Məhkəmə qərarları › İş №3(002)-818/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-818/2020

05.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-818/2020 05.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi ilə, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra- “xxxx” MMC) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə ünvan 1ünvanında qeydiyyatda olan “xxxx” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan "xxxx” MMC-nin ünvanına 94599180 nömrəli vaqonun üzərində olan TKRU4424104-4 nömrəli konteynerdə daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********2045 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən mallara xx.xx.2020-ci il tarixdə “Abşeron” gömrük postunda gömrük baxışı keçirilmiş, gömrük baxışı zamanı TKRU4424104-4 nömrəli konteynerdə daxil olmuş yüklərlə aid gömrük orqanına təqdim olunmuş **********2045 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsində bəyan olunan yüklərdən əlavə gömrük orqanına bəyan edilməyən, heç bir mal-müşayiət sənədində qeyd edilməyən taxta materialından olan “uşaq yataq mebelinin hissələrinə” oxşar 3 ədəd təxminən uzunluğu 90 sm, hündürlüyü 40 sm olan ayaqlıq, 6 ədəd uzunluğu 190 sm, qalınlığı 5 sm olan uşaq yataq mebelinin yan hissəsi, 6 dəst (hər dəstdə 2 ədəd olmaqla, cəmi 12 ədəd uzunluğu 85 sm, hündürlüyü 40 sm olan döşək altlığı və 1 ədəd hündürlüyü 1 metr, eni 5 sm, uzunluğu 90 sm olan çarpayı başlığı yükü aşkar olunmuşdur. 00100-1046/20 nömrəli materialın araşdırılması üzrə qeyd olunan malın əmtəəşünaslıq ekspertizası keçirilməsi zəruriyyəti yarandığından ekspertiza tədqiqatına təqdim olunan taxta materialından olan “uşaq yataq mebelinin hissələrinə” oxşar 3 ədəd təxminən uzunluğu 90 sm, hündürlüyü 40 sm olan ayaqlıq, 6 ədəd uzunluğu 190 sm, qalınlığı 5 sm olan uşaq yataq mebelinin yan hissəsi, 6 dəst (hər dəstdə 2 ədəd olmaqla, cəmi 12 ədəd uzunluğu 85 sm, hündürlüyü 40 sm olan döşək altlığı və 1 ədəd hündürlüyü 1 metr, eni 5 sm, uzunluğu 90 sm olan çarpayı başlığı yükünün xx.xx.2020-ci il tarixə orta bazar qiyməti barəsində rəy verilməsi üçün Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə 1400-013/0xx-xx/004309 nömrəli xx.xx.2020-ci il tarixli məktubla müraciət olunmuş, adı qeyd olunan mərkəzdən alınmış 09/1885 saylı xx.xx.2020-ci il tarixli məhkəmə ekspertizası rəyində ekspertiza tədqiqatına təqdim edilmiş uşaq çarpayısının tam olmayan hissələrinin xx.xx.2020-ci il tarixə orta bazar qiyməti 250 (iki yüz əlli) manat müəyyən edildiyi qeyd edilmişdir. Barəsində inzibati icraat aparılan hüquqi şəxs və səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də məhkəmə barəsində inzibati icraat aparılan hüquqi şəxsin və səlahiyyəti orqanın nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx xxxx 2020-ci il arixli raportdan görünür ki, Rusiya Federasiyasından ünvan 2 ünvanında qeydiyyatda olan "xxxx” MMC-nin ünvanına 94599180 nömrəli vaqonun üzərində olan TKRU4424104-4 nömrəli konteynerdə daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********2045 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilən mallara xx.xx.2020-ci il tarixdə “Abşeron” gömrük postunda gömrük baxışı keçirilmiş, gömrük baxışı zamanı TKRU4424104-4 nömrəli konteynerdə daxil olmuş yüklərlə aid gömrük orqanına təqdim olunmuş **********2045 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsində bəyan olunan yüklərdən əlavə gömrük orqanına bəyan edilməyən, heç bir mal-müşayiət sənədində qeyd edilməyən taxta materialından olan “uşaq yataq mebelinin hissələrinə” oxşar ümumi 12 yerdən ibarət olmaqla 3 ədəd təxminən uzunluğu 90 sm, hündürlüyü 40 sm olan ayaqlıq, 6 ədəd uzunluğu 190 sm, qalınlığı 5 sm olan uşaq yataq mebelinin yan hissəsi, 6 dəst (hər dəstdə 2 ədəd olmaqla, cəmi 12 ədəd uzunluğu 85 sm, hündürlüyü 40 sm olan döşək altlığı və 1 ədəd hündürlüyü 1 metr, eni 5 sm, uzunluğu 90 sm olan çarpayı başlığı yükü aşkar olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/1885 nömrəli xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş uşaq çarpayısının tam olmayan hissələrinin, yəni 3 ədəd təxminən uzunluğu 90 sm, hündürlüyü 40 sm olanayaqlıq, 6 ədəd uzunluğu 190 sm, qalınlığı 5 sm olan uşaq çarpayısının yan hissəsi, 6 dəst (hər dəstdə 2 ədəd olmaqla cəmi 12 ədəd) uzunluğu 85 sm, hündürlüyü 40 sm olan döşək altlığı və 1 ədəd hündürlüyü 1 metr, eni 5 sm, uzunluğu 90 sm olan çarpayı başlığının ümumilikdə tam olmayan vəziyyətdə xx.xx.2020-ci il tarixə orta bazar qiyməti təxminən 250,00 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 482.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda, inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin altmış faizindən yüz faizinədək məbləğdə cərimə edilir. Məhkəmə inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, «xxxx» MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Belə ki, «xxxx» MMC tərəfindən Rusiya Federasiyasından ünvanına daxil olmuş yüklərə dair gömrük orqanına təqdim olunmuş **********2045 sorğu nömrəli xx.xx.2020-ci il tarixli gömrük bəyannaməsində bəyan olunan yüklərdən əlavə taxta materialından olan “uşaq yataq mebelinin hissələrinə” oxşar ümumi 12 yerdən ibarət olmaqla 3 ədəd təxminən uzunluğu 90 sm, hündürlüyü 40 sm olan ayaqlıq, 6 ədəd uzunluğu 190 sm, qalınlığı 5 sm olan uşaq yataq mebelinin yan hissəsi, 6 dəst (hər dəstdə 2 ədəd olmaqla, cəmi 12 ədəd uzunluğu 85 sm, hündürlüyü 40 sm olan döşək altlığı və 1 ədəd hündürlüyü 1 metr, eni 5 sm, uzunluğu 90 sm olan çarpayı başlığı yükü gömrük orqanına bəyan edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, «xxxx» MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetdiyindən barəsində törətdiyi inzibati xətanın bilavasitə obyekti olmuş malın dəyərinin həmin maddənin sanksiyasında nəzərdə tutulmuş 40 faizi miqdarında cərimə edilməsi daha məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Məhkəmə həmçinin hesab edir ki, inzibati iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti “xxxx” MMC-dən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 18.5, 114-115 və 117ci maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində törətdiyi inzibati xətanın bilavasitə obyekti olmuş ümumi dəyəri 250 (iki yüz əlli) manat olan malın dəyərinin 40 faizi miqdarında, yəni 100 (yüz) manat məbləğində cərimə edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq dövlət büdcəsinə keçirilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar