Məhkəmə qərarları › İş №3(002)-815/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-815/2024

29.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-815/2024 29.03.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nın sahə rəisi, polis mayoru X1, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1988-ci ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materialın icraata qəbul edilməsi məsələsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş sənədlərdən aydın olur ki, Şəxs 10 yanvar 2024-cü il tarixdə, saat 19 radələrində Lökbatan qəsəbəsində, keçmiş həyat yoldaşı tərəfindən döyülmüşdür. Buna görə də Qaradağ RPİ-nin 10-cu PŞ-nın sahə rəisi, polis mayoru X5 tərəfindən Qaradağ RPİ-nin 10-cu PŞ-nin baş təhqiqatçısı, polis mayoru X4 “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 20 yanvar 2024-cü il tarixli qərarı əsasında Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə MN ******* saylı, 29 mart 2024-cü il tarixli inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PŞ-nın sahə rəisi, polis mayoru X5 tərtib olunmuş protokolu müdafiə edərək bildrimişdir ki, o həmin protokolu Qaradağ RPİ-nin 10-cu PŞ-nin baş təhqiqatçısı, polis mayoru X4 20 yanvar 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən tərtib etmişdir. Həmin qərara əsasən X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prossessual rəhbərliyi həyata keçirən Qaradağ rayon Prokurorluğuna, X3 göndərilməsi, qərarın surətinin Şəxs barəsində inzibati icraat açılaraq İXM-nin 157-ci maddəsinə əsasən müvafiq tədbirlər görülməsi üçün aidyyatı əməkdaşa həvalə olunamsı qərara alınmışdır. Bundan sonra həmin iş onun icraatına verilmiş və onun tərəfindən Şəxs barəsində İXM-nin 157-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. Hal-hazırda da tərtib etdiyi protokolu müdafiə edərək Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X6 öz izahatında bildirmişdir ki, ünvan 3 ünvanında iki qız övladı ilə birlikdə yaşayır, subaydır. Üç il qabaq Şəxs rəsmi şəkildə boşanmışdır. 10 yanvar 2024-cü il tarixdə, axşam saatlarında işdən evə gələrkən qızı Fidan ona zəng edərək özünə ayaqqabı almaq istədiyini bildirmişdir. Qızları ilə birlikdə o da Şəxs işlədiyi “Topaz” mərc oyunları ofisinə getmişlər. O qızlarını içəri, atalarının yanına yola salmışdır ki, ondan ayaqqabı üçün otuz manat pul götürsünlər, özü isə çöldə gözləmişdir. Bu zaman Zahirin qızlarını itələyərək çölə atdığını görmüş, nəticədə aralarında sözlə mübahisə yaranmışdır. Zahir ona “uşaqlar sənindir” deyərək ofisin arxasına keçmişdir. O da həmin yerə gedərək Zahirlə danışmış, Zahir ona qarşı nalayiq ifadələr işlətmişdir. Zahir onun hər iki əlini bərk şəkildə sıxaraq, əlini cırmış və dırnaqlarını sındırmışdır. Bundan sonra o birbaşa 10-cu PŞ-ya gedərək hadisə haqqında məlumat vermişdir. Hal-hazırda da şikayətçi olmaqla Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında barəsində qəbul edilmiş protkolu qəbul etməyərək göstərmişdir ki, X6 ilə 21 may 2021-ci ildə rəsmi olaraq boşanmışlar. Birgə nikahdan iki övladları var, on yaşlı Fidan və səkkiz yaşlı Məryəm. Onlar boşansa da Ülkər onun valideynləri ilə birlikdə yaşayır. 10 yanvar 2024-cü il tarixdə, saat təxminən 19 radələrində onun işlədiyi “Topaz” mərc oyunu obyektində olan zaman qızları içəri daxil olaraq və ona "papa, bizə 100 manat pul ver gedək özümüzə ayaqqabı alaq" demişlər. O cavab olaraq pulunun olmadığını, lakin yaxın günlərdə pulu onlara verəcəyini demişdir. Qızları onun sözlərinə məhəl qoymayaraq ondan ǝl çəkməmiş, pul istəməyə davam etmişlər. O uşaqlarla birlikdə çölə çıxmışdır ki, iş yerində biabır olmasın. Bu zaman iş yerinin qabağında olan Ülkər onun uşaqlara pulu vermədiyini görüb onu söyüb təhqir etməyə başlamışdır. O “Topaz”ın arxasına keçmişdir ki, baş verənləri heç kim görməsin, lakin Ülkər ondan ǝl çəkməmiş və arxasınca gələrək yenə də ondan pul istəmişdir. Ülkər onun gödəkçəsindən yapışmış, nəticədə gödəkçəsi cırılmıdşır. O qardaşı Gürşada zəng edərək baş verən hadisə barədə məlumat vermiş, bir neçə dəqiqə keçdikdən sonra Gürşad digər qardaşı Mahir ilə birlikdə ora gəlmiş, onu maşına əyləşdirərək həmin yerdən uzaqlaşmışlar. O öz izahatında daha sonra göstərmişdir ki, həmin vaxt Ülkəri döyməmiş və ona qarşı hər hansı fiziki qüvvə tətbiq etməmişdir. Əksinə orada olan və hadisəini görən şahidlər də bunu təsdiq edə bilərlər. Daha sonra bildirmişdir ki, barəsində tərtib olunmuş inzibat xəta haqqında protkoll onun iştirakı olmadan tərtib edilmiş, bu barədə ona heç bir məlumat verilməmiş və onun tərəfindən protokol imzalanmamışdır. Odur ki, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materialına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və X7” Publik hüquqi şəxsin 16 yanvar 2024-cü il tarixli, 27 saylı ekspert rəyindən görünür ki, vətəndaş X2 bədən səthində aşkar edilmiş xəsarətlər sağ əlin ovuc, İİİ barmağın, sağ əlin arxa səthinin İ barmağın və sol said nahiyyələrinin sıyrıqları, sağ əlin səthinin V barmağın qançırı bərk küt əşya (əşyalar) təsirindən, müayinədən bir günə qədər əvvəl, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə törənmişlər və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcləri təyin edilmir. Məhkəmə izahatları dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, təqdim edilmiş sənədlər natamam olduğundan və inzibati işə mahiyyəti üzrə baxılaraq yekun məhkəmə qərarı qəbul edilməsi mümkün olmadığından inzibati protokol və ona əlavə olunmuş sənədlər Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin 10-cu PŞ-na qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 29 mart 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol İXM-nin tələbləri kobud şəkildə pozulmaqla inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, şikayət vermiş şəxsin izahatı, onun hüquq və vəzifələrinin izah edilməsi, inzibati xətanın törədilməsinin hansı sübutlarla müəyyən edilməsi və ümumiyyətlə inzibati xətanın nədən ibarət olması və sair bir çox halları müəyyən edilməmişdir. Bundan başqa həmin protkoldan aydın olur ki, barəsində inzibati xəta haqqında protkol tərtib olunmuş Şəxs keçmiş həyat yoldaşı təərfindən döyülmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.1-ci maddəsində protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilməlidir. Bundan başqa məhkəmə araşdırması zamanı Şəxs tərəfindən törədilməsi ehtimal olunan hadisəni görən şəxslərin dairəsi müəyyən edilərək dindirilməmiş, iş üzrə alınmış ekspert rəyi natamam olmaqla X2 aldığı xəsarətlərin özü tərəfindən və ya kənar şəxslər tərəfindən yetirilməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində göstərilir ki, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 76.1-ci maddəsin əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Bütün bu yuxarıda göstərilənlər ona əsas verir ki, qeyd olunan iş üzrə toplanmış inzibati material yenidən araşdırılması üçün geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40,43 və 109cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər natamam olduğundan yenidən araşdırmanın aparılması üçün Qaradağ RPİ-nin 10-cu PŞ-na geri qaytarılsın. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar