Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-84/2023 24.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Qaradağ rayon Pİ 10-cu Polis bölməsinin sahə inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxxxx 1978-ci ildə Masis rayonu, Sarvanlar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Xızı rayonu, Yeni Yaşma kəndində qeydiyyatda olan və Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Qaradağ rayon Pİ 10-cu PB-dən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Şəxs 01 sentyabr 2022-ci il tarixdə saat 23:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Qobu Park 1 yaşayış kompleksi, 7 nömrəli binanın 66 nömrəli mənzilin qonaq otağında keçmiş həyat yoldaşı X5 ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun boyun nahiyəsindən tutaraq sifət nahiyəsinə sillə ilə bir neçə dəfə vuraraq ona sağlamlığa zərər vurmayan və dərəcələri təyin edilməyən xəsarətlər yetirmişdir. Qeyd edilənlərlə bağlı Qaradağ rayon Pİ 10-cu Polis bölməsinin sahə inspektoru X6 tərəfindən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirləndirilməsinə dair MN serialı ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Qaradağ rayon Pİ 10-cu Polis bölməsinin sahə inspektoru X6 bildirmişdir ki, Şəxs 01 sentyabr 2022-ci il tarixdə saat 23:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Qobu Park 1 yaşayış kompleksi, 7 nömrəli binanın 66 nömrəli mənzilin qonaq otağında keçmiş həyat yoldaşı X5 ilə aralarında yaranmış mübahisə zamanı sonuncunun boyun nahiyəsindən tutaraq sifət nahiyəsinə sillə ilə bir neçə dəfə vuraraq ona xəsarət yetirmişdir. Qeyd edilənlərlə bağlı tərəfindən protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs bildirmişdir ki, 01 sentyabr 2022-ci il tarixdə saat 23:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Qobu Park 1 yaşayış kompleksi, 7 nömrəli binanın 66 nömrəli mənzilin qonaq otağında keçmiş həyat yoldaşı X4 iki dəfə sifət nahiyəsindən sillə ilə vurmuşdur. Törətdiyi əməldən peşmandır. İş materiallarında olan 22 noyabr 2022-ci il tarixli qərardan göründüyü kimi, Şəxs barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” X9 82 №li ekspert rəyindən görünür ki, X2 meyitinin məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthinin alt çənə və boyun nahiyələrində aşkar olunmuş xəsarətlərin xarakterini və yerləşmə yerini nəzərə alıb demək olar ki, həmin xəsarətlər müxtəlif şəraitdə yəni sonuncunun X2 çənə nahiyəsindən tutaraq sıxması nəticəsində törənməsi istisna olunmur. Qeyd edilən xəsarətlərin ölümlə səbəbli əlaqəsi yoxdur və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə, Şəxs hərəkətlərinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsilə düzgün tövsif olunduğu qənaətinə gəlir və hesab edir ki, ona həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs ilk dəfə inzibati xəta törətməsi məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən olunur. İnzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, inzibati xəta törədən Şəxs ilk dəfə inzibati xəta törətməsini nəzərə alaraq onun barəsində inzibati cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-84/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-84/2023
24.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver