Məhkəmə qərarları › İş №3(002)-830/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-830/2025

30.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-830/2025 30.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-nin polis sahə inspektoru, polis kapitanı X6, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1990-cı ildə Balakən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1i ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsilə inzibati inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Qaradağ RPİ-nin 10-cu PŞ-nın polis sahə rəisi, polis kapitanı X8 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PŞ-nın polis sahə rəisi, polis kapitanı X8 protokolu müdafiə edərək bildirmişdir ki, o həmin protokolu Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqat qrupunun təhqiqatçısı, polis mayoru X3 30 aprel 2025-ci il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarı əsasında tərtib etmişdir. Həmin qərarın nəticə hissəsinə əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməlində cinayət tərkibi olmadığından X2, X4 və Şəxs barələrində cinayət işinin başlanması rədd edilmiş, qəbul edilmiş qərarın surətinin Şəxs, X4 və Şəxs Azərbaycan Respublikası İXM-nin 206-ci maddəsində nəzərdə tutulmuş inzibati xəlaya yol verdikləri üçün müvafiq tədbir görülməsi üçün Qaradağ RPİ-nə göndərilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikası baş prokurorunun birinci müavininə göndərilməsi, toplanmış materialın BNMİ-nin arxivində saxlanılması qərara alınmışdır. Bütün bunlara əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə 30 aprel 2025-cü il tarixli, MN ******* saylı inzibati protokol tərtib edilmişdir. Odur ki, protokolu müdafiə edərək barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə izahatında barəsində tərtib edilmiş protokolu qəbul etməyərək göstərmişdir ki, ünvan 2i ünvanında ailəsi ilə birlikdə yaşayır. Subaydır. Fərdi qaydada kənd təsərrüfatı ilə məşğul olur. 29 aprel 2025-ci il tarixdə dostu və həmkəndlisi X2 ilə birlikdə Balakən rayonundan Bakı şəhərinə ona maşın almaq məqsədilə gəlmişlər. Axşam 19:46 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan dairəsi ünvanında hava almaq məqsədilə onları şəhərə gətirən taksidən düşmüşlər. Bu zaman polis əməkdaşları onlara yaxınlaşaraq videoçəkiliş ilə onların üstünü yoxlmağa başlamışlar. Onlardan üzərilərində olan narkotik, psixatrop maddələri və ya qanunla dövriyyəsi qadağan edilmiş digər hər hansı əşya varsa verməyi təklif etmişlər. Yoxlama zamanı onların üzərində heç bir narkotik və ya psixatrop maddə və ya digər bu qəbildən predmet aşkar edilməmişdir. Daha sonra onları Baş Narkotiklərlər Mübarizə İdarəsinə aparıb saxlayaraq səhəri günü məcburi narkoloji tibbi yoxlamadan keçirmək üçün Respublika Narkoloji Mərkəzinə aparmışlar. Yoxlama zamanı da onlarda heç bir narkotik vasitə qəbulu faktı aşkarlanmamışdır. Belə ki, o heç vaxt narkotik və ya psixatrop maddələrin istehlakı ilə məşğul olmamışdır. O məhkəməyə çıxarılanadək sərbəst buraxılmamışdır. Odur ki, bütün bu qeyd etdiklərinin nəzərə alınaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, izahatları dinləyərək və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs narkotik vasitələrin qanunsuz istehlakı ilə məşğul olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X11 Ambulator X1 30 aprel 2025-cü il tarixli, 2467 nömrəli rəyindən aydın olur ki, Şəxs götürülmüş sidik nümaunəsində AMP (+), MET (+) aşkar olunmuşdur. Spektral imunnoxromotoqrafik test üsulu ilə aşkar olunmuş Psixostimulyatorların tərkibinin dəqiqləşdirilməsi üçün Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya mərkəzində müayinədən keçməsi məsləhət görülür. Həmin ekspertiza birliyinin vermiş olduğu nəticəni aldıqdan sonra narkoloji ekspertizasının rəyinin verilməsi mümkün oluna bilər. İş materiallarında olan Baş Narkotiklərlə Mübarizə İdarəsinin təhqiqat qrupunun təhqiqatçısı, polis mayoru X3 30 aprel 2025-ci il tarixli “cinayət işi başlanılmasının rədd edilməsi barədə” qərarının nəticə hissəsinə əsasən qərarın təsviri hissəsində göstərilənlərə əsasən əməlində cinayət tərkibi olmadığından X2, X4 və Şəxs barələrində cinayət işinin başlanması rədd edilmiş, qəbul edilmiş qərarın surətinin Şəxs, X4 və Şəxs Azərbaycan Respublikası İXM-nin 206-ci maddəsində nəzərdə tutulmuş inzibati xəlaya yol verdikləri üçün müvafiq tədbir görülməsi üçün Qaradağ RPİ-nə göndərilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikası baş prokurorunun birinci müavininə göndərilməsi, toplanmış materialın BNMİ-nin arxivində saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, şəxsin barəsində inzibati həbs növündə tənbeh tədbirinin seçilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: 1.Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 29 aprel 2025-ci il tarixdən, saat 19:46-dan hesablansın və həbs müddətinin sonu 29 may 2025-ci il, saat 19:46 müəyyən edilsin. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ RPİ-nin 10-cu PŞ-nə həvalə edilsin. 4.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar