Məhkəmə qərarları › İş №3(002)-82/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-82/2024

30.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-82/2024 30.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Təsərrüfat Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X1 iştirakı ilə, Şəxs Təsərrüfat Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük idarəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.3cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında iş üzrə materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük idarəsindən Şəxs Təsərrüfat Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə material daxil olmuşdur. Daxil olmuş inzibati xəta haqqında iş üzrə materiallara və inzibati xəta haqqında protokola əsasən, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük idarəsi “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postundan daxil olmuş xx.xx.2023-cü il tarixli 3-33/3-1-007211/2023 nömrəli raporta əsasən, xx.xx.2023-cü il tarixində, saat 15:35 radələrində Türkmənistan Respublikasının Azərbaycan Respublikasına “Bərqərar” gəmisi ilə tranzit xüsusi gömrük prosedurunda Türkiyə Respublikasına aparılan 38JD631 dövlət nömrə nişanlı qoşqu ölkə ərazisinə daxil olan 38JD631 dövlət nömrə nişanlı qoşqunun gəmiyə məxsus sənədlərində yükün adı qrafasında boş yazılmasına və faktiki olaraq bizə qoşquya aid yükün hər hansı sənədinin təqdim olunmamasına baxmayaraq VAİS proqram təminatında təsdiqi vurulduqdan sonra qoşqunun yüklü olduğu məlum olmuşdur. 38JD631 dövlət nömrə nişanlı qoşquya gömrük baxışı keçirilən zaman gömrük əməkdaşları tərəfindən nəqliyyat vasitəsinin qoşqusunda sellofan torbalarda, boz rəngli, pambıq parçaya bənzər yük olduğu aşkar edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Təsərrüfat Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X2 izahatında bildirmişdir ki, Türkmənistan Respublikasında fəaliyyət göstərən Şəxs şirkəti malları istər Azərbaycan Respublikasına, istərsə də Azərbaycan Respublikasından tranzit keçməklə digər ölkələrə göndərəndə bəzən əvvəlcədən xəbərdar edir, bəzən isə məlumat vermədən yükü göndərir və yük təyinat limanına çatanda xəbərləri olur. Bu dəfə də malların gələcəyindən xəbərləri olmamışdır. Yük göndəriləndə onlara qoşqunun boş göndərildiyini bildirmişlər. Sonradan isə bilmişlər ki, orada səhvən pambıq ipliyi ilə dolu qoşqunu göndəriblər. Boş qoşqu isə Türkmənistanda qalıb. İnzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinə işə baxılmasının yeri və müddəti barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onların nümayəndəsi, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə hesab edir ki Şəxs Təsərrüfat Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallarla tam təsdiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsinə əsasən, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilməsinə görə - fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraat zamanı toplanmış sənədləri tədqiq edərək hesab edir ki, hüquqi şəxs olan Şəxs Təsərrüfat Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.3cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində cərimə inzibati tənbeh növü tətbiq edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 18.5, 114-115 və 117ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Təsərrüfat Cəmiyyətinin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 1000 (min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar