Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-824/2022 22.08.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, «Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı Filialının etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə, «Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: «Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 15 iyun 2022-ci il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən «Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı Filialı 200000,00 ABŞ dolları məbləğində vəsaiti 25 iyun 2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 200000,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini xaricdən geri qaytarmamışdır. İnzibati xəta 26 iyun 2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da, «Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən «Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı Filialının etibarnamə üzrə nümayəndəsi X2 iş üzrə icraata xitam verilməsini xahiş etdi. Bundan başqa, «Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi V.M.Mustafa oğlu məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, şirkət tərəfindən 200000,00 ABŞ dolları məbləğində vəsaiti 25 iyun 2020-ci il tarixdə "xxxx" Azərbaycan ASC vasitəsilə xaricə köçürülmüş və ödənişin aparıldığı gündən 4 ay keçmədən yəni, xx.xx.2020-ci il tarixdə ölkəyə geri qaytarılaraq "xxxx" ASC-də olan hesablarına daxil olmuşdur. Göstərilənlərlə əlaqədar pulun geri qaytarılmasını təsdiq edən müvafiq sənədi məhkəməyə təqdim edib, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan 08 avqust 2022-ci il tarixli, 3(002)-824/2022 saylı sms xəbərdarlığın AZEMİS vasitəsi ilə göndərilməsi barədə bildirişdən görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankın səlahiyyətli nümayəndəsi Nümayəndə istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəyə Qaradağ Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir (xx.xx.2022-ci il tarixli, 3(002)-824/2022 nömrəli sms xəbərdarlıq). Bununla da, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mərkəzi Bankın səlahiyyətli nümayəndəsi Nümayəndə iş üzrə icraatda iştirakının təmin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün tədbirlər həyata keçirilmişdir. Belə ki, Nümayəndə istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə sms bildiriş göndərilmiş, lakin səlahiyyətli nümayəndə məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə proses iştirakçısının izahat və mülahizəsini nəzərə alıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, «Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan köçürmə sənədindən görünür ki, «Özgün Yapı Sanayi Və Ticaret Anonim Şirkətinin» Azərbaycan Respublikasındakı Filialı tərəfindən pulun köçürülməsinə əsas olan müqavilə üzrə ümumilikdə 200000.00 ABŞ dolları məbləğində vəsait xx.xx.2020-ci il tarixdə "xxxx" ASC-yə geri qaytarılmış, avans bağlanılmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş 18 avqust 2022-ci il tarixli 4114 nömrəli məktubdan görünür ki, 19 oktyabr 2020-ci il tarixdə «Özgün Yapı Sanayi Və Ticaret Anonim Şirkətinin» Azərbaycan Respublikasındakı Filialının (VÖEN **********) hesabına “Özgün Yapı Sanayi Və Ticaret AŞ” şirkəti tərəfindən 19 oktyabr 2020-ci il tarixində daxil olmuş 200,000.00 ABŞ dolları məbləğində vəsait "xxxx" ASC tərəfindən avans ödənişləri və ya ixrac gömrük bəyannamələri üzrə bağlanılmasına istifadə edilməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, «Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən 200000,00 ABŞ dolları məbləğində xarici valyutada olan vəsait ödəniş tapşırığına əsasən "xxxx" Azərbaycan ASC-də olan hesablarından 25 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülsə də həmin vəsait istifadə olunmadan 19 oktyabr 2020-ci il tarixdə, yəni qanunla müəyyən edilmiş müddətdə şirkətin "xxxx" ASC-də mövcud olan hesabına geri qaytarılmışdır. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə avans yolu ilə ödənilmiş valyuta vəsaiti müəyyən edilmiş müddətdə istifadə olunmadan geri qaytarıldığı üçün «Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı Filialının əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də, «Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı Filialının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «Özgün Yapı Sanayi ve Ticaret Anonim Şirkəti»nin Azərbaycan Respublikasındakı Filialının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-824/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-824/2022
22.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver