Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-815/2022 18.07.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru X5, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1959-cu ildə Cəlilabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş 18 iyul 2022-ci il tarixli MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs 22 iyun 2022-ci il tarixdə Qaradağ rayonunun Lökbatan qəsəbəsi, 14-cü kilometrdə yerləşən “Dərya” kimi tanınan kafedə X4 ünvanına nalayiq ifadələr işlətmişdir. Buna görə də Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru X10 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru X10 tərtib edilmiş protokolu müdafiə edərək bildirmişdir ki, Azərbaycan Respublikası “İctimaiyyətin səsi və ekologiya” ictimai, siyasi, sosial, iqtisadi, hüquq qəzetinin foto müxbiri olduğunu bildirən X8 22 iyun 2022-ci il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində “Dərya” adı altında fəaliyyət göstərən kluba getdiyini, həmin kluba getməkdə məqsədinin orda baş verən əxlaqsızlıq və anti-sanitariyanı qeydə alaraq aidiyyatı orqanalara göndərmək olduğunu, həmin kluba gecə 00:00-dan sonra getdiyini, həmin klubun içərisinə daxil olduqda klubda əxlaqsız qadınların olduğunun şahidi olduğunu, baş verənləri video görüntüyə almaq istəyən zaman tanımadığı qadın qarşısına keçərək özünü şəhid anası kimi təqdim edərək onunla mübahisə etməyə başladığını, bu zaman klubun sahibi kimi özünü təqdim edən İmdad adlı şəxsin ona yaxınlaşaraq onun ünvanına nalayiq ifadələr işlətdiyini və sonuncunun qolunu burduğunu bildirmişdir. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi barədə protokol tərtib olunmuşdur. Hal-hazırda da tərtib edilmiş inzibati protokolu müdafiə edərək Şəxs barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət verən şəxs X8 öz izahatında bildirmişdir ki, 21 iyun 2022-ci il tarixdən 22 iyun 2022-ci il tarixə keçən gecə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində “Dərya” adı altında fəaliyyət göstərən kluba mülki formada getmiş, həmin kluba getməkdə məqsədi orda baş verən əxlaqsızlıq və anti-sanitariyanı qeydə alaraq aidiyyatı orqanalara göndərmək olmuşdur. Həmin kluba gecə 00:00-dan sonra getmiş, klubun içərisinə daxil olduqda klubda əxlaqsız qadınların olduğunun şahidi olmuş, baş verənləri video görüntüyə almaq istəyən zaman tanımadığı qadın qarşısına keçərək özünü şəhid anası kimi təqdim edərək onunla mübahisə etməyə başlamışdır. Bu zaman klubun sahibi kimi özünü təqdim edən İmdad adlı şəxs ona yaxınlaşaraq onun ünvanına nalayiq ifadələr işlətmiş və qolunu burmuşdur. Şəxs ona məxsus jurnalist vəsiqəsini və X3 Qubadlının azad olunmasına görə aldığı vəsiqəsinin saxta olduğunu bildirmiş və onu hədələyərək ünvanına söyüşlər işlədərək onu təhqir etmişdir. Sonra hadisə yeinə polis əməkdaşları yaxınlaşaraq onu 10-cu PB-na dəvət etmişlər. Bundan əlavə öz izahatında qeyd etmişdir ki, həmin kafedə apardığı çəkilişlər onda var, lakin iş materiallarına əlavə edilməmiş və polisdə araşdırma aparılarkən həmin görüntülər nəzərə alınmamışdır. Bundan başqa həm kafedə olan şəxslər, həm də onun hadisə yerinə çağırdığı şəxslər qeyd olunan hadisənin şahidi olsalar da onların heç biri polisə dəvət edilməmiş və izahatları alınmamışdır. Odur ki, polis tərəfindən hadisəyə qeyri-obyektiv yanaşılaraq heç bir araşdırma aparılmadığından və hadisədən xeyli müddət keçdikdən sonra formal olaraq material toplanıldığından Şəxs əməlinə yenidən hüquqi qiymət verilməsi üçün inzibati materialın geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, Bakı-Qazax yolunun 14-cü kilometrində yerləşən Lökbatan dairəsində ona məxsus müəssiə vardır və həmin müəssisəsini rəsmi formada X2 icarəyə vermişdir. Kafenin adı “Dərya” kafesidir və gecə saat 00:00-a qədər işləyir. Hadisə baş verən gün yəni, 22 iyun 2022-ci il tarixdə ona zəng edərək bir nəfərin kafenin fəaliyyətinə mane olduğunu bildirmişlər. O da bundan üç-beş dəqiqə sonra kafeyə gəlmiş və Rəşad adlı şəxsin səs-küy saldığını, videoçəkiliş etdiyini və işçiləri işləməyə qoymadığını görmüşdür. O da sakit formada Rəşadı kənara çəkərək ona müştərilərin istirahətinə və kafenin işinə mane olmamağı təklif etmiş, sonuncu isə buna məhəl qoymamışdır. Daha sonra o işçisindən DİN-in 102 xidmətinə zəng vurmasını xahiş etmiş və bundan sonra 10-cu PB-nın əməkdaşları gələrək Rəşadı polis bölməsinə aparmışlar. O, öz izahatında daha sonra göstərmişdir ki, hadisə vaxtı Rəşada qarşı heç bir nalayiq ifadələr işlətməmiş və fiziki zor tətbiq etməmiş, əksinə Rəşad onu hədələyərək çəkilişlə bağlı ondan pul istəmişdir. Hadisə vaxtı kafedə kifayət qədər insan olmuş və kafenin videokamerası işlək vəziyyətdə olmuşdur. Lakin bu barədə polisdə araşdırma aparılarkən heç bir şahid çağırılıb dindirilməmiş və ya hər hansı bir görüntüyə baxış keçirilməmişdir. Odur ki, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, izahatları dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, təqdim edilmiş sənədlər natamam olduğundan və inzibati işə mahiyyəti üzrə baxılaraq yekun məhkəmə qərarı qəbul edilməsi mümkün olmadığından inzibati protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin 10-cu PB-nə qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 18 iyul 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol İXM-nin tələbləri kobud şəkildə pozulmaqla inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, protokol qəbul edilərkən şəxsin iştirak edibetməməsi, onun hüquq və vəzifələrinin izah edilməsi, inzibati xətanın törədilməsinin hansı sübutlarla müəyyən edilməsi və sair bir çox halları) müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.1-ci maddəsində protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilməlidir. Bundan başqa məhkəmə araşdırması zamanı vətəndaş Şəxs 22 iyun 2022-ci il tarixdə şikayət verən şəxs X6 təhqir etməsinə, eləcə də əməlində xırda xuliqanlıq hərəkətlərinin olmasına dair heç bir sübut və ya əsaslı dəlillərin müəyyən edilmədiyi aşkar edilmişdir. Yəni, bu halları təsdiq edəcək şahid ifadələri, telefon danışıqları, mütəxəssis rəyi, video görüntü və ya audio yazı və s. hər hansı bir sübut növü müəyyən edilərək iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində göstərilir ki, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 76.1-ci maddəsin əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Bütün bu yuxarıda göstərilənlər ona əsas verir ki, qeyd olunan iş üzrə toplanmış inzibati material yenidən araşdırılması üçün geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40,43 və 109cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis baş leytenantı X10 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam olduğundan yenidən araşdırmanın aparılması üçün geri qaytarılsın. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-815/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-815/2022
18.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver