Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-838/2020 23.07.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Əhmədzadə Rəhim Təxəyyül oğlunun katibliyi, Qaradağ rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Göyüşlü Orxan Zakir oğlunun, Tələbkar Məmmədova (Mahmudova) Gülnarə Əlixan qızının, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1962-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X8 borclu Şəxs barəsində protokol tərtib edərək, Qaradağ rayon Məhkəməsinin 2(002)-458/2018 saylı, xx xxxxxx 2018-ci il tarixdə verilmiş icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə onun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsindən daxil olmuş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-458/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli icra sənədinə əsasən, X3 və Şəxs 2500 manat dəyərində 750 əyyarlı qızıl sep, kolye və brilliant qolbaq, 1300 manat dəyərində 750 əyyarlı brilliant qaşlı qızıl komplekt sırğa, üzük (40 qram), 650 manat dəyərində 750 əyyarlı brilliant qaşlı (0.35 karat) qızıl nişan üzüyü, 250 manat dəyərində 750 əyyarlı qızıl üzük (hədiyyə), 210 manat dəyərində 750 əyyarlı qızıl üzük (hədiyyə), 210 manat dəyərində 750 əyyarlı uşaq üçün qızıl qolbaq və sırğa, 900 manat dəyərində 750 əyyarlı brilliant qaşlı qızıl kəpənək sırğa, 420 manat dəyərində 6 ədəd oturacaq stul, 250 manat dəyərində şüşə jurnal stolu alınaraq X2 verilməsi qət edilmişdir. İcra sənədi şöbənin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü icra olunması üçün borclu Şəxs ünvanına bildiriş göndərilmiş, lakin icra sənədinin icrası könüllü təmin edilməmişdir. Borcludan xx.xx.2020-ci il tarixdə izahat alınmış, borclu izahatında icra sənədindən xəbərdar olduğunu, maddi imkanı olmadığından öhdəliyini icra edə bilmədiyini bildirmişdir. Bununla da borclu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1 -ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bakı şəhəri Qaradağ rayon İcra və probasiya şöbəsinin icra məmuru Göyüşlü Orxan Zakir oğlu məhkəmə iclasında tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, borclu Şəxs icra sənədinin icrası ilə bağlı dəfələrlə İcra şöbəsinə dəvət olunmasına baxmayaraq şöbəyə gəlməkdən imtina etdiyindən barəsində axtarış elan olunaraq aidiyyəti orqana göndərilmişdir. Borclu Şəxs xx xxxx 2020-ci il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq həmin gün şöbəyə təhvil verilmişdir. Borclunun icra sənədinin icra etməmə səbəbi araşdırılmış və onun izahatı alınmışdır. Borclu izahatında bildirmişdir ki, maddi imkansızılığı səbəbindən yalnız ümumilikdə 2019-cu ilin may ayında 250 manat və oktyabr ayında isə 200 manat tələbkarın xeyrinə ödəniş etmişdir. X4 barəsində Azərbaycan Respublikası İXM-nin 528.1ci maddəsi ilə protokol tərtib edilərək məhkəməyə göndərildikdən sonra sonuncu tərəfindən mövcud borcundan məhkəmə baxışının gedişatında icra sənədi üzrə yaranmış 6030 manat borcundan 150 manat, ümumilikdə isə 600 manat məbləğində borclu tərəfindən ödəniş edildiyini bildirərək göstərilənləri nəzərə alıb sonuncunun barəsində qanunamüvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Tələbkar Məmmədova (Mahmudova) Gülnarə Əlixan qızı məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-458/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli icra sənədinə əsasən, X3 və Şəxs 2500 manat dəyərində 750 əyyarlı qızıl sep, kolye və brilliant qolbaq, 1300 manat dəyərində 750 əyyarlı brilliant qaşlı qızıl komplekt sırğa, üzük (40 qram), 650 manat dəyərində 750 əyyarlı brilliant qaşlı (0.35 karat) qızıl nişan üzüyü, 250 manat dəyərində 750 əyyarlı qızıl üzük (hədiyyə), 210 manat dəyərində 750 əyyarlı qızıl üzük (hədiyyə), 210 manat dəyərində 750 əyyarlı uşaq üçün qızıl qolbaq və sırğa, 900 manat dəyərində 750 əyyarlı brilliant qaşlı qızıl kəpənək sırğa, 420 manat dəyərində 6 ədəd oturacaq stul, 250 manat dəyərində şüşə jurnal stolu alınaraq ona verilməli olsa da, borclu icra sənədi üzrə öz öhdəliyini yerinə yetirməyərək, icra sənədlərinin icrasından yayınmışdır. Hazırda barəsində inzibati icraat aparılan Şəxs mövcud ümumi 6030 manat məbləğində aliment borcundan məhkəmə baxışı gedişində 150 manat ödəniş etdiyini və ödənilməmiş qalan məbləğinin isə hissə-hissə ödənilməsi ilə bağlı aralarında razılıq əldə edərək sonuncuya qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq, inzibati iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-458/2018 saylı xx xxxxxx 2018-ci il tarixli icra sənədindən xəbərdardır və həmin icra sənədinə əsasən yaranmış ümumi 6030 manat məbləğində aliment borcunu maddi imkanı aşağı olduğundan ödəmək iqtidarında olmamış, yalnız maddi imkanı çatdığı həddə ümumilikdə 450 manat ödəmişdir. Hazırda məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparıldığı dövrdə 150 manat miqdarında borcun ödənilməsini təmin etdiyini bildirərək, ümumilikdə 600 manat ödədiyini, qalıq qalan məbləğinin isə hissə-hissə ödənilməsi ilə bağlı tələbkarla razılığa gəldiklərini sonuncunun ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alınaraq barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-458/2018 saylı xx xxxxxx 2018-ci il tarixli icra vərəqəsinə əsasən X3 və Şəxs 2500 manat dəyərində 750 əyyarlı qızıl sep, kolye və brilliant qolbaq, 1300 manat dəyərində 750 əyyarlı brilliant qaşlı qızıl komplekt sırğa, üzük (40 qram), 650 manat dəyərində 750 əyyarlı brilliant qaşlı (0.35 karat) qızıl nişan üzüyü, 250 manat dəyərində 750 əyyarlı qızıl üzük (hədiyyə), 210 manat dəyərində 750 əyyarlı qızıl üzük (hədiyyə), 210 manat dəyərində 750 əyyarlı uşaq üçün qızıl qolbaq və sırğa, 900 manat dəyərində 750 əyyarlı brilliant qaşlı qızıl kəpənək sırğa, 420 manat dəyərində 6 ədəd oturacaq stul, 250 manat dəyərində şüşə jurnal stolu alınaraq X2 verilməsi qət edilmişdir. İcraata başlama haqqında xx xxx 2018-ci il tarixli qərarın surətindən görünür ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-458/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün bildirişlə borclu Şəxs, məlumat üçün isə tələbkara göndərilmişdir. Qəbzlərin surətindən görünür ki, Şəxs tərəfindən Məmmədova (Mahmudova) Gülnarə Əlixan qızına xx xxx 2019-cu il tarixdə 250 manat, xx xxxxxxxx 2019-cu il tarixdə 200 manat, xx xxxx 2020-ci il tarixdə 150 manat ödəniş edilmişdir. Məhkəməyə təqdim edilmiş və inzibati xəta haqqında materiala əlavə edilmiş X1 ərizəsindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə borcun ödənilməsi ilə bağlı razılığa gəlmişlər və bu səbəbdən də sonuncuya qarşı heç bir şikayət tələbi yoxdur. AzərbaycanRespublikasıİnzibatiXətalarMəcəlləsinin: 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokol, icra məmurunun, tələbkarın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, Qaradağ Rayon Məhkəməsi tərəfindən verilmiş 2(002)-458/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli icra sənədi üzrə borclu Şəxs tərəfindən ümumi borcundan ümumilikdə 650 manat vəsaitin tələbkar Məmmədova (Mahmudova) Gülnarə Əlixan) qızına ödənilməsi təmin edilmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən icra sənədi üzrə ödənişin edilməsi təmin olunmaqla icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-838/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-838/2020
23.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver