Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-822/2020 22.07.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, Qaradağ rayon icra və probasiya şöbəsinin icra məmuru X1, Tələbkar Təhməzbəyova (Məmmədova) Sevinc Elbrus qızının Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1981-ci ildə Naxçıvan MR-da doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi, ev 32, mənzil 17-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİM: Şəxs Yasamal rayon məhkəməsinin 2(004)-384/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibatı material baxılması üçün məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra və probasiya şöbəsinin icra məmuru X3 protokolu müdafiə edərək bildirmişdir ki, Yasamal rayon məhkəməsinin 2(004)-384/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli icra vərəqəsinə əsasən, xx xxxxxxxx 2016-cı ildə anadan olan Məmmədov Sübhan Rövşən oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay sabit pul məbləğində 154 manat alimentin tutularaq iddiaçı X2 ödənilməsi qət edilmişdir. Həmin icra sənədi xx xxxxxx 2017-ci il tarixdə icra olunması üçün Qaradağ rayon icra və probasiya şöbəsinə göndərilmiş, qanunvericlikdə nəzərdə tutulmuş qaydada icraata başalamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Borclu bu günki günədək 3234 manat aliment borcundan ümumilikdə 2074 manat ödəniş etmiş və hazırda onun ödənilməmiş 1160 manat aliment borcu yaranmışdır. Buna görədə borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə xx xxxx 2020-ci il tarixli MN ******* saylı protokol tərtib etmiş və borclunu inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. O öz izahatında borclunun sonuncu dəfə dünən 154 manat aliment ödədiyini, borclunun rəsmi qaydada işləməsi və yaxud hər-hansı bir qazanca malik olmasına dair məlumatlı olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Təhməzbəyova (Məmmədova) Sevinc Elbrus qızı öz izahatında bildirmişdir ki, Yasamal rayon məhkəməsinin 2(004)-384/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli icra vərəqəsinə əsasən, xx xxxxxxxx 2016-cı ildə anadan olan Məmmədov Sübhan Rövşən oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay sabit pul məbləğində 154 manat alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Borclu bu günədəkk 3234 manat aliment borcundan ümumilikdə 2074 manat ödənişlər etmiş, lakin hazırda onun ödənilməmiş 1160 manat aliment borcu qalmışdır. Borclunun ona olan aliment borcunu tam tələb edir. O öz izahatında daha sonra borclu barəsində inzibati həbslə bağlı olmaya tənbeh tədbirinin tədbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, məhkəmə qətnaməsindən məlumatı vardır. Yasamal rayon məhkəməsinin 2(004)-384/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli icra vərəqəsinə əsasən, xx xxxxxxxx 2016-cı ildə anadan olan Məmmədov Sübhan Rövşən oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan hər ay sabit pul məbləğində 154 manat alimentin tutularaq iddiaçı X4 ödənilməsi qət edilmişdir.O, bu günə kimi ümumilikdə 2074 manat məbləğində aliment ödəmişdir. Hal-hazırda işsiz olduğundan və başqa hər-hansı bir gəlirə malik olmadığından aliment borcundan ödəniş edə bilməmişdir. Bundan başqa o əsəb xəstəsi olmaqla səhhətində ciddi problemlər olduğundan hazırda heç bir yerdə işləyə bilmir. Onun ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını və aliment borcunu ödəməkdən qəsdən boyun qaçırtmadığını nəzərə alıb iş üzrə inzibati materiala xitam verilməsini xahiş etmişdir. O öz izahatında əlavə olaraq bildirmişdir ki, 1160 manat miqdarında qalmış alimetn borcunu yaxın müddətə tam ödəyəcəkdir. Məhkəmə, tərəflərin izahatını və icra işini nəzərdən keçirərək, hesab edir ki, borclu Şəxs əməlində hazırki vaxtda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, borclu heç bir yerdə işləməklə və hər-hansı bir gəlirə malik olmamaqla aliment borcunu ödəməkdən qəsdən yayınmamışdır. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-822/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-822/2020
22.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver