Məhkəmə qərarları › İş №3(002)-832/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-832/2025

01.05.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-832/2025 01.05.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Qaradağ rayon Pİ 10-cu Polis Şöbəsinin sahə inspektoru X2, Zərəçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1966-cı ildə Füzuli rayonu Qovşad kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, İİ qrup əlil, Füzuli rayonu Qovşad kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Qaradağ rayon Pİ 10-cu Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs 24 mart 2025-ci il tarixdə, saat 20.00 radələrində Bakı şəhəri, ünvan 1 ünvanın qarşısında, ümumi istifadədə olan yaşayış binasının blokunda qonşuluqda yaşan X6 əlində olan metal döşəmə silən ilə vuraraq ona sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirmişdir. Qeyd edilənlərlə bağlı Qaradağ rayon Pİ 10-cu Polis Şöbəsində araşdırma aparılaraq fakt üzrə cinayət işinin başlanılması rədd edilmiş və Qaradağ rayon Pİ 10-cu Polis Şöbəsinin sahə inspektoru X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair MN ******* saylı, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə, saat təxminən 20.00 radələrində yaşadığı binaya daxil olaraq liftə minmişdir.Liftə minən zaman içəridə onunla birgə 10-cu mərtəbədə yaşayan adını bilmədiyi qonşu daxil olmuşdur.O, həmin qonşunun it saxlamsını bilmişdir.O, həmin şəxsə liftə it salmamağı xahiş etmişdir.Belə ki, it ümumi istifadədə olan lifti natəmiz edirmiş.Lakin həmin şəxs ona qobud cavab qaytarmış və o həmin şəxsə məhəl qoymayaraq liftən düşüb mənzilinə getmişdir.Bir neçə dəqiqə keçdikdən sonra evdə olan zaman mənzilin çölündə it hürməsini eşitmiş və həmin vaxtı evdə olan həyat yoldaşı ilə birlikdə mənzilin blokuna çıxmışlar.Mənzildən çölə çıxan zaman onunla liftə minən üzdə tanıdığı şəxsı, yanında itlə birgə dayandığını görmüşdür.Həmin şəxs onu təhqir etməyə başlamış və itin ağızlığını çıxararaq onlara tərəf yönəltmişdir.Həmin zaman it onun həyat yoldaşı Qonçanın barmağ nahiyyəsindən dişləmişdir.Bundan sonra o , pol silən taxtanı götürərək itə tərəf yönəltmiş və həmin vaxt taxta həmin şəxsə dəymişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs X8 bildirmişdir ki, 24 mart 2025-ciil tarixdə axşam radələrində həyətdə it gəzdidirimiş.Bundan sonra o yaşadığı binaya daxil olaraq liftə minmiş, həmin vaxt liftə 4-cü mərtəbədə yaşayan qonşu da daxil olmuşdur.Həmin qonşu ona itin lifti natəmiz etdiyini deyərək iradını bildirmiş və 4-cü mərtəbədə düşmüş, o da həmin şəxsin araxsı ilə liftdən düşmüşdür.Həmin şəxsə liftdə olan natəmizliyi itin edmədiyini bildirmiş və buna görə də aralarında mübahisə yaranmışdır.Mübahisə zamanı həmin şəxs poltaxatsı ilə onun baş nahiyyəsindən vurmuş və o xəsarət almışdır.Halhazırda Şəxs şiayətçidir. İş materiallarında olan 23 aprel 2025-ci il tarixli qərardan göründüyü kimi, X8, Quliyev emin Adil oğlu və X1 müraciətləri əsasında toplanmış material üzrə Cinayət işinin başlanılması rədd edilmiş və Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X12 xx.xx.2025-ci il tarixli, 153 №li ekspert rəyindən görünür ki, X3 bədəni səthində aşkar edilmiş xəsarətlər- başım ağlın və sağ bazu nahiyyəsinin sıyrıqları bərk küt əşya tərəfindən müayinədən 3-5 gün əvvəl törənmişdir, xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarında AZEMİS elektron sistemindən çıxarışdan görünür ki, Şəxs İİ qrup əlildir. İş materiallarında olan vəsiqələrin surətindən görünür ki, Şəxs “Cəsur döyüşçü”, “Xocəvəndin azad edilməsinə görə”, “Füzulinin azad edilməsinə görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. İş materillarında olan hadisə görüntülərini əks etdirən 01 ədəd diskdə olan videogörüntüyə məhkəmə iclasında keçirlmiş baxış zamanı müəyyən edilmişdir ki, Şəxs əlində olan metaldan olan döşəməsilən ilə X4 baş nahiyyəsinə bir neçə zərbə endirir. Məhkəmə, Şəxsnın hərəkətlərinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə düzgün tövsif olunduğu qənaətinə gəlir və hesab edir ki, ona həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs ilk dəfə inzibati xəta törətməsi, İİ qrup əlil olması, Vətən müharibəsi iştirakçısı olması məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən olunur. Şəxs əməlində məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, inzibati xəta törədən Şəxs ilk dəfə inzibati xəta törətməsi, İİ qrup əlil olması və “Vətən müharibəsi” iştirakçısı olmasını nəzərə alaraq onun barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 450 (dörd yüz əlli) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar