Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-84/2021 11.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs”nun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakları ilə, “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs” barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs (VÖEN: **********) Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədovun 00100/1805 nömrəli, 03.09.2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə təqsirli bilinib ilk dəfə inzibati xəta törətməsi və vurduğu ziyanı tamamilə ödəməsi ilə əlaqədar məsuliyyətdən azad edilmiş, şəxsin ilk dəfə inzibati xəta törətmiş şəxs hesab edilməsi və inzibati məsuliyyətə cəlb edilməmiş sayılması üçün tələb olunan 1 il müddət keçmədən, yenidən Azermech Trading FZE B.Ə.Ə tapşırığı ilə Koreyada fəaliyyət göstərən, “CARTEC SEALİNG TECHNOLOGİES CO LTD” şirkətindən 300FZE304013_Cartex nömrəli, 13.08.2020-ci il tarixli invoys sənədinin müşaiəti ilə 99SD794/55ZD794 nömrə nişanlı avtomobildə göndərilən 1-29-cu mal mövqeyi üzrə XİF MN üzrə 6815 10 9000 alt yarım mövqeyində sinifləşdirilməli olan metal armaturlaşdırılmış qrafitlə örtülən aqreqatları və 7326 90 9800 alt yarım mövqeyində sinifləşdirilməli olan qara metaldan araqatları 22 oktyabr 2020-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********480 sorğu nömrəli Gömrük bəyannaməsi ilə bəyan edərkən “NÜVƏ REAKTORLARİ, QAZANLAR,AVADANLİQ və MEXANİKİ QURĞULAR ONLARİN HİSSƏLƏRİ” qrupuna aid 848410 0000 alt yarımmövqeyində sinifləşdirməklə ödənilməli olan 9606,35 manat idxal rüsumu,1729,20 manat əlavə dəyər vergisi, 35.40 manat əməliyyat haqqından ibarət olmaqla 11370 manat 95 qəpik gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Nəticədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Bu fakt 34/012/031286 nömrəli, 04.11.2020-ci il tarixli raport, **********5480 sorğu nömrəli, mal müşayiət sənədləri, invoys, CMR, müqavilə, X2 İdarəsinin 2200-016/001- 25/005812 nömrəli, 04.11.2020-ci il tarixli gömrük ekspertizası rəyi, Bakı Baş Gömrük İdarəsinin 00100/1805 nömrəli, 03.09.2020-ci il tarixli qərarı, hüquqi şəxsin nümayəndəsinin izahatı və işdə olan digər sənədlər ilə tam və kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Gömrük Prosedurları və Ödənişləri şöbəsindən daxil olmuş 34/012/031286 nömrəli, 04.11.2020-ci il tarixli reporta əsasən Şəxs ünvanına 99SD794/99ZD794 nömrəli avtomaşınla, 300FZE304013_CARTEX saylı 13.08.2020-ci il tarixli invoys sənədi ilə daxil olmuş yüklər **********5480 sorğu nömrəli 22.10.2020-ci il tarixli gömrük bəyanannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİF MN üzrə “**********” saylı kod altında 0%-li gömrük rüsumu dərəcəsi ilə bəyan edilmiş malların XİF MN üzrə hansı kod altında sinifləşdirildiyindən müəyyən edilməsi məqsədilə X2 İdarəsinə müraciət olunmuş həmin idarədən 2200-016/001-25/005812 saylı, 04.11.2020-ci il tarixli məktuba əlavə olunaraq BBGİ-yə göndərilmiş sınaq protokoluna əsasən 300FZE304013_CARTEX saylı 22.10.2020-ci il tarixli invoysun üzrə idxal olunan “Araqatlar və analoji birləşdiricilər” yük XİF MN üzrə “**********0” saylı kod altında sinifləşdirildiyi yəni 15% gömrük rüsumu dərəcəsi ilə idxal gömrük rüsumuna cəlb edilməli olduğu məlum olmuşdur. Beləliklə **********5480 sorğu nömrəli 22.10.2020-ci il tarixli gömrük bəyannaməsində bəyan edilmiş “Araqatlar və analoji birləşdiricilər” yüklərinin XİF MN üzrə **********0” saylı kodlar altında sinifləşdirildiyi təqdirdə Şəxs tərəfindən ödəniləcək gömrük ödənişlərinin məbləği: idxal rüsumu üzrə 9606,35 manat, ƏDV üzrə 1792,2 manat, elektron gömrük xidməti haqqı üzrə 30 manat, elektron gömrük xidməti ƏDV 5.40 manat təşkil edir. Zavodun ünvanına Koreyadan 300FZE304013_Cartex nömrəli, 13.08.2020-ci il tarixli invoys sənədinin müşayiəti 99SD794/55ZD794 nömrə nişanlı yük avtomobilində göndərilən mallar 22 oktyabr 2020-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********5480 sorğu nömrəli Gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Bəyannamə üzrə gömrük ekspertizası təyin edildikdə malın yalnış kod altında sinifləşdirilməsi, buna görə də, ödənişlərini ödəmək niyyətindəyik. Malları müşayiət sənədləri əsasında bəyan edilmiş, kodun yalnış olduğunu bilməmişlər. Əvvəl də belə bir hadisə baş verdiyinə görə Bakı Baş Gömrük İdarəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə məsuliyyətdən azad edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X3 izahatında təmsil etdiyi hüquqi şəxs barəsində tərtib edilmiş protokolla razı olmadıqlarını, ona görə də başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qanunvericlikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş inzibati xəta haqqında protokoldan görünür ki, gömrük ödənişlərindən yayınma məbləği 11370.95 manat göstərilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı ikinci dəfə olaraq törətmişdir. Belə ki, Bakı Baş Gömrük İdarəsi tərəfindən qəbul edilmiş 03.09.2020-ci il tarixli, “İnzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərardan görünür ki, ilk dəfə Azərbaycan Respublikasında İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmiş hüquqi şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs” barəsində 00100/1805 nömrəli iş üzrə icraata vurulmuş ziyanın tamamilə ödənilməsi ilə əlaqədar həmin maddənin Qeyd hissəsinin 2-ci bəndi və İnzibati Xətalar Məcəlləsinin 53.0.10-cu maddəsinə əsasən xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İnzibati tənbehin növünü seçərkən inzibati xəta törədən şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Müvafiq inzibati xətanın baş verməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Şəxs Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiya nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən Gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda - ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci, 114-115, 117 və 152.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs” Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, ödənilməli olan 11370,95 ( on bir min üç yüz yetmiş manat, doxsan beş qəpik) manat gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş) faizi məbləğində, yəni 7959 ( yeddi min doqquz yüz əlli doqquz) manat məbləğində cərimə edilsin. Qərardan onun surəti rəsmi qaydada verildiyi vaxtdan etibarən 10 gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim:Kamran Əsədov
Məhkəmə qərarları › İş №3(002)-84/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-84/2021
11.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver