Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-838/2021 12.07.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, X2, Respublika Gigiyena və Epidemiologiya mərkəzi publik hüquqi şəxsinin nümayəndəsi X3 iştirakı ilə, X2, Respublika Gigiyena və Epidemiologiya mərkəzi publik hüquqi şəxsi tərəfindən tərtib edilmiş 24 may 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5, şikayətlə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət edərək, Respublika Gigiyena və Epidemiologiya mərkəzi publik hüquqi şəxsinin baş direktoru Sara Həsənova tərəfindən tərtib edilmiş 24 may 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Respublika Gigiyena və Epidemiologiya mərkəzi publik hüquqi şəxsinin baş direktoru Sara Həsənova tərəfindən tərtib edilmiş 24 may 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X5 Azərbaycan Respublikası İXM-nin 211.2-ci maddəsinə əsasən 300 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan 28 aprel 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolun surətindən və 24 may 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, “Köhnə Bakı” kafesinin işçi heyətinin tibbi maskadan istifadə ilə bağlı qaydaları pozulması faktı aşkar olunmuşdur. Beləliklə, “Köhnə Bakı” kafesinin sahibkarı X5 vəzifəli şəxs kimi 300 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında iştirak edən X5 öz izahatında verdiyi şikayəti müdafiə edərək göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən “Köhnə Bakı” kafesini icarəyə götürmüşdür. 28 aprel 2021-ci il tarixdə kafedə tək oturub çay içərkən Gigiyena və Epidemiologiya mərkəzinin üç nəfərdən ibarət nümayəndə heyəti kafeyə daxil olmuşdur. Daha sonra o, nümayəndələrə çay təklif etmiş, nümayəndələr isə ona heçnə demədən protokol tərtib etmişlər. Guya ki, kafedə bufetçi tibbi maskadan istifadə etmirmiş. Halbuki, bufetçi öz yerində olmaqla tibbi maskadan istifadə etmişdir. Həmin təşkilatın nümayəndələri ona qarşı qərəzli şəkildə protokol tərtib etmişdir. Belə ki, üç-dörd gün ərzində dəfələrlə kafeyə səbəbsiz yerə daxil olmuş və narahatçılıq yaratmışlar. Təşkilatın kafedə onun və işçi heyətinin tibbi maskadan istifadə qaydalarını pozmasına dair heç bir sübutu olmamaqla əsassız şəkildə protokol tərtib olunmuşdur. 05 may 2021-ci il tarixdə ona bildiriş göndərilərək 24 may 2021-ci il tarixə həmin təşkilatın ünvanına dəvət olunmuşdur. 24 may 2021-ci il tarixdə o, təşkilatın göstərilən ünvanında olmuş, ona heç bir əsas göstərilmədən protokol göstərilmiş və cərimə olunduğu bildirilmişdir. Lakin o, heç bir əsas olmadığı üçün bunu qəbul etməmişdir. Həmçinin inzibati xəta haqqında protokolu imzalamaqdan imtina etmişdir. Odur ki, onun barəsində tərtib edilmiş 24 may 2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız olduğundan ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. O, izahatında daha sonra göstərmişdir ki, şikayət ərizəsində mexaniki səhv olaraq inzibati tənbeh vermə haqqında qərarın nömrəsini ******* əvəzinə protokolun nömrəsini göstərmişdir. Həmin səhvin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Respublika Gigiyena və Epidemiologiya mərkəzi publik hüquqi şəxsinin nümayəndəsi X6 öz izahatında şikayəti qəbul etməyərək bildirmişdir ki, 28 aprel 2021-ci il tarixdə təşkilatın nümayəndələri tərəfindən “Köhnə Bakı” kafesində işçi heyətinin tibbi maskadan istifadə qaydalarını pozması faktı aşkar olunmuş, bu barədə akt tərtib olunmuş və buna görə də kafenin sahibi X5 barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. 05 may 2021-ci il tarixdə X4 bildiriş göndərilməklə həmin inzibati xətaya dair işə baxılmasında iştirak etmək üçün X5 24 may 2021-ci il tarixdə saat 12:00-da təşkilatın ünvanına dəvət olunmuşdur. O, öz izahatında əlavə olaraq bildirmişdir ki, sahibkar imkan yaratmadığı üçün inzibati xətanın aşkar olunduğu ərazidə həmin inzibati xətanın baş vermə faktını sübut edə biləcək fotoşəkillər çəkilə bilməmişdir. Bütün bu halların nəzərə alınaraq şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, inzibati xəta haqqında protokolu, qərarı və ona əlavə olunmuş sənədləri araşdıraraq, tərəflərin izahatını dinləyərək hesab edir ki, X5 barəsində Respublika Gigiyena və Epidemiologiya mərkəzi publik hüquqi şəxsinin baş direktoru Sara Həsənova tərəfindən tərtib edilmiş 24 may 2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsassız olduğundan ləğv edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 28 aprel 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolda İXM-nin 100-cü maddəsinin tələbləri kobud şəkildə pozulmaqla inzibati xəta törətmiş X1 törətdiyi inzibati pozunutunun nədən ibarət olması (o cümlədən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, protokol tərtib edilərkən şəxsin iştirak edib-etməməsi, onun hüquq və vəzifələrinin izah edilməsi, inzibati xətanın törədilməsinin hansı sübutlarla müəyyən edilməsi və sair bir çox halları) müəyyən edilməmişdir. Həmin protokolda sadəcə olaraq göstərilmişdir : “monitorinq zamanı sahibkar və bufetçi (maddi məsul şəxs) fərdi qoruyucu vasitə - maskadan istifadə etmirdilər”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.1-ci maddəsində protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilməlidir. Bundan başqa məhkəmə iclasında da X2 təqsirli olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş və Respublika Gigiyena və Epidemiologiya mərkəzi publik hüquqi şəxsi tərəfindən həmin şəxsin təqsiri sübuta yetirilə bilməmişdir. Azərbaycn Respublikası İXM-nin 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən və İXM-in 114, 115, 128-131ci və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 şikayəti təmin edilsin. X2 İXM-in 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Gigiyena və Epidemiologiya mərkəzi” publik hüquqi şəxsinin baş direktoru Sara Həsənova tərəfindən tərtib edilmiş 24 may 2021-ci il tarixli MN ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-838/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-838/2021
12.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver