Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-823/2021 16.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X2, 10 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1983-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Babayev X6 rayon Məhkəməsinin 2(004)-3203/2020 saylı, 19 iyun 2020-ci il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati material baxılması üçün məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin icra məmuru X7 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Yasamal rayon Məhkəməsinin 2(004)- 3203/2020 saylı, 19 iyun 2020-ci il tarixli icra vərəqəsinə əsasən iddiaçı X3 borclu Şəxs qarşı mülki iş üzrə məhkəmə qətnaməsi çıxarılana qədər müvəqqəti olaraq, 29 aprel 2014cü ildə doğulmuş X9 və 21 mart 2017-ci ildə doğulmuş X1 üçün borclu Şəxs hər ay hər uşağa görə 170 manat olmaqla, ümumilikdə 340 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X5 verilməsi, alimentin tutulma müddətinin 04 iyun 2020-ci il tarixdən hesablanması qərara alınmışdır. Borclunun rəsmi iş yeri olmadığı üçün maaşına tutulmalar yönəltmək mümkün olmamışdır. Borclu ümumilikdə öz borcundan 500 manat ödəmiş, sonuncu dəfə bugün, yəni 16 iyun 2021-ci il tarixdə məhkəmə iclası zamanı 50 manat ödəniş etmiş, 3580 manat aliment borcu qalmışdır. O, öz izahatında daha sonra göstərmişdir ki, məhkəmə iclasında iştirak etməsi üçün tələbkar X8 ilə əlaqə saxlanılsa da sonuncu məhkəmədə iştirak etmək istəmədiyini, tələbkarla üz-üzə gəlmək istəmədiyini, lakin yığılıb qalmış aliment borcunun tam şəkildə ödənilməsini tələb etdiyini və borcludan şikayətçi olduğunu, lakin borclunun inzibati qaydada həbs olunmasını istəmədiyini, borcluya xəbərdarlıq edilməsini istədiyini mobil telefon vasitəsi ilə bildirmişdir. Odur ki, borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə 16 iyun 2021-ci il tarixli MN ******* saylı protokol tərtib etmiş və borclunun inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, məhkəmə qətnaməsindən məlumatı vardır. Müxtəlif vaxtlarda hissə-hissə olmaqla aliment borcundan ümumilikdə 500 manat ödəniş etmişdir. O, sonuncu dəfə bugün, yəni 16 iyun 2021-ci il tarixdə məhkəmə iclasından qabaq ödəniş etməsi üçün bacısına 50 manat vermiş və bacısı tərəfindən ödəniş edilmişdir. Maddi olaraq sıxıntılar yaşayır və buna görə də aliment borcu yığılmışdır. Hal-hazırda rəsmi iş yeri yoxdur, lakin iş olduqca günəmuzd fəhləlik etməklə məşğuldur. O, aliment borcunu ödəməkdən qəsdən yayınmamış və eləcə də icra məmurunun çağırışlarına vaxtı-vaxtında gəlmişdir. Söz verir ki, hər on gündən bir iki yüz manat ödəniş edəcək və yığılıb qalmış alimenti qısa müddətdə tam şəkildə ödəyəcəkdir. Odur ki, yuxarıda göstərilənlərin nəzərə alınaraq iş üzrə inzibati materiala xitam verilməsini xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və icra işini nəzərdən keçirərək, hesab edir ki, borclu Şəxs əməlində hazırki vaxtda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, borclu hal-hazırda heç bir yerdə işləməməklə və hər-hansı bir gəlirə malik olmamaqla borcunu ödəməkdən qəsdən yayınmamış, eləcə də icra məmurunun çağırışlarına vaxtı-vaxtında gəlmişdir. Bundan başqa, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, borclu Şəxs aliment borcundan məhkəmə prosesi zamanı daha 50 manat ödəniş etmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Vəkil tərəfindən üç iş saatı sərf olunmuşdur. Odur ki, göstərilmiş hüquqi yardımla bağlı on səkkiz manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Vəkil ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına ödənilməlidir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114, 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. İnzibati xəta törətmiş şəxsə göstərilmiş hüquqi yardımla bağlı 18 (on səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Vəkil ödənilməsi üçün vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Burosunun hesabına köçürülsün. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-823/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-823/2021
16.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver