RPİ-nin Təhqiqat Şöbəsinə dəvət edilmişdir. Şöbədə hadisənin görüntülərini əks etdirən video görüntü ona göstərilmiş və yol nəqliyyat hadisəsi törətdiyi ona məlum olmuşdur. O törətdiyi əməldən peşiman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək barəsində iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Qaradağ RPİ-nin DYPŞ-na rəsmi qaydada məlumat verilsə də, həmin təşkilatdan nümayəndə məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 13 fevral 2024-cü il tarixli, 2/8208 nömrəli tibbi müayinə aktından aydın olur ki, Şəxs 04 avqust 2021-ci il tarixdə, saat 23:00 radələrində tibbi müayinədən keçirilərkən ayıq olduğu müəyyən edilmişdir. İş materialına əlavə olunmuş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X1” Publik hüquqi şəxsin Qaradağ rayon şöbəsindən daxil olmuş 24 fevral 2024-cü il tarixli, 106 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı bədən səthində aşkar edilmiş xəsarətlər; sol bazu oynağının cüzi hərəkət məhdudluğu ilə müşayiət sol bazu oynağının və sol bazu nahiyyəsinin yuxarı 1/3nin yumşaq toxumalarının qançır-şişkinlik halında əziyi və sol çiyin qurşağının arxa səthinin sıyrığı, sol baldır və sol iç topuq nahiyyələrinin sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün X5 müraciət etdiyi 13 fevral 2024-cü il tarixdə törənmələri mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Vətəndaş Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakter və lokalizasiyasılarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, idarə etdiyi mopedlə hərəkətdə olan minik avtomaşının toqquşması nəticəsində törənə bilərdilər. Məhkəmə iş materillarını araşdıraraq və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə törədilmiş inzibati xətanın xarakteri və ictimai təhlükəlilik dərəcəsi, zərərçəkmiş şəxsin hal-hazırda şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək ona cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha ədalətli və məqsədə müvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz manat) məbləğində cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-813/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-813/2024
15.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver