Məhkəmə qərarları › İş №3(002)-833/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-833/2022

26.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-833/2022 26.08.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndəsi Nümayəndə Əlayif oğlunun, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi X3 iştirakları ilə, Hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı № ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokola əsasən, Cəmiyyət tərəfindən X1 əmək və məzuniyyət haqlarının hesablanıb ödənilməsi ilə bağlı əmək qanunvericiliyinin tələblərinə əməl olunması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsinin icrası məcburi olan xx.xx.2022-ci il tarixli göstərişini icra etməmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı Şəhər İdarəsinin səlahiyyətli nümayəndəsi Nümayəndə Əlayif oğlu izahatında bildirmişdir ki, tərtib olunmuş protokol qanuni və əsaslıdır. X8» MMC-nin sabiq əməkdaşı X6 xx.xx.2022-ci il tarixdə X5 Xidmətinin Bakı şəhər İdarəsinə müraciət edərək, xx.xx.2021-ci il tarixdə öz ərizəsi əsasında işdən azad olunduğunu, lakin bir il keçməsinə baxmayaraq Cəmiyyət tərəfindən ona 1345 (bir min üç yüz qırx beş) manat əmək haqqı və son haqq-hesabın ödənilmədiyini bildirmişdir. Əldə etdikləri məlumata əsasən hazırkı gündə də həmin borc şikayətçi tərəfə ödənilməmişdir. Odur ki, hüquqi şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şəxs nümayəndəsi X7 izahatında bildirmişdir ki, Cəmiyyət dövlət müəssisəsidir, müvafiq sərəncam ilə təsdiq olunmuş özəlləşdirilmə proqramına uyğun olaraq yaxın gələcəkdə özəlləşdirilməsi ilə bağlı müvafiq sərəncam imzalanmalıdır. Özəlləşmə həyata keçirilərkən ilk növbədə işçilərə olan əmək haqqı borcları ödəniləcəkdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Bundan sonra "X8" MMC-nin nümayəndəsi X7 izahatına əlavə olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsinin icrası məcburi olan xx.xx.2022-ci il tarixli göstərişini aldıqdan sonra qeyd olunan borcun ödənilməsi üçün möhlət verilməsi barədə X6 ilə aralarında əldə olunmuş razılıqla bağlı ərizəni xx.xx.2022-ci il tarixdə aidiyyəti quruma göndərmişlər. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib inzibati qaydada təhbeh edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsinə etdiyi Müraciət Vərəqəsindən, xx.xx.2021-ci il tarixli Ərizəsindən və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsinə verdiyi İzahatından görünür ki, onun əmək müqaviləsinə hüquqi şəxs Şəxs MMC tərəfindən xx.xx.2021-ci il tarixdə xitam verilmiş, lakin son haqq-hesabları ödənilməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsinin hüquqi şəxs Şəxs MMC-yə göndərdiyi xx.xx.2022-ci il tarixli Göstərişdə X1 və digərlərinin son haqq-hesablarının 10 (on) iş günü müddətində ödənilməsi cəmiyyətdən tələb edilmiş, əks halda hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib ediləcəyinə dair xəbərdarlıq edilmişdir. MN seriyalı № ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsi tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. MN seriyalı № ******* saylı İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardaddan görünür ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı № ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol və digər materiallar baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 4-cü bəndinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Beləliklə işin təsvir edilmiş hallarından görünür ki, vətəndaş X6 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsinə müraciət edərək, əmək müqaviləsinə xitam verilərkən hüquqi şəxs Şəxs MMC tərəfindən əmək haqqı və son haqq-hesabının ödənilmədiyini bildirmiş, araşdırma zamanı həmin fakt təsdiqini tapdığından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsi hüquqi şəxs Şəxs MMC-yə xx.xx.2022-ci il tarixli Göstəriş göndərərək X1 və digərlərinin son haqq-hesablarının 10 (on) iş günü müddətində ödənilməsi cəmiyyətdən tələb edilmiş, əks halda hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib ediləcəyinə dair xəbərdarlıq etmiş, lakin Cəmiyyət X1 son haqq-hesablarının hesablanıb ödənilməsi ilə bağlı əmək qanunvericiliyinin tələblərinə əməl olunması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsinin icrası məcburi olan xx.xx.2022-ci il tarixli Göstərişini icra etməmişdir. Hüquqi şəxs Şəxs MMC-in nümayəndəsi B.Ş.Nağıyevin özəlləşmə həyata keçirilməyənədək işçilərə olan əmək-haqqı borclarının ödənilməsinin mümkün olmadığı kimi izahatında göstərdikləri ilə bağlı məhkəmə qeyd edir ki, bu məsələnin işçilərə əmək haqqının verilməsi müddətlərinə aidiyyəti yoxdur, belə ki, qanunda işdən çıxarkən işçiyə düşən bütün ödənclərin tam məbləğdə işdən çıxdığı gün verilməsi təsbit edilmişdir (Əmək Məcəlləsi 172-ci maddə 4-cü bənd). Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs hüquqi şəxs Şəxs MMC-yə istinad edilən inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar müəyyən edilməmişdir. Odur ki, təqsir tam sübuta yetirildiyinə görə cəmiyyət inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-in məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1.inzibati tənbeh vermə haqqında. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114- 117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 2.000 (iki min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar