Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-83/2024 08.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 26 dekabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallarından aydın olur ki, Şəxs MMC, İD ********** nömrəli müraciət əsasında ölkəyə idxal olunmuş badam məhsul partiyasını sertifikat olmadan 13 dekabr 2023-cü il tarixdə ünvan 1 ünvanında satmışdır. Məhkəmənin 29 yanvar 2024-cü il tarixli iclasında iştirak etmiş Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin “İdxal və ixraca nəzarət sektoru”nun məsləhətçisi və həmin qurumun etibarnamə üzrə nümayəndəsi X2 öz izahatında Şəxs MMC barəsində tərtib edilmiş protokolu müdafiə edərək göstərmişdir ki, 152 nömrəli 30 noyabr 2023-cü il tarixli “Qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina haqqında” Qərara əsasən Özbəkistandan idxal olunmuş 17 oktyabr 2023-cü il istehsal tarixli, 17 oktyabr 2024-cü il son istifadə tarixli, ümumi çəkisi 1365 kq, istehsalçısı “İspanza OQ Kishmish uzumlari” müəssisəsi olan badam məhsul partiyası 28 noyabr 2023-cü il tarixli AZ 23011228/LAB01-23011-T-011 saylı tədqiq (sınaq) nəticələrinə dair protokola əsasən təqdim edilmiş numunələrdə yoxlanılan təhlükəsizlik göstəricilərindən Aflotoksin B1 miqdarının normadan artıq olmasına görə məhsul Azərbaycan Respublikasının Qida X1 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, 20 saylı qərarın tələblərinə cavab vermir. Buna görə də Şəxs MMC-nin Özbəkistandan idxal olunmuş 17 oktyabr 2023-cü il istehsal tarixli, 17 oktyabr 2024-cü il son istifadə tarixli, ümumi çəkisi 1365 kq, istehsalçısı “İspanza OQ Kishmish uzumlari” müəssisəsi olan badam məhsul partiyasına idxal sağlamlıq aktının verilməsindən imtina olunması, məhsulların dövriyyəsinin dayandırılması, toxunulmazlığının sahibkar tərəfindən təmin olunması, sahibkar tərəfindən həmin bağlamada, partiyada və yaxud yükdə olan müayinəyə cəlb olunmayan məhsul partiyalarından nümunə götürülməsinə dair 10 gün ərzində Bakı regional bölməsinə məlum daxil olmadıqda həmin bağlamada, partiyada və yaxud yükdə olan bütün məhsul partiyalarının təhlükəli hesab edilməsi qərara alınmışdır. Həmin qərar 01 dekabr 2023-cü il tarixli 3-44-1-1-12001/23 saylı, məktubla Şəxs MMC-yə icra edilməsi üçün göndərilmişdir. Lakin MMC tərəfindən qərarın icrası ilə bağlı hər hansı tədbir görülmədiyindən 13 dekabr 2023-cü il tarixdə Şəxs MMC-nin anbarına baxış keçirilmiş, baxış zamanı müraciətdə qeyd olunan "xxxx" məhsullarının sertifikat olmadan satışı müəyyən olunmuşdur. Buna görə də MMC barəsində inzibati xəta haqqında iş üzrə başlanılmışdır. Buna görə də 26 dekabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolu müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Şəxs MMC-yə rəsmi qaydada təkrarən məlumat verilsə də, qeyd olunan təşkilatdan nümayəndə məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat daxil olmamışdır. Məhkəmə, işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4 maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsi tərəfindən toplanmış inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi Bakı Regional Bölməsinin rəisi Zaur Kərimov tərəfindən Şəxs MMC-yə ünvanlanmış 01 dekabr 2023-cü il tarixli məktubdan görünür ki, “Qida təhlükəsizliyi sertifikatının verilməsindən imtina olunması barədə” 152 nömrəli 30 noyabr 2023-cü il tarixli qərar icra olunması üçün Şəxs MMC-yə göndərilmişdir. İş materiallarında olan 13 dekabr 2023-cü il tarixli, “Qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin, idxal və ixrac olunan qida məhsullarının, qida məhsullarının, qida təhlükəsizlik sertifikatının alınması üçün baxışın keçirilməsi haqqında Aktdan aydın olur ki, baxış zamanı müraciətdə qeyd olunan "xxxx" məhsullarının sertifikat olmadan satışı müəyyən olunmuşdur. İş materiallarında AQTA-nın Bakı Regional Bölməsi tərəfindən 3-44-1/2-1-1257/23 nömrəli, 21 dekabr 2023-cü il tarixli “İnzibati xəta haqqında iş üzrə icraata başlanması” haqqında bildirişdən aydın olur ki, 25 dekabr 2023-cü il tarixdə, saat 10:00-da AQTA-nın Bakı Regional Bölməsinə gəlməyinin zəruri olduğu, əks təqdirdə İXM-nin 99.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlanılacağı qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində göstərilir ki, qanunvericiliyə əsasən məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Şəxs MMC-nin törətdiyi inzibati xəta hadisəsi sübuta yetdiyindən həmin hüquqi şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və hüquqi şəxs qismində 4000 (dörd min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-83/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-83/2024
08.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver