Məhkəmə qərarları › İş №3(002)-815/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-815/2021

12.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-815/2021 12.07.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Bakı şəhəri Qaradağ RPİ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 03 iyun 2021-ci il tarixli AP ******* saylı protokoldan və iş materiallarından aydın olur ki, 10 may 2021-ci il tarixində, saat 17:10 radələrində Şəxs etibarnamə olmadan idarə etdiyi “Mercedes Benz A45 AMG” markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, V.Ələkbərov küçəsində hərəkətdə olan zaman ondan qarşıda hərəkətdə olan X3 idarə etdiyi “Hunday Sonata” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomaşın sağa doğru manevr edərkən nəqliyyat vasitələri arasında toqquşma baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Hunday Sonata” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü X8 və sərnişin X11 yüngül dərəcəli xəsarət almışdırlar. Buna görə də Şəxs barəsində İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Qaradağ RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X2 tərəfindən qəbul edilmiş 24 may 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan aydın olur ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməlində cinayət tərkibi olmadığına görə sürücü Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, sürücü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun əməlində İXM-nin 327.8-ci maddəsinin tərkibi olduğuna həmin maddə ilə sürücü Şəxs barəsində inzibati qaydada ölçü götürülməsindən ötrü toplanmış materialın Qaradağ RPİ-nin DYPŞ-yə göndərilməsi qərara alınmışdır. 29 iyun 2021-ci il tarixli məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X8 öz izahatında bildirmişdir ki, X9 məxsus “Hunday Sonata” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomaşını baş etibarnamə əsasında idarə edir. 10 ilə yaxın müddətlə sürücülük təcrübəsi olmaqla “ B C ” dərəcəli sürücülük vəsiqəsi vardır. 10.05.2021-ci il tarixində tanışı X11 ilə birlikdə saat təxminən 17:10 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan avtomaşınla Sahil qəsəbəsinin mərkəzindən Vaqif Ələkbərov küçəsi ilə saatda təxminən 20-30 km sürətlə yolun sağ hərəkət zolağı ilə hərəkətdə olmuş, Xalid Əliyev avtomaşında qarşı sağ oturacaqda əyləşmişdir. Vafıq Ələkbərov küçəsində hərəkətdə olduğu zaman Rabitə Texnika adlanan küçəyə dönmək məqsədilə sağa dönmə siqnalını qoşub, sağa doğru manevr edən zaman qəfildən avtomaşının axra sol hissəsinə nəyinsi çırpıldığını hiss etmiş və zərbənin təsirindən idarə etdiyi avtomaşın yerində fırlanaraq əks istiqamətdə dayanmışdır. Bir qədər sonra özünə gəldikdən sonra, Xalid Əliyevlə birlikdə avtomaşından yerə düşərək idarə etdiyi avtomaşının arxa sol hissəsinə çırpılan avtomaşının tünd göy rəngli “Mercedes Benz” markalı, ** AK *** dövlət qeydiyyat nişanlı oluduğunu görmüşdür. Həmin avtomaşın idarə etdiyi avtomaşının arxa hissəsinə çırpıldıqdan sonra qarşıya hərəkətlənərək, yolun sol hissəsində olan işıq dirəyinə çırpılmış vəziyyətdə qalmışdır. Həmin avtomaşında bir nəfər sürücü olmuş, və yerə düşdükdən sonra özünü Seymur kimi təqdim etmiş, bir qədər sonra isə sinə nahiyyəsində ağrılar hiss etdiyi üçün həkimə müraciət edəcəyini bildirib, oradan çıxıb getmişdir. İdarə etdiyim avtomaşında əyləşmiş Xalid Əliyev isə baş nahiyyəsindən xəsarət aldığı üçün Sahil qəsəbəsində yerləşən 20 saylı təcili tibbi yardım stansiyasına müraciət etmiş, özü isə hadisədən sonra zərbənin təsirindən boyun nahiyyəsində ağrılar hiss etmişdir. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və hadisə yeri müayinə olunmuşdur. O, öz izahatında əlavə olaraq bildirmişdir ki, Şəxs ilə eyni qəsəbədə yaşadığından onu qəsəbə sakini kimi tanımışdır. Hadisədən sonra siğorta şirkəti tərəfindən maşına dəymiş zərərə və ondaki bədən xəsarətinə görə müəyyən ödənişlər edilmiş, lakin barəsində inzibati iş üzrə icraat aparılan şəxs olan Şəxs onunla və dostu olan digər zərərçəkmiş şəxslə maraqlanmamış, insanlıq naminə şikayətçi olmadığını bildirmiş və Şəxs barəsində tətbiq olunacaq inzibati tənbeh tədbirini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs öz izahatında bildirmişdir ki, bir ilə yaxın müddətdir sürücülük təcrübəsi olmaqla “ A B C ” dərəcəli sürücülük vəsiqəsi vardır. Bibisi oğlu X5 “BMW” markalı, ** PT *** dövlət qeydiyyat nişanlı avtomaşını vardır. O, Rusiya Federasiyasında olduğu üçün qardaşı oğlu Əliyev Şahbazın adına etibarnamə vermişdir. Nəbi Əliyev 2021-ci ilin may ayının əvvəlində ona məxsus “BMW” markalı, ** PT *** dövlət qeydiyyat nişanlı avtomaşını satıb, başqa avtomaşın almağı və ya öz dəyərində olan avtomaşınla barter etməyi bildirmişdir. X14 adlı şəxslə tanış olmuş, Cəmil birinci dəfə barter etmək üçün “Lexus” sedan markalı avtomaşını təklif etmiş, lakin onların avtomaşının 2 ay gecikməsi olduğuna görə razılaşmaları alınmamışdır. Sonradan isə Cəmil, Vüqar adlı dostunda “Mercedes Benz A Class” markalı, ** AK *** dövlət qeydiyyat nişanlı avtomaşının olduğunu və barter etməyi təklif etmiş və belə razılaşmışlar ki, Cəmil ilə Vüqar tərəfindən “BMW” markalı avtomaşının 2 ay gecikməsi ödənilsin. 26.04.2021-ci il tarixdə “BMW” markalı avtomaşının üzərində cərimə olduğundan əlavə 1350 manat pul və onlara aid olan “BMW” markalı avtomaşını sənədləri ilə birlikdə onlara vermiş və ondan “Mercedes Benz A Class” markalı avtomaşını sənədsiz götürmüşlər. Avtomaşınları barter edərkən aralarında hər hansı bir sənədləşdirmə aparılmamışdır. Belə ki, avtomaşınları barter etdikləri vaxtı natarius işləmədiyi üçün belə razılaşmışlar ki, həftənin 1-ci günü avtomaşın öz adma sənədləşdirilsin. Eyni zamanda avtomaşının rəngi dəyişsə də, səndədə göstərilməmiş, Cəmildə rəngin vinil olduğunu bildirmişdir. Sonradan məlum olmuşduur ki, avtomaşının bir hissəsi kraska, bir hissəsi ilə vinil olduğu üçün sənədləşdirmə aparılmamışdır. Bunu bildikdən sonra avtomaşını qaytarmaq istədikdə, Cəmil avtomaşını qaytarmaqdan boyun qaçıraraq satıldığını bildirmişdir. Həmin ərəfələrdə Cəmil danışıqlara gəlmədiyi üçün söhbətləri olduğu kimi qalmışdır. 10.05.2021-ci il tarixində əmisi oğlu Şahbaz Əliyevdən avtomaşını götürüb, saat təxminən 17:10 radələrində Sahil qəsəbəsində yerləşən dəniz qırağına getmək üçün idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan avtomaşınla Sahil qəsəbəsinin mərkəzindən Vaqif Ələkbərov küçəsi ilə saatda təxminən 60-70 km sürətlə yolun sağ hərəkət zolağı ilə hərəkətdə olmuşdur. Ondan qarşıda hərəkətdə olan “Hunday” markalı avtomaşının Rabitə Texnika adlanan küçəyə dönmək məqsədilə qəfildən sağa doğru döndüyünü görüb, hadisənin qarşısını almaq məqsədilə əyləci basmış, lakin sürətlə hərəkətdə olduğu üçün hadisənin qarşısını almağa texniki imkanı olmamış və idarə etdiyi avtomaşının qarşı sağ hissəsi ilə həmin avtomaşının arxa sol hissəsi arasında toqquşma baş vermişdir. Toqquşmadan sonra idarə etdiyi avtomaşın yolun sol hissəsinə doğru hərəkətlənərək, işıq dirəyinə çırpılaraq dayanmışdır. Bir qədər özünə gəldikdən sonra avtomaşından yerə düşüb toqquşduğu avtomaşının yanma yaxınlaşdıqda həmin avtomaşının “Hunday Sonata” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı olduğunu və həmin avtomaşında olan sərnişinin xəsarət aldığını görüb, onlara köməklik göstərib, təcili yardım stansiyasına yola salmışdır. Özü isə bir qədər sonra bədəninin sinə nahiyyəsində ağrılar hiss etdiyi üçün toqquşduğu avtomaşının sürücüsü sonradan adını bildiyi X6 və onun atasına bədənində ağrılar yarandığı üçün həkim müraciət edəcəyini bildirib, yol maşını ilə Bakı şəhərində yerləşən Travmatalogiyaya müraciət etmişdir. Onu xəstəxanaya aparan sürücünün tanışı olan həkim onu müayinə etmiş və ciddi bir xəsarətinin olmadığını və biraz uzanaraq dincəlməyi bildirildikdən sonra xəstəxanadan çıxıb, sərxoşluq müayinəsindən keçdikdən sonra yaşadığı evə getmişdir. O, öz izahatında əlavə olaraq bildirmişdir ki, hadisə zamanı idarə etdiyi nəqliyyat vasitəsinin səmişinsiz və yüksüz vəziyyətdə olduğunu, eləcə də hadisədən əvvəl spirtli içki qəbul etmədiyini bildirmişdir. Bütün bu halların nəzərə alınaraq məhkəmədən cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 10.05.2021-ci il tarixli, 2/5980 nömrəli tibbi müayinə protokolundan müəyyən olunmuşdur ki, vətəndaş X1 halları aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 10.05.2021-ci il tarixli, 2/5982 nömrəli tibbi müayinə protokolundan müəyyən olunmuşdur ki, vətəndaş Şəxs sərxoşluq halları aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Qaradağ rayon şöbəsindən daxil olmuş 20.05.2021-ci il tarixli, № 279 saylı ekspert rəyindən görünür ki, vət.X.A.Əliyevin məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət - başın ənsə nahiyyəsinin əzilmiş yarası bərk küt əşya təsirindən, müayinədən 2-3 gün əvvəl törənmişdir, qərarın təsviri hissəsində göstərildiyi kimi yəni 10.05.2021-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İş materiallarına əlavə olunmuş Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Qaradağ rayon şöbəsindən daxil olmuş 20.05.2021-ci il tarixli, № 280 saylı ekspert rəyindən görünür ki, vət.F.M.Maqsudovun məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət - boyun nahiyəsinin hərəkət məhdudluğu ilə müşayiət olunan bpyun əzələlərinin gərilməsi və qançırı bərk küt əşya təsirindən, müayinədən 2-3 gün əvvəl törənmişdir, qərarın təsviri hissəsində göstərildiyi kimi yəni 10.05.2021-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. Məhkəmə iş materillarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Ona görə də Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməsi daha ədalətli və məqsədə müvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətə məhdudlaşdırılsın. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on)gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Müsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar