Məhkəmə qərarları › İş №3(002)-824/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-824/2021

23.08.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-824/2021 23.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X6, X1 iştirakları ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra şöbəsindən daxil olmuş 16.06.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, borclu Şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-7631/2019 saylı, 02.12.2019-cu il tarixli icra vərəqəsi ilə üzərinə düşən öhdəlikləri icra etməmişdir. Bununla da, o, İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarından aydın olur ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qərarı ilə Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 22 iyul 2021-ci il tarixli qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs tərəfindən apelyasiya qaydasında verilmiş şikayət qismən təmin edilmiş, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilməsinə dair Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş materialları yenidən baxılaraq, hər tərəfli araşdırma aparılmaqla qərarın təsviri hissəsində göstərilənlərə hüquqi qiymət verilməsi üçün həmin məhkəməyə qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinin icra məmuru X10 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, borclu Şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-7631/2019 saylı, 02.12.2019-cu il tarixli icra vərəqəsi ilə üzərinə düşən öhdəlikləri heç bir üzürsüz səbəb göstərmədən icra etməmişdir. Belə ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-7631/2019 saylı, 02.12.2019-cu il tarixli icra vərəqəsinə əsasən birgə nikah dövründə əldə edilmiş “Mercedes Benz 220CDİ” minik markalı, ** OZ *** dövlət nömrə nişanlı avtomobilin dəyərinin ½ hissəsi, yəni 6000 manat məbləğində pul vəsaiti cavabdeh Şəxs alınaraq iddiaçı X4 verilməsi qət edilmiş, icra sənədi 17 may 2021-ci il tarixdə Ağdam rayon İcra və probasiya şöbəsi tərəfindən aidiyyəti üzrə Bakı şəhəri Qaradağ Rayon icra şöbəsinə göndərilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-7631/2019 saylı, 02.12.2019-cu il tarixli icra vərəqəsi 25 may 2021-ci il tarixdə şöbənin icraatına daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilərək icraata başlamaq haqqında qərarın surəti bildirişlə bərabər borcluya göndərilmişdir. Məhkəmə qərarını könüllü icra etmədiyinə görə borclunun adına əmlak vəziyyətinin və gəlirinin müəyyən edilməsi məqsədilə elektron qaydada müvafiq sorğular edilmiş, lakin borclunun hər hansı gəliri və onun adına hər hansı əmlak müəyyən edilməmişdir. İcra sənədinin icrası ilə bağlı borclu icra şöbəsinə dəvət olunaraq izahatı alınmış və o izahatında icra sənədini icra etməmə səbəbi kimi tələbkara aliment ödəməsini göstərmişdir. Borclu tərəfindən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)- 7631/2019 saylı, 02.12.2019-cu il tarixli icra sənədi üzrsüz səbəbdən icra olunmamış və borclu tərəfindən 6000 manat ödənilməmiş qalmışdır. Görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 16.06.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Bakı şəhər Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. O, öz izahatında əlavə olaraq bildirmişdir ki, Xuduyev X8 rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qərarı ilə 500 manat məbləğində cərimə edilmiş, bu qərardan apelyasiya şikayəti versə də, Bakı Apellyasiya Məhkəməsinin iclaslarında iştirak etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 22 iyul 2021-ci il tarixli qərarı ilə Qaradağ rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qərarı ləğv edilərək inzibati iş yenidən araşdırılması üçün Qaradağ rayon Məhkəməsinə qaytarılmışdır. Lakin araşdırma zamanı müəyyən edilmişdir ki, borclu Şəxs 28 iyun 2021-ci il tarixdə Bakı Hava Limanından təyyarə vasitəsi ilə Moskva şəhərinə getmiş və bir daha geri qayıtmamışdır. Bundan sonra borclunun barəsində axtarış elan edilərək icra sənədinin icrası üçün müvafiq icra tədbirləri həyata keçirilir. X2 məhkəmə iclasında inzibati xəta haqqında materiala öz münasibətini bildirərək qeyd etmişdir ki, “Şəxs Azərbaycan Respublikası adından qəbul edilmiş qərarı qərəzli olaraq icra etməmişdir və icradan boyun qaçırmaq məqsədi ilə qəsdən ölkə ərazisini tərk edib qaçmışdır. Göstərilənləri nəzərə alaraq, onun barəsində tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq borclu Şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə borclunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-7631/2019 saylı, 02.12.2019-cu il tarixli icra vərəqəsinə əsasən birgə nikah dövründə əldə edilmiş “Mercedes Benz 220CDİ” minik markalı, ** OZ *** dövlət nömrə nişanlı avtomobilin dəyərinin ½ hissəsi, yəni 6000 manat məbləğində pul vəsaiti cavabdeh Şəxs alınaraq iddiaçı X4 verilməsi qət edilmişdir. Ağdam rayon İcra və probasiya şöbəsinin icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında 17 may 2021-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-7631/2019 saylı, 02.12.2019-cu il tarixli icra vərəqəsi icra olunması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinə göndərilmişdir. İcraata başlama haqqında 25.05.2021-ci il tarixli qərarın surətindən görünür ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-7631/2019 saylı, 02.12.2019-cu il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün bildirişlə borcluya göndərilmişdir. Azərbaycan Respublikasının və X7 üzrə Dövlət Komitəsi Qaradağ rayon 2 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 528 nömrəli arayışın surətindən görünür ki, Şəxs Ağdam rayonundan məcburi köçkündür və ünvan 1 ünvanında müvəqqəti məskunlaşmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur; Məhkəmə iş materiallarını araşdıraraq və izahatları dinləyərək hesab edir ki, material natamam olduğundan geri qaytarılmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borclu Şəxs tərəfindən Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə ünvanlanmış qətnamənin hissə-hissə icra edilməsinə dair 14 iyun 2021-ci il tarixli ərizəsindən görünür ki, o, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-7631/2019 saylı, 02.12.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş məbləğin hissə-hissə olmaqla ayda 100 manat ödənilməsinə icazə verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Lakin iş materiallarına həmin ərizəyə dair yekun məhkəmə qərarının çıxarılıb-çıxarılmamasına dair heç bir sübut əlavə edilməmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edildi ki, borclu 28 iyun 2021-ci il tarixdə ölkə ərazisini tərk edərək Rusiya Federasiyasının Moskva şəhərinə getmişdir. Belə olan halda məhkəmə hesab edir ki, borclunun qeyd olunan məhkəmə qətnaməsinin icrasından qərəzli yayınmasını müəyyən etmək və barəsində qanunvericiliklə müəyyən olunmuş qaydada inzibati tənbeh tədbirinin tədbiq edilməsi mümkün deyildir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında material natamam olduğundan Bakı şəhəri Qaradağ rayon İcra şöbəsinə geri qaytarılsın. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar