Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-821/2024 02.04.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Bakı Beynəlxalq Dəniz Ticarəti limanında XPB-nin əməliyyat müvəkkili, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 1995-ci ildə İmişli rayonu, Mirli kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs qanunsuz olaraq satış məqsədi olmadan az miqdarda narkotik vasitə olan marixuana əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 29 mart 2024-cü il tarixdə saat 05:30 radələrində Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı ərazisində qanunsuz olaraq narkotik vasitə istehlakında şübhəli bilinərək saxlanılmış, şəxsi axtarış zamanı üzərindən 0.150 qr 1 ədəd siqaret dənəsinin tütün hissəsinə doldurulmuş narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Qeyd edilənlərlə bağlı Bakı Beynəlxalq Dəniz Ticarəti limanında XPB-nin əməliyyat müvəkkili, polis mayoru X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə MN serialı ******* nömrəli 30 mart 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Bakı Beynəlxalq Dəniz Ticarəti limanında XPB-nin əməliyyat müvəkkili polis mayoru X2 bildirmişdir ki, Şəxs 29 mart 2024-cü il tarixdə saat 05:30 radələrində Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı ərazisində üzərində 0.150 qr 1 ədəd siqaret dənəsinin tütün hissəsinə doldurulmuş narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. Protokolu müdafiə edərək Şəxs qanunamüvafiq qaydada tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, narkotik vasitəni xx.xx.2024-cü il tarixdə yaşadığı Bakı şəhəri, Xətai rayonu, Yavər Əliyev küçəsində olarkən marketə alış-verişə getdiyi zaman, məhəllədəki zibil qutularının yanından şəffaf sellofana bükülmüş formada tapmış və əvvəllərdə narkotik vasitələri istifadə etdiyi üçün içində narkotik vasitə marixuana olduğun başa düşərək şəxsi istifadəsi üçün üzərində saxlamışdır və onu qəbul etmişdir. Əməlindən səmimi peşmandır. Vətən müharibəsi iştirakçısı olmuşdur. Ona yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx.xx.2024-cü il tarixli 2076 saylı rəyindən görünür ki, Şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur və narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur və ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan vəsiqələrin surətindən aydın olur ki, Şəxs vətən müharibəsi iştirakçısı olmaqla “Vətən müharibəsi iştirakçısı”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Məhkəmədə müəyyən olunmuşdur ki, inzibati xəta törətmiş Şəxs narkotik vasitə olan “marixuana” əldə edib üzərində gəzdirmiş, bununla da onun hərəkətləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə düzgün tövsif olunmuşdur və ona həmin maddənin sanksiyası həddində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolla, tibbi müayinə protokolu ilə və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs inzibati tənbeh tədbiri tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə müvafiq olaraq Şəxs törətdiyi əməldən səmimi peşman olması, vətən müharibəsi iştirakçısı olması məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən olunur. İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə müvafiq olaraq Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Törədilmiş inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, şəxsiyyətini, iş üzrə məsuliyyəti yüngülləşdirən hallar, əməlindən səmimi peşmançılıq hissi keçirməsi və vətən müharibəsi iştirakçısı olmasını nəzərə alaraq sonuncu barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 350 (üç yüz əlli) manat cərimə edilsin. Şəxs tutma altında olduğu 01 (bir) gün müddət nəzərə alınmaqla üzərində qəti olaraq 300 (üç yüz) manat məbləğində cərimə saxlanılsın. Şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-821/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-821/2024
02.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver