Məhkəmə qərarları › İş №3(002)-840/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-840/2022

26.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-840/2022 26.07.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X5, tələbkar X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 26 iyul 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Qaradağ Rayon Məhkəməsi nə daxil olmuşdur. İnzibati xəta haqqında 26 iyul 2022-ci il tarixli, MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Ağsu Rayon Məhkəməsinin 01 sentyabr 2014-cü il tarixli, 2(016)-649/2014 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 25 avqust 2011-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 80 manat sabit pul məbləğində aliment alınaraq X2 verilməlidir. Bundan başqa Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-720/2021 nömrəli, 01 mart 2021-ci il tarixli icra sənədindən görünür ki, 25 avqust 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Qaradağ Rayon Məhkəməsinin 01 sentyabr 2014-cü il tarixli 2(016)-649/2014 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, cavabdeh Şəxs hər ay bir uşağa görə 175 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X1 xeyrinə ödənilməsi müəyyən edilmişdir. Hazırda Şəxs 3306 (üç min üç yüz altı) manat yığılmış borcu var. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru S.Ş.Əhmədli tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-720/2021 nömrəli, 01 mart 2021-ci il tarixli və Ağsu Rayon Məhkəməsinin 01 sentyabr 2014-cü il tarixli, 2(016)-649/2014 saylı icra sənədlərinə əsasən Qaradağ rayon İcra Şöbəsinin icraatında olan sənədləri ümumi icraatda 92672/21 nömrə ilə birləşdirilməsi qərara alınmış və icra sənədlərinin icrası ona həvalə edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-720/2021 nömrəli, 01 mart 2021-ci il tarixli icra sənədi üzrə icraata 08 oktyabr 2014-cü il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmiş, həmin bildirişin surəti borclu tərəfindən qəbul edilmişdir. Buna baxmayaraq, borclu icranı təmin etməkdən mütəmadi olaraq boyun qaçırmış, həmçinin çağırış üzrə icra şöbəsinə vaxtlı-vaxtında gəlməkdən də yayınmış, aliment ödənişi ilə bağlı dəfələrlə telefon danışıqları olmasına baxmayaraq, son 6 ay ərzində heç bir ödəniş etməmişdir. Göründüyü kimi, borclu Şəxs icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır. Bununla da, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Göstərilənlərə əsasən, borclu Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, qeyd olunan icra sənədi barədə məlumatlıdır. Göstərilənləri nəzərə alaraq, iş üzrə ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, icra məmuru tərəfindən ona hüquq və vəzifələri izah edilmiş, müdafiəçinin pulsuz hüquqi yardımından istifadə etmək hüququ izah edilsə də, bundan özü imtina etmiş, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokolla və ona əlavə edilmiş materiallarla tanış olmuş, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmamış, ona heç bir fiziki təzyiq və zorakılıq göstərilməmiş, tutulduğu və harada saxlanıldığı barədə ailə üzvlərinə məlumat verilmişdir. Əlavə olaraq Şəxs məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, hazırda məhkəmə iclasında hüquqlarının müdafiəçi tərəfindən müdafiə edilməsinə ehtiyacı yoxdur, bu, onun maddi vəziyyəti ilə əlaqədar deyildir. Heç bir əlillik dərəcəsi yoxdur. Məhkəmə iclasında iştirak edən tələbkar S.Ş.Hüseynova öz izahatında bildirmişdir ki, onun maddi vəziyyəti olduqca ağırdır, həmçinin himayəsində olan uşağı əsəb xəstəliyindən əziyyət çəkir. Bununla yanaşı borclu qərəzli şəkildə aliment borcundan yayınır, hazırda onun 3306 (üç min üç yüz altı) manat yığılmış aliment borcu var. Buna baxmayaraq, əmək qabiliyyətli şəxs olaraq son 6 ay ərzində heç bir ödəniş etməmiş, bununla bağlı üzrlü səbəblər də qeyd edə bilməmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati qaydada həbs tənbeh növünün tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törədilməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Ağsu Rayon Məhkəməsinin 01 sentyabr 2014-cü il tarixli, 2(016)-649/2014 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 25 avqust 2011-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 80 manat sabit pul məbləğində aliment alınaraq X2 verilməlidir. İş materiallarında olan Qaradağ rayon İcra şöbəsinin 08 oktyabr 2014-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Ağsu Rayon Məhkəməsinin 01 sentyabr 2014-cü il tarixli, 2(016)-649/2014 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Qaradağ rayon İcra şöbəsinin 10 oktyabr 2014-cü il tarixli könüllü icra barədə bildirişdən görünür ki, icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbardarlıq edilmiş, həmçinin icra sənədinin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin həyata keçiriləcəyi də onun nəzərinə çatdırılmışdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 720/2021 nömrəli, 01 mart 2021-ci il tarixli icra sənədindən görünür ki, 25 avqust 2011-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Qaradağ Rayon Məhkəməsinin 01 sentyabr 2014-cü il tarixli 2(016)-649/2014 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, cavabdeh Şəxs hər ay bir uşağa görə 175 manat məbləğində sabit pul məbləğində aliment tutularaq iddiaçı X1 xeyrinə ödənilməlidir. İş materiallarında olan Qaradağ rayon İcra şöbəsinin 23 aprel 2021-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-720/2021 nömrəli, 01 mart 2021-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan Qaradağ rayon İcra şöbəsinin 23 aprel 2021-ci il tarixli könüllü icra barədə bildirişdən görünür ki, icra vərəqəsində göstərilən tələbi könüllü yerinə yetirməsi üçün Şəxs xəbardarlıq edilmiş, həmçinin icra sənədinin üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlərin həyata keçiriləcəyi də onun nəzərinə çatdırılmışdır. Belə ki, iş materiallarında olan 20 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-720/2021 nömrəli, 01 mart 2021-ci il tarixli və Ağsu Rayon Məhkəməsinin 01 sentyabr 2014-cü il tarixli, 2(016)-649/2014 saylı icra sənədlərinə əsasən Qaradağ rayon İcra Şöbəsinin icraatında olan sənədləri ümumi icraatda 92672/21 nömrə ilə birləşdirilməsi qərara alınmış və icra sənədlərinin icrası ona həvalə edilmişdir. İş materiallarında olan xx.xx.2013-cü il tarixdən xx.xx.2019-cu il tarixədək Şəxs tərəfindən göndərilən pul köçürmələrinə dair cədvəldən görünür ki, Şəxs tərəfindən ümumilikdə 1750 manat tələbkar X1 xeyrinə ödəniş edilmişdir. İş materiallarında olan ödəniş qəbzinin surətindən görünür ki, Şəxs tərəfindən xx.xx.2020-ci il tarixdə 102 manat, xx.xx.2021-ci il tarixdə 72 manat tələbkar X1 xeyrinə ödəniş edilmişdir. İş materiallarında olan ödəniş qəbzinin surətindən görünür ki, Şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə 456 manat tələbkar X1 xeyrinə ödəniş edilmişdir. İş materiallarında olan ödəniş qəbzinin surətindən görünür ki, Şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə 191 manat tələbkar X1 xeyrinə ödəniş edilmişdir. İş materiallarında olan ödəniş qəbzinin surətindən görünür ki, Şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə 189 manat tələbkar X1 xeyrinə ödəniş edilmişdir. İş materiallarında olan ödəniş qəbzinin surətindən görünür ki, Şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə 175 manat tələbkar X1 xeyrinə ödəniş edilmişdir. İş materiallarında olan ödəniş qəbzinin surətindən görünür ki, Şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə 198 manat tələbkar X1 xeyrinə ödəniş edilmişdir. İş materiallarında olan ödəniş qəbzinin surətindən görünür ki, Şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə 298 manat tələbkar X1 xeyrinə ödəniş edilmişdir. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, Şəxs tərəfindən xx.xx.2018ci il tarixdə 101 manat, xx.xx.2019-cu il tarixdə 102 manat, xx.xx.2019-cu il tarixdə 102 manat, xx.xx.2019-cu il tarixdə 102 manat, xx.xx.2019-cu il tarixdə 92 manat, xx.xx.2019cu il tarixdə 102 manat, xx.xx.2019-cu il tarixdə 51 manat, xx.xx.2019-cu il tarixdə 51 manat, xx.xx.2019-cu il tarixdə 82 manat, xx.xx.2019-cu il tarixdə 152 manat, xx.xx.2019cu il tarixdə 102 manat, xx.xx.2019-cu il tarixdə 102 manat, xx.xx.2020-ci il tarixdə 102 manat, xx.xx.2020-ci il tarixdə 102 manat, xx.xx.2020-ci il tarixdə 52 manat, xx.xx.2020-ci il tarixdə 102 manat, xx.xx.2020-ci il tarixdə 102 manat, xx.xx.2020-ci il tarixdə 152 manat, xx.xx.2020-ci il tarixdə 91 manat tələbkar X1 xeyrinə ödəniş edilmişdir. İş materiallarında olan X3 tərəfindən verilmiş 30 aprel 2015-ci il tarixli qəbzdən görünür ki, o, Ağsu Rayon Məhkəməsinin 01 sentyabr 2014-cü il tarixli, 2(016)-649/2014 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 160 manat aliment pulu almışdır. İş materiallarında olan X3 tərəfindən verilmiş 09 iyul 2015-ci il tarixli qəbzdən görünür ki, o, Ağsu Rayon Məhkəməsinin 01 sentyabr 2014-cü il tarixli, 2(016)-649/2014 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 160 manat aliment pulu almışdır. İş materiallarında olan X3 tərəfindən verilmiş 02 noyabr 2015-ci il tarixli qəbzdən görünür ki, o, Ağsu Rayon Məhkəməsinin 01 sentyabr 2014-cü il tarixli, 2(016)-649/2014 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 100 manat aliment pulu almışdır. İş materiallarında olan X3 tərəfindən verilmiş 26 iyul 2017-ci il tarixli qəbzdən görünür ki, o, Ağsu Rayon Məhkəməsinin 01 sentyabr 2014-cü il tarixli, 2(016)-649/2014 saylı icra vərəqəsinə əsasən borclu Şəxs 100 manat aliment pulu almışdır. İş materiallarında olan “Azərmaş MMC” tərəfindən verilmiş 11 iyul 2022-ci il tarixli , POA********** nömrəli etibarnamənin surətindən görünür ki, verilir Şəxs ondan ötrü ki, “Azərmaş MMC” ilə Şəxs arasında bağlanmış xx.xx.2019-cu il tarixli MAS-1568 saylı “X8” əsasında lizinqə verilmiş 1 ədəd RAVON R3 CDX markalı, 99PE510 qeydiyyat nişanlı maşınının yalnız Azərbaycan Respublikası ərazisində idarə edilməsində səlahiyyətlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Ağsu Rayon Məhkəməsinin 01 sentyabr 2014-cü il tarixli, 2(016)-649/2014 saylı icra sənədinə əsasən cavabdeh Şəxs 25 avqust 2011-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 80 manat sabit pul məbləğində aliment alınaraq X2 verilməlidir. İcra sənədi üzrə icraata 08 oktyabr 2014-cü il tarixli qərarla başlanılmış və borcluya tələbin könüllü icrası üçün müəyyən edilmiş müddət ərzində icranı həyata keçirmək ilə bağlı bildiriş göndərilmiş, həmin bildirişin surəti borclu tərəfindən qəbul edilmişdir. Buna baxmayaraq, borclu icranı təmin etməkdən mütəmadi olaraq boyun qaçırmış, həmçinin çağırış üzrə icra şöbəsinə vaxtlı-vaxtında gəlməkdən də yayınmış, aliment ödənişi ilə bağlı dəfələrlə telefon danışıqları olmasına baxmayaraq, son 6 ay ərzində ümumiyyətlə ödəniş etməmişdir. Göründüyü kimi, borclu Şəxs icra sənədinin icrasını təmin etməkdən üzrsüz səbəbdən boyun qaçırır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, qeyd olunan qərarın icrası ilə bağlı borclu Şəxs tərəfindən qismən ödənilən məbləğlər yalnız icra məmurun dəfələrlə etdiyi xəbərdarlıq və təsir tədbirləri nəticəsində baş vermişdir. Göstərilənlər məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılmalı və həbs etmənin əvvəli Nazirlik tərəfindən müəyyən edilən yerdə mühafizə altına verildiyi gündən və saatdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətində inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılması üçün verildiyi gündən və saatdan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Qaradağ Rayon İcra Şöbəsinə və Qaradağ Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar