Məhkəmə qərarları › İş №3(002)-831/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-831/2022

25.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-831/2022 25.07.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Axundlu Rüstəm Ceyhun oğlunun katibliyi, Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx xxxxxx 1989-cu il tarixdə Zəngilan rayonu Mincivan qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), Zəngilan rayonu Mincivan qəsəbəsində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 25 iyul 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında 25 iyul 2022-ci il tarixli, MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şabran Rayon Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli, 2(031)-843/2020 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 23 oktyabr 2020-ci il tarixdən başlayaraq hər ay 150 manat sabit pul məbləğində aliment alınaraq xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı X3 verilməlidir. Şabran Rayon Məhkəməsinin 22 iyul 2020-ci il tarixli, 2(031)-534/2020 saylı qətnaməsinə əsasən 07 mart 2020-ci il təvəllüdlü X1 üçün cavabdeh Şəxs tutularaq X3 ödənilməli olan 130 manat alimentin miqdarı artırılaraq 150 manat müəyyən edilmişdir. Bundan başqa Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2224/2022 nömrəli, 21 aprel 2022-ci il tarixli icra sənədindən görünür ki, ünvan 2 ünvanda yerləşən və aşağıda adları çəkilən əşyaların (mebel yataq dəsti 1000 manat, miz 1 ədəd 250 manat, stul 4 ədəd 80 manat, ütü masası 1 ədəd 35 manat, lüstür 1 ədəd 70 manat, yastiq sintofon 2 ədəd 30 manat yorğan döşək dəsti 300 manat, çörək peçi 1 ədəd 100 manat, pokrıval 1 ədəd 100 manat, çemodan 1 ədəd 35 manat, dəmir çaynik 1 ədəd 23 manat, divar saatı 1 ədəd 22 manat, tefal qazan 1 ədəd 44 manat, cuqun qazan dəsti 35 manat, dəm çayniki 1 ədəd 8 manat, qranit tava 2 ədəd 12 manat, 1 dəst rumka 11 manat, kasa 6 ədəd 10 manat, çini kasa dəsti (2 ədəd sınmış istisna olmaqla) 1 ədəd 15 manat, çini maskura dəsti 15 manat, çini qənddan dəsti 10 manat, doğrayan 25 manat, iki ədəd baliş 20 manat, nalça 4 ədəd 30 manat, kəşmir xalça 180 manat, xalça 150 manat, dərin boşqab 6 ədəd 25 manat, pərdə 12 metr 150 manat dəyərində olan cehiz əşyalar, nişan üzüyü 725 əyar brilliant qaşlı 4 qram- 450 manat, komplekt üzük sırğa və kulon dəsti bilərzik 725 əyar 25 qram - 2000 manat, boyunbağı (sep) 725 əyar italyan qızıl 5 qram - 350 manat dəyərində olan qızılzinət əşyaları) Dəyəri 150 manat olan 1 ədəd ətçəkən maşın, dəyəri 35 manat olan 1 ədəd ütü, dəyəri 160 manat olan 1 ədəd tozsoran, dəyəri 20 manat olan 1 ədəd tefal elektrik çayniki, dəyəri 20 manat olan 1 ədəd qozçəkən maşın, dəyəri 15 manat olan 1 ədəd naçnik, dəyəri 350 manat olan 1 ədəd televizor (Şivaki), dəyəri 15 manat olan 1 ədəd çaşka dəsti, dəyəri 15 manat olan 1 ədəd çini kasa dəsti, dəyəri 10 manat olan 1 ədəd armudu stəkan-nəlbəki dəsti, dəyəri 25 manat olan 25 ədəd xörək boşqabı. Yuxarıda göstərilən əmlaklarından hər hansı biri mövcud olmadıqda onların dəyəri cavabdeh Şəxs alınaraq iddiaçı X3 verilməlidir. Hazırda Şəxs 5.060 (beş min altmış) manat yığılmış borcu var. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru S.Ş.Əhmədli tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şabran Rayon Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli, 2(031)-843/2020 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 23 oktyabr 2020-ci il tarixdən başlayaraq hər ay 150 manat sabit pul məbləğində aliment alınaraq xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı X3 verilməsi qət edilmiş, Şabran Rayon Məhkəməsinin 22 iyul 2020-ci il tarixli, 2(031)-534/2020 saylı qətnaməsinə əsasən isə 07 mart 2020-ci il təvəllüdlü X1 üçün X3 ödənilməli olan 130 manat alimentin miqdarı artırılaraq 150 manat müəyyən edilmişdir. Bundan başqa Bakı Apellyasiya Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(103)-2224/2022 nömrəli icra sənədinə əsasən ünvan 2 ünvanda yerləşən və aşağıda adları çəkilən əşyaların (mebel yataq dəsti 1000 manat, miz 1 ədəd 250 manat, stul 4 ədəd 80 manat, ütü masası 1 ədəd 35 manat, lüstür 1 ədəd 70 manat, yastiq sintofon 2 ədəd 30 manat yorğan döşək dəsti 300 manat, çörək peçi 1 ədəd 100 manat, pokrıval 1 ədəd 100 manat, çemodan 1 ədəd 35 manat, dəmir çaynik 1 ədəd 23 manat, divar saatı 1 ədəd 22 manat, tefal qazan 1 ədəd 44 manat, cuqun qazan dəsti 35 manat, dəm çayniki 1 ədəd 8 manat, qranit tava 2 ədəd 12 manat, 1 dəst rumka 11 manat, kasa 6 ədəd 10 manat, çini kasa dəsti (2 ədəd sınmış istisna olmaqla) 1 ədəd 15 manat, çini maskura dəsti 15 manat, çini qənddan dəsti 10 manat, doğrayan 25 manat, iki ədəd baliş 20 manat, nalça 4 ədəd 30 manat, kəşmir xalça 180 manat, xalça 150 manat, dərin boşqab 6 ədəd 25 manat, pərdə 12 metr 150 manat dəyərində olan cehiz əşyalar, nişan üzüyü 725 əyar brilliant qaşlı 4 qram- 450 manat, komplekt üzük sırğa və kulon dəsti bilərzik 725 əyar 25 qram - 2000 manat, boyunbağı (sep) 725 əyar italyan qızıl 5 qram - 350 manat dəyərində olan qızıl-zinət əşyaları) Dəyəri 150 manat olan 1 ədəd ətçəkən maşın, dəyəri 35 manat olan 1 ədəd ütu, dəyəri 160 manat olan 1 ədəd tozsoran, dəyəri 20 manat olan 1 ədəd tefal elektrik çayniki, dəyəri 20 manat olan 1 ədəd qozçəkən maşın, dəyəri 15 manat olan 1 ədəd naçnik, dəyəri 350 manat olan 1 ədəd televizor (Şivaki), dəyəri 15 manat olan 1 ədəd çaşka dəsti, dəyəri 15 manat olan 1 ədəd çini kasa dəsti, dəyəri 10 manat olan 1 ədəd armudu stəkan-nəlbəki dəsti, dəyəri 25 manat olan 25 ədəd xörək boşqabı. Yuxarıda göstərilən əmlaklarından hər hansı biri mövcud olmadıqda onların dəyəri cavabdeh Şəxs alınaraq iddiaçı X3 verilməsi qət edilmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə Şabran Rayon Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli, 2(031)- 843/2020 saylı və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2224/2022 nömrəli, 21 aprel 2022-ci il tarixli icra sənədlərinə əsasən Qaradağ Rayon İcra Şöbəsinin icraatında olan icra sənədləri ümumi icraatda 16939/21 nömrə ilə ümumi icraatda birləşdirilməsi qərara alınmış və icra sənədlərinin icrası ona həvalə edilmişdir. Şabran Rayon Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli, 2(031)-843/2020 saylı icra sənədi üzrə icraata 19 yanvar 2021-ci il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmiş, həmin bildirişin surətini borclu tərəfindən 08 fevral 2021-ci il tarixdə qəbul etmişdir. Buna baxmayaraq, borclu icranı təmin etməkdən mütəmadi olaraq boyun qaçırmış, həmçinin çağırış üzrə icra şöbəsinə vaxtlıvaxtında gəlməkdən də yayınmış, aliment ödənişi ilə bağlı dəfələrlə telefon danışıqları olmuşdur. Göründüyü kimi, borclu Şəxs icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göstərilənlərə əsasən, borclu Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında protokoluna əlavə olaraq S.Ş.Əhmədli bildirmişdir ki, Şəxs tərəfindən Şabran Rayon Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli, 2(031)-843/2020 saylı qətnaməsi qeyri-müntəzəm şəkildə də olsa icra olunur, lakin Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2224/2022 nömrəli, 21 aprel 2022-ci il tarixli qərarı ilə müəyyən edilmiş cehiz əşyalarının bir hissəsini 18 iyul 2022-ci il tarixdə Akt tərtib etməklə S.Ə.Quliyevaya təhvil verilməsinə baxmayaraq, müvafiq məhkəmə qərarı ilə tələb olunan bir sıra əşyaları o cümlədən S.Ə.Quliyevaya məxsus qızıl-zinət əşyalarını yerində aşkarlamaq mümkün olmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, qeyd olunan icra sənədi barədə məlumatlıdır. Göstərilənləri nəzərə alaraq, iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, icra məmuru tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmiş, tutulduğu və harada saxlanıldığı barədə ailə üzvlərinə məlumat verilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Şabran Rayon Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli, 2(031)-843/2020 saylı icra sənədindən görünür ki, cavabdeh Şəxs 23 oktyabr 2020ci il tarixdən başlayaraq hər ay 150 manat sabit pul məbləğində aliment alınaraq xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı X3 verilməlidir. Şabran Rayon Məhkəməsinin 22 iyul 2020-ci il tarixli, 2(031)-534/2020 saylı qətnaməsinə əsasən 07 mart 2020-ci il təvəllüdlü X1 üçün cavabdeh Şəxs tutularaq X3 ödənilməli olan 130 manat alimentin miqdarı artırılaraq 150 manat müəyyən edilmişdir. İş materiallarında olan Qaradağ rayon İcra şöbəsinin 19 yanvar 2021-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Şabran Rayon Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli, 2(031)-843/2020 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Qaradağ rayon İcra şöbəsinin 21 yanvar 2021-ci il tarixli könüllü icra barədə bildirişdən görünür ki, icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbardarlıq edilmiş, həmçinin icra sənədinin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin həyata keçiriləcəyi də onun nəzərinə çatdırılmışdır. İş materiallarında olan Şabran Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli, 3(002)-396/2021 nömrəli qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 15 gün müddətinə inzibati həbs tətbiq edilmişdir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2224/2022 nömrəli, 21 aprel 2022-ci il tarixli icra sənədindən görünür ki, ünvan 2 ünvanda yerləşən və aşağıda adları çəkilən əşyaların (mebel yataq dəsti 1000 manat, miz 1 ədəd 250 manat, stul 4 ədəd 80 manat, ütü masası 1 ədəd 35 manat, lüstür 1 ədəd 70 manat, yastiq sintofon 2 ədəd 30 manat yorğan döşək dəsti 300 manat, çörək peçi 1 ədəd 100 manat, pokrıval 1 ədəd 100 manat, çemodan 1 ədəd 35 manat, dəmir çaynik 1 ədəd 23 manat, divar saatı 1 ədəd 22 manat, tefal qazan 1 ədəd 44 manat, cuqun qazan dəsti 35 manat, dəm çayniki 1 ədəd 8 manat, qranit tava 2 ədəd 12 manat, 1 dəst rumka 11 manat, kasa 6 ədəd 10 manat, çini kasa dəsti (2 ədəd sınmış istisna olmaqla) 1 ədəd 15 manat, çini maskura dəsti 15 manat, çini qənddan dəsti 10 manat, doğrayan 25 manat, iki ədəd baliş 20 manat, nalça 4 ədəd 30 manat, kəşmir xalça 180 manat, xalça 150 manat, dərin boşqab 6 ədəd 25 manat, pərdə 12 metr 150 manat dəyərində olan cehiz əşyalar, nişan üzüyü 725 əyar brilliant qaşlı 4 qram- 450 manat, komplekt üzük sırğa və kulon dəsti bilərzik 725 əyar 25 qram - 2000 manat, boyunbağı (sep) 725 əyar italyan qızıl 5 qram - 350 manat dəyərində olan qızıl-zinət əşyaları) Dəyəri 150 manat olan 1 ədəd ətçəkən maşın, dəyəri 35 manat olan 1 ədəd ütu, dəyəri 160 manat olan 1 ədəd tozsoran, dəyəri 20 manat olan 1 ədəd tefal elektrik çayniki, dəyəri 20 manat olan 1 ədəd qozçəkən maşın, dəyəri 15 manat olan 1 ədəd naçnik, dəyəri 350 manat olan 1 ədəd televizor (Şivaki), dəyəri 15 manat olan 1 ədəd çaşka dəsti, dəyəri 15 manat olan 1 ədəd çini kasa dəsti, dəyəri 10 manat olan 1 ədəd armudu stəkan-nəlbəki dəsti, dəyəri 25 manat olan 25 ədəd xörək boşqabı. Yuxarıda göstərilən əmlaklarından hər hansı biri mövcud olmadıqda onların dəyəri cavabdeh Şəxs alınaraq iddiaçı X3 verilməsi qət edilmişdir. İş materiallarında olan Qaradağ rayon İcra şöbəsinin 26 may 2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2224/2022 nömrəli, 21 aprel 2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Qaradağ rayon İcra şöbəsinin 26 may 2022-ci il tarixli könüllü icra barədə bildirişdən görünür ki, icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbardarlıq edilmiş, həmçinin icra sənədinin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin həyata keçiriləcəyi də onun nəzərinə çatdırılmışdır. İş materiallarında olan 18 iyul 2022-ci il tarixli Aktın surətindən görünür ki, Şabran Rayon Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli, 2(031)-843/2020 saylı icra sənədinin icrası ilə bağlı 18 iyul 2022-ci il tarixdə cavabdehə məxsus Qobu Park y/k -3 ev 28 mənzil 38 ünvanında olmuşlar. İcra sənədində qeyd edilən dəyəri 100 manat olan 1 ədəd pokrival, dəyəri 15 manat olan 1 ədəd çini kasa dəsti (2 ədəd sınmış istisna olmaqla), dəyəri 15 manat olan 1 ədəd çini kasa dəsti, dəyəri 10 manat olan çini qənddan dəsti, dəyəri 25 manat olan doğrayan, dəyəri 150 manat olan ətçəkən maşın, dəyəri 35 manat olan ütü, dəyəri 160 manat olan tozsoran, dəyəri 20 manat olan tefal elektrik çayniki, dəyəri 15 manat olan qozçəkən maşın, dəyəri 15 manat olan naçnik, dəyəri 350 manat olan Şivaki markalı televizor, dəyəri 15 manat olan çaşka dəsti, dəyəri 10 manat olan çini kasa dəsti, dəyəri 10 manat olan 1 ədəd armudu stəkan-nəlbəki dəsti, dəyəri 25 manat olan 25 ədəd xörək boşqabı, dəyəri 450 manat olan 725 əyyar brilliant qaşlı 4 qram nişan üzüyü, dəyəri 1700 olan 725 əyyarlı 25 qram çəkidə üzük sırğa və kulon dəsti bilərzik, dəyəri 350 manat olan 725 əyyarlı italyan qızıl 5 qram istisna olmaqla digər cehiz əşyaları götürülərək tələbkar X3 qaytarılmışdır. Belə ki, iş materiallarında olan 25 iyul 2022-ci il tarixli qərardan görünür ki, Şabran Rayon Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli, 2(031)-843/2020 saylı və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2224/2022 nömrəli, 21 aprel 2022-ci il tarixli icra sənədlərinə əsasən Qaradağ Rayon İcra Şöbəsinin icraatında olan icra sənədləri ümumi icraatda 16939/21 nömrə ilə birləşdirilmişdir. İş materiallarında olan ödəniş kartı üzrə çıxarışdan görünür ki, tələbkar X2 hesabına ümumilikdə 2077.98 manat ödənmişdir. İş materiallarında olan qəbzlərin surətindən görünür ki, tələbkar X2 xeyrinə ümumilikdə 1010 manat məbləğində ödəniş edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şabran Rayon Məhkəməsinin 07 dekabr 2020-ci il tarixli, 2(031)-843/2020 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 23 oktyabr 2020-ci il tarixdən başlayaraq hər ay üçün 150 manat sabit pul məbləğində aliment alınaraq xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün iddiaçı X3 verilməli, Şabran Rayon Məhkəməsinin 22 iyul 2020-ci il tarixli, 2(031)-534/2020 saylı qətnaməsinə əsasən isə 07 mart 2020-ci il təvəllüdlü X1 üçün cavabdeh Şəxs tutularaq X3 ödənilməli olan alimentin məbləği 130 manatdan 150 manata artırılmışdır. Belə ki, xx.xx.2018-ci il təvəllüdlü X6 və 07 mart 2020-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ayda hər biri üçün 150 manat sabit pul məbləğində olmaqla aliment tutularaq cavabdeh Şəxs alınaraq iddiaçı X3 ödənilməlidir. İcra sənədi üzrə icraata 19 yanvar 2021-ci il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmiş, həmin bildirişin surətini borclu tərəfindən 08 fevral 2021-ci il tarixdə qəbul edilmişdir. Buna baxmayaraq, borclu icranı təmin etməkdən mütəmadi olaraq boyun qaçırmış, həmçinin çağırış üzrə icra şöbəsinə vaxtı-vaxtında gəlməkdən yayınmış, telefon zənglərinə cavab verməmiş, olduğu yeri müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi, borclu Şəxs icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, qeyd olunan qərarın icrası ilə bağlı borclu Şəxs tərəfindən qismən ödənilən məbləğlər yalnız icra məmurunun dəfələrlə etdiyi xəbərdarlıq və təsir tədbirləri nəticəsində baş vermişdir. Göstərilənlər məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılmalı və həbs etmənin əvvəli Nazirlik tərəfindən müəyyən edilən yerdə mühafizə altına verildiyi gündən və saatdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətində inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılması üçün verildiyi gündən və saatdan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Qaradağ Rayon İcra Şöbəsinə və Qaradağ Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar